Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Hadrutun azad edilməsi düşmənə sarsıdıcı zərbə oldu

          Azad olunmuş bölgələrdə infrastrukturun bərpası ilə əlaqədar səfərlər keçirən Prezident İlham Əliyev cənablarının 9 oktyabr tarixindəki səfəri Xocavənd rayonunun Hadrut qəsəbəsinə oldu. İlk öncə bərpa işləri ilə əlaqədar sərlövhələrə nəzər salan Dövlət Başçısı  daha sonra yeni məscidin təməlini qoydu.

          Dövlət Başçısının tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi Rayonlarının inkişafında önəmli rol oynayan yol infrastrukturunun yaradılması davam edir. Avtomobil Yolları  Dövlət Agentliyinin idarə heyyətinin sədri Saleh Məmmədov  Şükürbəyli-Cəbrayıl-Hadrut yolu haqqında prezident İlham Əliyev cənablarına məlumat verdi.Daha sonra  Dövlət Başçısına Füzuli-Hadrut avtomobil yolu layihəsi haqqında məlumat verildi. Bildirildi ki, bu yolun başlanğıcı Zəfər Yolundan götürlür.Daha sonra Dövlət Başçısı erməni vandalizmi nəticəsində sıradan çıxarılmış paylayıcı elektirik şəbəkələrin bərpası ilə əlaqədar işlərlə tanış oldu. Bu haqda Azərişıq ASC-nin sədri Vüqar Əhmədov  Azərbaycan Respublikasının Prezidentinə əlumat verdi. O, bildirdi ki, Hadrut qəsəbəsini işıqlandırmaq üçün Füzuli rayonundakı Şükürbəyli yarımstansiyasından Hadrut yarımstansiyasına xətt çəkilib. Hazırda Hadrut qəsəbəsinin strateji obyektləri elektirik enerjisi ilə təmin edilir. Şuşa şəhərini işıqlandırmaq üçün  isə Daşaltı yarımstansiyasından istifadə olunduğunu  bildirdi. Hadrut yarımstansiyasının əhəmiyyəti barədə Dövlət Başçısına məlumat verildi. Bildirildi ki, Hadrut yarımstansiyasının yerində müasir tipli  yarımstansiya inşaa ediləcək ki, bu da Xocavənd rayonunun bir hissəsini, eləcə də Şuşa və onun ətrafını elektriklə təmin edəcək.  Bütün bunlarla tanış olan Dövlət Başçısı  Hadrutun qovşaq yarımstansiyasının təməlini qoydu.

          İlham Əliyev cənabları Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.  Prezident  Hadrutun azad olunmasının bir illiyi münasibəti ilə ictimaiyyət nümayəndələrini və Azərbaycan xalqını təbrik etdi. Dövlət Başçısı bu günü əlamətdar gün kimi qeyd edərək bildirdi ki, sizinlə burada olmağımız xüsusi məna daşıyan hadisədir. Müzəffər ordumuzun, canından keçmiş şəhidlərimizin sayəsində bu gün  Qarabağda yeni bir dövr başlayıb. Prezident İlham Əliyev Hadrut əməliyyatının İkinci Qarabağ müharibəsindəki əhəmiyyətindən danışdı. Bildirdi ki, Hadrut hərbi strateji cəhətdən bizim üçün önəmli idi. Çünki bura dağlıq ərazidir və hərbi-strateji yüksəklikdədir. Geniş əraziyə nəzarət etməyə imkan verir. Hadrutun düşməndən azad edilməsi nə qədər çətin olsa da, gələcək əməliyyatlarda önəmi  haqqında fikir bildirən Dövlət Başçısı ermənilərin Cəbrayıldan sonra Hadruta istiqamətlənəcəyimizi gözləmədiklərini söylədi. Ona görə ki, Hadrutda ermənilərin daha çox əsgərləri möhkəmlənmişdi. Lakin onlar Azərbaycan ordusunun qarşısında tab gətirə bilmədi.

           Prezident İlham Əliyev, müharibə dövründə erməni mətbuatının Hadrutun ermənilrin əlində  olması barəsində yalan məlumat verdiklərini də nəzərdən qaçırmadı. Bildirdi ki, bu yalana son qoymaq üçün tapşırıq verdim ki,  Hadrutda Azərbaycan bayrağı dalğalandırılsın. Bununla da biz göstərdik ki, heç kim və heç nə bizim Qarabağı azad etməyimizə əngəl ola bilməz. Ermənistan  təbliğatı yalan üzərində qurulub. Onların tarixi də saxtadır, burada əsrlər boyu yaşamağı da.  Bu haqda Prezident İlham Əliyev dedi: "Sadəcə olaraq dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər  boyu burada yaşayıb. Hadruta ermənilər XIX əsrdə köçürülüblər. O vaxta qədər burada erməni yaşamırdı."

           Dövlət Başçısı bildirdi ki, Hadrutun azad edilməsi Ermənistana sarsıdıcı zərbə oldu. Ona görə də yalan informasiya ilə erməni hökuməti öz xalqını aldadırdı. Ermənistan kapitulyasiyaya getdikdən iki həftə sonra Laçın dəhlizi vasitəsi ilə erməni diversant qrupunu Hadrutu geri almaq üçün göndərdiyi barədə danışan Prezident qeyd etdi ki, diversant qruppası Azərbaycan əsgərləri tərəfindən əsir götürüldü və cinayətdə əli olmayanlar bir müddətdən sonar geri qaytarıldı. Ancaq cinayətdə əli olanlar məhkəmə qarşısına çıxarıldı. Bu da Hadrutun əhəmiyyətini bir daha sübut edir. İlham Əliyev cənabları Hadrut və keçmiş Martuni rayonunu birləşdirib Xocavənd rayonunun yaradilmasını da qeyd etdi. Bunu da bildirdi ki,  keçmiş Martuninin 55-60 faizi işğaldan azad edilib. Baxımsızlıqdan görünür ki, ermənilər Hadrutu öz torpaqları gözündə görsəydilər, hansısa işlər görərdilər. Onlar 30 ildə nəinki iş görməmiş, hətta dağıntılara yol vermişdilər. Bu barədə də məlumat verən Dövlət Başçısı bildirdi ki, ermənilər ancaq 1 məktəb, 2 hərbi obyekt tikmişlər. Yaşayış evləri isə könə formada idi.  Dövlət Başçısı ermənilərin Tuğ kəndində festival keçirməsi, xaricdən qonaq dəvət edərək sanki çox inkişaf edib fikrini yaratmaq çabalarının əbəs olmasından da danışdı.Hadrutun yenidən bərpası üçün tapşırıqlar verən Dövlət Başçısı qeyd etdi ki, Hadrutda üzümçülük, heyvandarlıq və əkinçilik təsərrüfatını inkişaf etdirmək vacibdir. Burada əvvəllər də bu sahə geniş yayılmışdır. Görüş zamanı Prezident bildirdi ki, "Bizim Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlarımız var. Biz bu gün bu planların icrasına start veririk. Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez- tez həyata keçiriləcək."

        Nümayəndə heyəti öz xoş sözlərini Dövlət Başcımıza çatdırdı ki, bu sözlər bütün qarabağlıların və eləcə də bütün Azərbaycan xalqının ürək sözləri idi. Biz hər birimiz-nəinki qarabağlılar, bütün azərbaycanlılar inanırıq ki, Prezidentimizin düzgün siyasəti nəticəsində doğma Qarabağımız yenidən çiçəklənəcək və keçmiş məcburi köçkünlər çox qısa müddətdə öz yurdlarına köç etməyə başlayacaqlar.

       Yaşasın Xalqımız, var olsun güclü, qüdrətlı Dövlətimiz, bu dövlətə layiqincə rəhbərlik edən Müzəffər Prezidentimiz və onun sərhədlərini bütövləşdirən, qoruyan Qüdrətli Ordumuz!

Bəxtiyar ƏHMƏDOV, 

Xocalı rayon Yaloba kənd tam orta məktəbin 

ingilis dili müəllimi 

 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi