Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Mötəbər tədbirlər istər iqtisadi, istərsə də siyasi müstəvidə ölkəmiz üçün çox böyük əhəmiyyətə malikdir

        Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gedib.

         Dövlət başçısı Türkmənistan Prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirib və Türkmənistanı İqtisadi Əməkdaşlıq Təşkilatında uğurlu sədrlik münasibətilə təbrik edib.

       Daha sonra İlham Əliyev qardaş Özbəkistanı İƏT-də sədrliyi öz üzərinə götürməsi münasibətilə təbrik edib və Təşkilata rəhbərlik işində uğurlar arzulayıb.

         Prezident İlham Əliyev çıxışında son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmasını vurğuladı. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Prezident onu da qeyd etdi ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Ölkə başçısı qeyd etdi ki, Azərbaycan COVID-19-a qarşı cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur. Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.

        Türkiyə Prezidenti Prezident Rəcəb Tayyib Ərdoğan “Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısının ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olduğunu vurğuladı. 

        Qardaş ölkənin Prezidenti Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür.

        Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin əhəmiyyətindən danışdı, bu Qələbənin bölgədə normallaşdırma səylərini gücləndirəcəyini vurğulayaraq dedi:

        - Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaqda davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır.

         Mən də bir Xocalı sakini kimi dövlət başçımızın ölkəmizin siyasi nüfuzunun daha yüksəldilməsi istiqamətində beynəlxalq arenada keçirilmiş bu tədbirlərdə təqdirəlayiq fəallıq nümayiş etdirməsini çox yüksək qiymətləndirirəm. Bu tədbirlər istər iqtisadi, istərsə də siyasi müstəvidə ölkəmiz üçün çox əhəmiyyətli olduğuna şübhə etmirəm.

        Yaşasın müzəffər Ali BAş Komandan!

Gültəkin Cavadova,

Xocalı rayonundan şəhid ailəsi

Paylaşın:

Soçi​ görüşü,​ Fransanın​ “Qafqaz​ arzusu”

 

​ ​ ​ ​ ​ 44​ günlük​ müharibədə​ 200​ illik​ mifi​ ancaq,​ Azərbaycan​ xalqı​ əli​ yalın​ olanda,​ erməni​ başkəsənləri​ əhaliyə​ divan​ tutur.​ Azərbaycan​ xalqı​ birləşib,​ əks​ hücuma​ keçəndə,​ ermənilər​ məğlub​ olanda​ yenə​ hay​ həşir​ salırlar,​ bəs​ biz​ yazıq​ milləti​ qırırlar,​ hüquqlarımız​ pozulur,​ ermənilər​ “ali​ irqə​ mənsubdular,​ onlara​ ayağın​ yandı​ geriçək​ demək​ olmaz,​ onların​ Makron,​ Qaragin​ dayılarının​ xətrinə​ dəyər.​ Fransanın​ Soçi​ görüşü​ ərəfəsində​ separatçıların​ törtöküntülərini​ qəbul​ etməsi,​ Minskinin​ 30 illik” fəaliyyətin​ yenidən​ diriltmək​ ermənilərə​ qulluq​ etmək​ istəyirlər. Makronu​ başa​ salmaq​ gərəgdir ki,​ hansı​ prinsiplərə​ qaytmaqdan​ danışır,​ Azərbaycanı​ yenədəmi 30​ illik​ aldatmaqla​ vaxt​ uzatmaq​ istəyirlər,​ ancaq​ Cənab​ İlham​ Əliyev​ açıq​ şəkildə​ bildirdi​ ki,​ status​ məsələsi​ həll​ olunub,​ status​ zibil​ qutusuna​ atılıb.

​ ​ ​ ​ ​ Soçi​ görüşündə​ Rusiya​ prezidenti​ Vladimir​ Putin​ və​ Azərbaycan​ rəhbəri​ Cənab​ İlham​ Əliyevin,​ Ermənistan​ baş​ naziri​ N.Paşinyan,​ tez​ bir​ zmanda​ sərhədlərin​ delmitasiyası​ başa​ çatdırılması​ vacibdir​ ki,​ iki​ dövlət​ arasında​ sülh​ anlaşması imzalansın.

​ ​ ​ ​ Görüşdə Cənab​ İlham Əliyev​ noyabrın 16-da​ Ermənistan​ Azərbaycan​ sərhədlərində​ baş ​ verən​ toqquşmaların, Rusiyanın​ sülhməramlı​ qüvvələrinin,​ dayandığı​ məntəqələrindən​ uzaqda​ baş​ verməsi,​ rus​ sülhməramlılarının​ xidmətlərinə​ kölgə​ sala​ bilməz,​ Rus-Türk​ monitorinq​ mərkəzləri,​ öz​ üzərlərinə​ düşən​ öhdəlikləri​ dəqiq​ yerinə​ yetirirlər,​ bu​ haqda​ görüşdə​ danışan​ Azərbaycan​ lideri​ İlham​ Əliyev​ qəti​ şəkildə​ bildirdi​ ki,​ sərhəddə​ baş​ verənlərə​ rus​ sülhməramlıları​ cavabdeh​ deyil.​ ​ Sərhəd​ məsələlərini​ komnukasiya​ xətlərinin​ açılması​ Rusiyanın​ köməyi​ ilə​ tez​ bir​ zamanda​ başa​ çatdırılmalıdır.

​ ​ ​ ​ ​ Rusiyanın ​ dövlət​ rəhbəri​ Cənab​ V.V.Putin​ bütün​ təziqlərə​ baxmayaraq​ qəti​ şəkildə​ çalışır​ ki,​ Qafqazda​ ​ ​ sülh​ və​ əminamanlıq​ olsun, Azərbaycan​ və​ Ermənistan​ arasında​ davamlı​ sülhə​ nail​ olunsun.

​ ​ ​ ​ Bir​ şeyi​ yadda​ saxlamalıyıq​ ki,​ Rusiyanın​ ​ ​ özündə də​ güclü​ erməni​ diasporu​ və​ Jirnovski​ kimi,​ slavyan​ avanturistləri​ var.​ Ona​ görədə​ bu​ cür​ razılaşmalarda​ Putinin​ özünün də​ nə​ qədər​ təzyiqlərlə​ rastlaşdığın​ nəzərə ​ almalıyıq.​ Moskvada​ hələdə​ qaytarılacaq​ iddiası​ ilə​ yaşayanlar​ çoxdur.

​ ​ ​ Heçbir​ qüvvə​ 10​ noyabr​ razılaşmasında​ əldə​ olunan​ şərtləri​ dəyişə​ bilməyəcək.​ Fransanın​ arzuları​ gözündə​ qalacaq,​ erməni​ sevdası​ suya​ düşəcək.

Sabir Qasımov,

Xocalı rayon Meşəli kənd tam orta məktəbin tarix müəllimi

Paylaşın:

Laçın rayonu işğaldan əvvəl, işğal dövründə və işğaldan sonra

         1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla Tağı Şahbazinin təşəbbüsü ilə şəhərə Laçın adı verildi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində rayonlar yaradıldı. Kürdüstan qəzası ərazisində yuxarıda qeyd edildiyi kimi 3 rayon — Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı.

        Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970–1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.1922-ci ilin 18 mayında Ermənistan tərəfindən işğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.

        Laçın əhalisinin milli tərkibi 2009-cu il əhalinin siyahıya alınması məlumatına əsasən rayon əhalisinin 66671 nəfərini azərbaycan türkləri, 1914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir.

        2021 –ci il 10 dekabr Kapitulyasiya aktı 44 günlük müharibənin qalibi kimi Ermənistan Baş Naziri və Azərbaycan Prezidenti Rusiya Prezidentinin vasitəçiliyi ilə üçtərəfli bəyanata əsasən Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl Ağdam və Kəlbəcəri azad etdi, indi isə Laçın rayonunu nəzarəti altına keçirir.Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi. Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir. Prezident İlham Əliyev Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətində demişdir: Artıq Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir.Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

        Laçın bizimdir! Qarabağ Azərbaycandır!

         Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən bir gün sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Laçının da bəzi kəndlərinin işğaldan azad olunduğunu açıqladı. Bunlar Qubadlıya yaxın olan Güləbird, Səfiyan və Türklər kəndləri idi. Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayonumuzdan biridir. Ərazisinin böyüklüyünə görə, Kəlbəcərdən sonra ikinci böyük rayonumuzdur. Bu rayonun ərazisində 1 şəhər, 1 qəsəbə (Qayğı qəsəbəsi) və 125 kənd olduğunu və Laçının qərbdən Ermənistanla sərhəddə yerləşdiyini nəzərə alsaq, bu torpaqların işğaldan azad olunması üçün kifayət qədər insan itkisi qaçılmaz olmayacaqdı. Beləliklə, 10 noyabr Birgə Bəyanatına əsasən nəzərdə tutulmuş üç rayonun Azərbaycana təhvil verilməsi prosesi uğurla başa çatdırıldı. İndi Qarabağ bölgəsində Azərbaycan Ordusu, erməni əhalisinin yaşadığı Dağlıq Qarabağ ərazisində Rusiya sülhməramlıları, həmçinin Birgə Monitorinq Mərkəzində xidmət edəcək Türkiyə hərbçiləri qulluq edəcək. Azərbaycanda artıq bugündən yeni dövr başlayır. Bu, quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrüdür. Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərərək, dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək.

Rövşən Atakişiyev,

Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Kəlbəcər qədim yaşayış məskənlərindən biridir

 

         "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. 

       1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. 

        Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. 

        Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. 

        2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 

        Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Prezident İlham Əliyevin öz çıxışında qeyd etmişdi ki, “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”. 

        2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. 

        Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Cari ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoydular. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını etdilər. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməlini qoydular. 

Leyli Yusifova,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Qalib döyüşçü kimi ailəsinə döndü...

        Şəhidlik və qazilik döyüş sınağında ən uca məqamlardır. Bu şərəfli yolu keçən mərd oğulların mənəvi güc mənbəyi Vətən sevgisi və döyüşçü ləyaqətidir. Vətən torpağının müqəddəsliyini dərk edən və uğrunda vuruşmağı öz qeyrət borcu bilən döyüşçüyə tuşlanan düşmən gülləsindən onun iradəsi büdrəməz, döyüş ruhu, qətiyyəti yenilməz. 

        Döyüş meydanında hünər nümunələri göstərən cəngavər oğulları 44 günlük Vətən müharibəsi də bizə yaxından tanıtdı. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində iştirak edərək ağır yaralanan və sağlamlığını itirən, bu səbəbdən ehtiyata buraxılan qazi hərbi qulluqçularını da döyüş yolumuzla bağlı tədqiqatlarımızda diqqət mərkəzində saxlayırıq. Onlardan biri ehtiyatda olan gizir Söhbətov Elsevər Cəmşid oğludur. Elsevərin özü və ailəsi ilə görüşdüm, komandiri, döyüşçü yoldaşları, onu müalicə edən həkimə telefonla zəng vuraraq məlumatlar topladım. 

        O, 8 iyul 1990-cı ildə Abşeron rayonunun Novxanı kəndində anadan olub. Atası Cəmşid Söhbətov və anası Ülkər Söhbətova əslən Qobustan rayonunun Sündü kəndindəndirlər. Həmin kənddən 24 nəfər soydaşımız Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 

        Cəmşid Söhbətov Birinci Qarabağ müharibəsində iştirak edib. 1992-1994-cü illərdə Tərtər-Ağdərə bölgəsində könüllü olaraq döyüş yolu keçib. 

       Söhbətovlar ailəsində bir qız, üç oğlan övladı böyüyərək boya-başa çatıb. Böyük övlad olan Elsevər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsindəki şəhid Elçin Qaranzadə adına 270 saylı tam orta məktəbdə 4-cü sinfədək, Novxanıdakı Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə adına 1 saylı tam orta məktəbdə isə 9-cu sinfə qədər oxuyub.

        Məktəbli olduğu illərdə Elsevər Novxanıdakı “Samuray” klubunda karate idman növü ilə məşğul olub. “Samuray” klubundan ona verilən sertifikatda 9 kyu (göy zolaqlı) kəmərinə layiq görüldüyü barədə qeydlər öz əksini tapıb. Bundan əlavə, o, 2005-ci ilin may ayında Fərqanə Hüseynovanın xatirəsinə həsr olunmuş “Kyokuşin karate” növü üzrə respublika turnirində III yeri tutub və müvafiq dərəcəli diplomla mükafatlandırılıb. 

        2006-2010-cu illərdə Elsevər Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində təhsil alıb. Kollecdə lokomotiv və vaqon təsərrüfatı üzrə texnik-mexanik ixtisasına yiyələnib. 

        2010-cu ilin aprel ayında Elsevər müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Bakı şəhərinin Nərimanov rayonundakı (hazırda Hacıqabul rayonunda yerləşən) “N” saylı hərbi hissəsində ilkin təlim dövründən sonra hərbi and içib. Sonra qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin komendant bölüyündə xidmət edib, ona “baş əsgər” hərbi rütbəsi verilib. Hərbi xidmət borcunu vicdanla yerinə yetirərək 2011-ci ilin oktyabr ayında tərxis olunub. 

        Müddətli həqiqi hərbi xidmətdən sonra bir müddət tikintidə fəhlə işləyib, zəhmətkeş gənc olaraq valideynlərinə köməyini əsirgəməyib.

        2013-cü ilin iyun ayında Elsevər Daxili Qoşunların Sumqayıt şəhərindəki “N” saylı hərbi hissəsinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Vətənpərvər gənc kimi həyatını hərbi xidmətə bağlamağı qərar verib. Bu hərbi hissədə hərbi xidməti dövründə xüsusi vasitələrin tətbiqi bölməsinin xüsusi vasitələrin tətbiqi qrupunun yarımqrupunda meteomüşahidəçi-atıcı, manevr qrupunda yarımqrup komandiri, xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifələrinə təyin edilib, “gizir” hərbi rütbəsinədək yüksəlib. Tutduğu vəzifələrdə komandanlığın etimadını doğruldub, nümunəvi xidməti nəzərə alınaraq, barəsində müxtəlif növ həvəsləndirmələr tətbiq olunub. 

         Xidmət etdiyi bölmələrin təyinatından irəli gələn döyüş tapşırıqlarının yerinə yetirilməsinə daim hazır olmaq üçün təlimlərdə əzmkarlıq göstərib, silah və xüsusi vasitələrin texniki xüsusiyyətlərini dərindən mənimsəyib. Tabeliyindəki yarımqrupun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi yönündə öz bilik və bacarığını əsirgəməyib.

        Söhbət zamanı Elsevər məlumat verdi ki, hərbi xidmət dövründə paytaxtımızda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli yarışların təhlükəsizliyinin təmin olunmasında iştirak edib. Bununla yanaşı, ayrı-ayrı fövqəladə hadisələr zamanı qarşıya qoyulmuş xidməti tapşırıqları məsuliyyətlə yerinə yetirib. 

        O, yüksək fiziki hazırlığı, hərbi qulluqçuların iştirak etdikləri müxtəlif yarışlarda öz məharəti ilə fərqlənib. Armrestlinq üzrə yarışda 1-ci yer tutduğuna görə hərbi hissə komandiri tərəfindən fərmanla mükafatlandırılıb.

        Vətən müharibəsindən əvvəl Elsevər xüsusi təyinatlı bölmələrin taktiki hazırlığı üzrə praktiki təlimlərdə iştirak edərək öz döyüş qabiliyyətini artırıb.

        2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsinə yollanan qoşunların xüsusi təyinatlıları arasında Elsevər də vardı. Onun döyüş yolu 27 sentyabr - 2 oktyabr 2020-ci il tarixlərində Cəbrayıl rayonu ərazisindən keçib. Bu istiqamətdə düşmənin müdafiə xəttinin yarılması, postlarının ələ keçirilməsi, silah-sursatını, texnikasını cəmləşdirdiyi atəş nöqtələrinin susdurulması kimi çətin döyüş tapşırıqlarının yerinə yetirilməsində xüsusi təyinatlılar şücaət göstəriblər. Bu döyüşlərdə Elsevər düşmənə qarşı xüsusi təyinatlıya xas cəsurluqla vuruşub, öz silahından açdığı sərrast atəşlə onlarla işğalçını məhv edib. Onun və döyüşçü yoldaşlarının inadlı həmlələrinə düşmən davam gətirə bilməyib.

        Sumqayıtdakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri, Vətən müharibəsi iştirakçısı mayor Ələsgər Muxtarov Elsevəri hərbi xidmətdə olarkən öz funksional vəzifələrinin öhdəsindən gələn, tabeliyindəkilərə nəzakətli, tələbkar olan, nizam-intizamlı və cəsarətli hərbi qulluqçu kimi xarakterizə etdi. Vətən müharibəsində verilmiş döyüş tapşırıqlarını peşəkar xüsusi təyinatlı kimi yerinə yetirdiyini, ən təhlükəli anlarda qətiyyətli davrandığını, komandir olaraq ona arxalandığını nəzərə çatdırdı. Belə döyüşçülərin fədakarlığının gənc nəslə örnək olduğunu da komandir vurğuladı.

        Daxili Qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissədə xüsusi
təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini, Vətən müharibəsi iştirakçısı kapitan Nadir Şərifov qazini 2018-ci ildən tanıdığını söylədi. Qoşunların Sumqayıtdakı “N” saylı hərbi hissəsində xidmət edərkən (döyüş bölgəsinə də bu hərbi hissədən gedib) komandiri olduğu xüsusi həmlə qrupunda tabeliyindəki Elsevərin müsbət fərdi keyfiyyətləri ilə seçildiyini dedi. Ön cəbhədə döyüşə öndə gedən, dözümlü və iradəli hərbi qulluqçulardan biri olduğunu danışdı. Məlumat verdi ki, döyüşlər başlayanda ilk olaraq Lələtəpə yüksəkliyi yaxınlığında Füzuliyə gedən yolun nəzarətdə saxlanılması tapşırığını alıblar. Sonrakı günlərdə düşmənin Lələtəpənin önündəki istiqamətdə yerləşən birinci müdafiə xəttinin, eləcə də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi ətrafındakı ikinci müdafiə xəttinin yarılması, mövqelərinin darmadağın edilməsi məqsədilə hücuma keçiblər. Hücum zamanı təcavüzkarın müdafiə xətləri yarılaraq əsas mövqeləri nəzarətə götürülüb, ermənilər canlı qüvvə, texnika, silah-sursat sarıdan ciddi itkiyə məruz qalıblar. 

        Oktyabrın 2-də 150-200 metr yüksəklikdəki düşmən postuna 8 nəfərdən ibarət qrupla həmlə ediblər. Qrupun tərkibində Elsevər də olub. Postu ələ keçirdikdən sonra düşmən oranı texnika və iriçaplı silahlardan şiddətli atəşə tutub. İşğalçıların postu geri almaq cəhdi uğursuzluqla nəticələnib. Həmin döyüşdə Elsevər alın nahiyəsini dələrək sağ qulağının üstündən çıxan snayper gülləsindən ağır yaralanıb. Onun şəhid olduğunu zənn ediblər. Ancaq xırıltılı səsi və nəbzinin döyünməsindən sağ qaldığı məlum olub, döyüş meydanından silahdaşları tərəfindən çıxarılıb. 

        Sumqayıt şəhərindəki “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı, Vətən müharibəsi iştirakçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Beyrut Rəhmanov bildirdi ki, o da Elsevəri 2018-ci ildən tanıyır. Onun etibarlı və qayğıkeş silahdaş olduğunu vurğuladı. Döyüşlərdə onun qorxmazlığı yoldaşlarını da ruhlandırırdı. Beyrut qazini yaralandığı yerdən təxliyyə etmiş bir neçə hərbi qulluqçudan biridir. Silahdaşının xilası üçün həmin anda bütün mümkün olanı edib. 

        Elsevərin həyata qaytarılmasında, onun sağlamlığının bərpasında Bakı


Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Fərid Təqdirov, bu xəstəxanada neyrocərrahlar Nicat Muştaqov və Elşən Hüseynzadənin böyük zəhməti var. Peşəkar həkimlərimizin Ağcabədi Rayon Xəstəxanası və Bakı Neyrocərrahiyyə Xəstəxanasında apardıqları çətin cərrahi əməliyyat, uğurlu müalicə qazimizi ölümün pəncəsindən qoparıb, ailəsinə qovuşdurub. Qələbə xəbərini də Elsevər xəstəxanada tibb işçilərindən eşidib, həmin məqamı həyatı boyu unutmayacağını bildirdi. 

      Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 24 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir Elsevər Söhbətov “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

        II qrup əlil olan Elsevərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir, habelə pensiya təyin olunub.

        2015-ci ilin noyabr ayında Elsevər Rübabə xanımla ailə qurub. Nilay, Nuray və Nihad adlı üç azyaşlı övladı var. Nihad Vətən müharibəsindən sonra dünyaya gəlib. Doğmalarının sevgisi və qayğısı ona ağır yaralanmanın fəsadlarını aradan qaldırmağa mənəvi güc verir. Bundan sonrakı həyatının öz axarına düşməsində bu amil çox vacibdir. 

        Atası onunla qürur duyduğunu söylədi. “Bizim edə bilmədiyimizi igid övladlarımız etdilər, bu gün qalib xalq olaraq yaşayırıq”- deyə vurğuladı. 

Yalçın Abbasov,

DİN-in Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist

  


Paylaşın:

Doğum gününü qeyd etməyən şəhid baş çavuşumuz...

       Doğum günü fevral ayının 26-na - Xocalı soyqırımının ildönümünə təsadüf etdiyi üçün bunu əsla qeyd etməzdi Tural. Hətta bu münasibətlə təbrik olunmağından heç xoşu gəlməzdi və cavabında: “yəqin bilirsiniz ki, mən doğum günümü qeyd etmirəm” – deyə könülsüz halda mövqeyini bildirərdi. Vətənpərvər ruhda böyüyüb tərbiyə alan cəsur silahdaşımız qəti olaraq bununla bağlı özünə söz də vermişdi: “İşğal olunmuş torpaqlarımız azad olunmayınca, şəhidlərimizin intiqamı mənfur düşməndən alınmayınca, doğum günümü heç bir zaman qeyd etməyəcəyəm!”.  

        Haqqında bəhs edəcəyimiz “Şəhidlərimiz” rubrikasının budəfəki qəhrəmanı Vətən uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış “Qarabağ” ordenli cəsur silahdaşımız baş çavuş Abdullayev Tural Şakir oğludur.

        Baş çavuş Tural Abdullayev 1990-cı il fevralın 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. Şakir Abdullayevin və İradə Sadıqovanın böyüdüb tərbiyə etdikləri üç övladın ortancılı, həmçinin, iki bacının – Gülər və Nisənin yeganə qardaşı, arxa-dayağı idi Tural... 

        Hələ körpə yaşlarından Tural doğma Vətənimizə məhəbbət, mənfur düşmənlərimizə isə nifrət ruhunda tərbiyə almışdı. Təbii ki, bunun da başlıca səbəbi erməni işğalı nəticəsində Abdullayevlər ailəsinin, digər soydaşlarımız kimi, taleyin amansız hökmü ilə yaşamağa məhkum olduğu məcburi köçkünlük həyatının qəlbləri göynədən ağrı-acısı, çəkdiyi min bir əzab-əziyyəti idi. Atasının da vurğuladığı kimi, Birinci Qarabağ müharibəsi zamanı düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmiş əmisi Abdullayev Fazil Azay oğlu, həmçinin, Xocalıda və digər yurd yerlərimizdə amansız erməni vəhşiliyinin günahsız qurbanlarına çevrilərək həyatını itirmiş on səkkiz nəfər yaxın qohum-əqrəbası da daxil olmaqla, bütün şəhidlərimizin qisasını almaq arzusu cəsur silahdaşımızın bu qaniçən topluma olan nifrətini daha da artırırdı. Tural Laçının Ərikli kəndində dünyaya göz açsa da, iki yaşınadək ailəsi ilə birgə Xocalıda yaşamışdı. Bunun da başlıca səbəbi o dövrdə Xocalının tədricən şəhər kimi inkişaf etməyə başlaması idi. Belə ki, yeni-yeni müəssisələrin istifadəyə verilməsi, həmçinin, aparılan böyük həcmdə tikinti-quruculuq işlərilə əlaqədar yaranan çoxsaylı iş yeri səbəbindən, ətraf rayonlarda yaşayan bir sıra aztəminatlı azərbaycanlı ailələr kimi, Turalın ailəsi də işləmək və daimi yaşamaq üçün bu şəhərə üz tutmuşdu. Lakin 1992-ci il fevralın 26-da şəhər erməni qəsbkarları tərəfindən işğala və əhalisi soyqırıma məruz qaldığından, Abdullayevlər ailəsi Bakının Xətai rayonuna pənah gətirməli olmuşdu. Bu səbəbdən də müvafiq sənədlərdə Turalın və ailə üzvlərinin qeydiyyat ünvanlarının Xocalı şəhəri olması göstərilib.   


        Orta təhsilinin 8-ci sinfədək olan hissəsini Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Laçın rayonu 28 saylı tam orta məktəbində, 9-11-ci sinifləri isə ailəsinin təsərrüfat qurmaq səbəbilə müvəqqəti yaşamaq üçün üz tutduğu və yaxın qohumlarının da məskunlaşdıqları Qax rayonunun Almalı kənd orta məktəbində oxumalı olub. Üç ildən sonra, burada üzləşdikləri bir sıra çətinliklər səbəbindən istədikləri həyat şəraitini qura bilməyən Abdullayevlər ailəsi yenidən Bakı şəhərinə qayıtmağı qərara alır. Lakin bu dəfə Sabunçu rayonunun Bilgəh qəsəbəsində müvəqqəti kirayə tutduqları evdə yaşamalı olurlar. Tural Vətən müharibəsində iştirak etmək üçün döyüş bölgəsinə yollanmazdan öncə, sonuncu dəfə məhz bu ünvanda doğmaları ilə sağollaşaraq ata-anasının xeyir-duasını alıb, onlardan ayrılmışdı... 

        2009-cu ilin iyul ayında Tural Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı Rayon Bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Müddətli həqiqi hərbi xidmətini 2009-cu ilin iyul ayından 2011-ci ilin yanvar ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölməsində keçib. Qısa fasilədən sonra, yəni 2011-ci ilin aprel ayından Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan borcunu yerinə yetirməyə başlayıb. Burada müxtəlif vəzifələrdə xidmətini davam etdirən Tural 2015-ci ilin may ayından etibarən xüsusi təyinatlı dəstənin avtomobil yarımqrupunda sürücü vəzifəsini şərəflə yerinə yetirib. Yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi xidməti ilə hər zaman hərbi hissə komandanlığının etimadını doğruldub. Hələ xidmət etdiyi dövrdə xidməti vəzifələrinin, hərbi borcunun yerinə yetirilməsində və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilər əldə edən cəsur hərbi qulluqçumuz 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi “Milli Ordu-100” xatirə medalı və “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi” yubiley döş nişanı ilə təltif edilib, həmçinin, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb. 

        Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstə komandirinin müavini-qərargah rəisi, Vətən Müharibəsi Qəhrəmanı kapitan Nicad Bədəlov vaxtilə birgə xidmət etdiyi cəsur döyüşçü yoldaşının nümunəvi xidmətini bu gün də böyük fəxr hissi ilə xatırladığını bildirdi: “Baş çavuş Tural Abdullayev dəstəmizin hər zaman nümunəvi xidməti və yüksək hərbi intizamı ilə fərqlənən hərbi qulluqçularından biri olub. Düşünürəm ki, Turalı yaxından tanıyan hər bir insanın qəlbində onunla bağlı yalnız ən xoş xatirələr yaşaya bilər. Yaşadığımız indiki bu dünyada layiqli bir vətəndaş, eyni zamanda, əsl vətənpərvər insan üçün deyilən və yazılan bütün xoş sözləri məhz ona şamil etmək olar. 

        Erməni vəhşiliyi nəticəsində hələ körpə yaşlarından tərk etmək məcburiyyətində qaldığı Xocalıya, doğma Qarabağımıza yenidən qayıtmaq arzusu ilə yaşayırdı. Bir xüsusi təyinatlı kimi yeganə amalı da elə bu idi Turalın. Vətən müharibəsinə də böyük ruh yüksəkliyilə, şəhidlərimizin intiqamını mənfur düşməndən almaq əzmilə qatılmışdı...”.        

       Vətən müharibəsi zamanı baş çavuş Tural Abdullayevlə eyni qrupun tərkibində hərbi əməliyyatlarda yaxından iştirak etmiş qoşunların Zaqataladakı “N” saylı hərbi hissənin “Qartal” xüsusi təyinatlı dəstəsinin cəsur hərbi qulluqçuları - baş çavuşlar Olxan Quliyev (Laçın istiqamətində gedən döyüşlərdə yaralanıb), Hilal Əliyev (Füzuli istiqamətində gedən döyüşlərdə yaralanıb), Tural Həmzəyev və kiçik çavuş Dəyanət Rüstəmovun (Hadrut istiqamətində gedən döyüşlərdə travma alıb) söylədiklərindən də aydın olur ki, igid silahdaşımız andına sadiq vətənpərvər xüsusi təyinatlı olduğunu elə döyüş meydanında, son nəfəsinədək vuruşaraq düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməklə sübut edib. 

        30 sentyabr 2020-ci il... Kəlbəcər istiqamətində gedən döyüş Turalın son döyüşü oldu. “Qartal” xüsusi təyinatlı dəstəsində texnik, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş baş çavuş Olxan Quliyev ən yaxın dostu olmuş Turalın ağır yaralanaraq şəhidlik zirvəsinə ucaldığı son döyüşü barədə danışarkən, onun fədakarlığı ilə hər zaman qürur duyacağını bildirdi: “Tural mənim ən yaxın dostum, eyni zamanda, sirdaşım idi. Mənə adımla deyil, soyadıma uyğun olaraq hər zaman “Qulu” deyə müraciət edərdi. Çox qoçaq, gözlərində qorxu hissi olmayan əsl döyüşçü idi. Qismət elə gətirdi ki, Vətən müharibəsi başlayanda da onunla eyni qrupun tərkibində düşmənə qarşı vuruşmalı olduq. 

        Qrupumuz sentyabrın 27-dən başlayaraq, müvafiq döyüş tapşırığına uyğun Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları ilə birgə hərbi əməliyyatlarda iştirak edib. Tərkibində Turalın da vuruşduğu qrupumuzun şəxsi heyəti Kəlbəcər istiqamətində bir sıra düşmən postlarının ələ keçirilməsində və xeyli sayda canlı qüvvəsinin məhv edilməsində xüsusilə fərqlənib. Lakin əfsuslar olsun ki, onunla az bir zamanda birgə vuruşa bildik. Sentyabrın 30-da Turalın ağır yaralandığı o son döyüş indi də gözlərimin önündən getmir”.

         Bu arada Olxanı qəhər boğduğundan, söhbətinə bir qədər ara verir. Müsahibim əli ilə gözlərinin yaşını silərək, özünü toparlamağa və ən yaxın dostunu itirdiyi amansız müharibənin acı xatirələrini yenidən bizimlə bölüşməyə davam edir: “Canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalmış düşmən olduğumuz mövqeləri uzaq məsafədən minaatanlardan və digər artilleriya qurğularından atəşə tutmaqla, düçar olduğu məğlubiyyətin əvəzini çıxmağa çalışırdı. Turalla aramızda cəmi iyirmi metr məsafə olardı. Bu zaman düşmənin atdığı minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində baş çavuş T.Abdullayev ağır qəlpə yarası aldı. Mən tez bir zamanda özümü ona yetirib, ilkin tibbi yardım göstərdim, ağrıkəsici iynə vurdum. Bundan əlavə, bu döyüşdə bizimlə birgə vuruşan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı hərbi qulluqçularından da ikisi şəhid olmaqla, dörd nəfəri ağır yaralanmışdı. Sonra biz şəhid və yaralıları maşınlara mindirib, ərazidən çıxartdıq. Çox təəssüflər olsun ki, iki gündən sonra Turalın şəhid olma xəbərini aldım...”.

          Turalın digər döyüşçü yoldaşı, xüsusi təyinatlı dəstənin başçavuşu “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş baş çavuş Hilal Əliyev isə yaxın dostu olmuş Turalın ağır yaralanmazdan bir saat öncə aralarında olan söhbəti məhz müharibənin ən ağrılı xatirəsi kimi heç zaman unutmayacağını bildirdi: “Tural şəhid olacağını sanki bilirdi. Mənə yaxınlaşaraq: “Səndən bir xahişim var” – dedi. Mən cavabımda: “Buyur, qardaş, eşidirəm” – dedim. Gözləri dolmuşdu. Tural bir qədər susduqdan sonra yenidən: “Mən bilirəm ki, şəhid olacağam” – söylədiyi an mən onun sözünü kəsib: “Elə şey ola bilməz. İnşallah, müharibə bizim qələbəmizlə başa çatar, hər birimiz sağ-salamat evimizə qayıdarıq” – deyib, fikrini dağıtmaq istədim. Lakin Tural başını bulayıb, gözlərimin içinə dik baxaraq: “Yox, qardaş. Bu mənim ürəyimə damıb. Əgər mən şəhid olsam, anamı mənim yerimə bol-bol qucaqlayıb, onu çox sevdiyimi söyləyərsən” - demişdi... Bu mənim üçün nə qədər ağır olsa da, şəhidlik məqamına yüksəlmiş döyüşçü yoldaşımın son xahişini yerinə yetirməli oldum”.

        Baş çavuş Tural Abdullayev 2020-ci il oktyabrın 1-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Subay idi.  

        Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli, 15 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş Abdullayev Tural Şakir oğlu (ölümündən sonra) “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. 

        Bununla yanaşı, ölkə başçısının şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə mənzil və fərdi evlərin verilməsini nəzərdə tutan müvafiq sərəncamına əsasən, 2021-ci ilin aprel ayında Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində bu məqsədlə inşa olunmuş yaşayış binasından Abdullayevlər ailəsinə də yeni mənzil təqdim olunub.  

      Məlumat üçün bildirək ki, Turalın ailə üzvlərinin xatirələri əsasında Azərbaycan Dövlət Televiziyası, eləcə də bir sıra internet saytları tərəfindən hazırlanmış süjetlərdə şəhid hərbi qulluqçumuzun gənc nəslə nümunə olan həyat və döyüş yolu barədə məlumatlar izləyicilərə təqdim edilib.

        Bundan əlavə, “525-ci qəzet”in 5 aprel 2021-ci il tarixli sayında dərc edilmiş “Əbədiyyətdəki əziz ünvanlarımız” və “Fədai” qəzetinin saytında verilmiş “Zəfər tarixində imzası olan şəhidlərimiz – Tural Abdullayev” başlıqlı məqalələrdə cəsur silahdaşımızın həyat və döyüş yolu işıqlandırılıb.

        Sonda məqaləni şairə Şərqiyyə Balacanlının “Şəhidlər” şeirindən bir bəndlə yekunlaşdırıram:

Siz düşməndən torpaq, qisas aldınız,

Şanlı adla xalqa övlad oldunuz.

El qəlbində əbədidir adınız,

Ölməzliyin özüsünüz, şəhidlər!

        Allah rəhmət eləsin!

mayor Anar Əhmədov,

DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru




Paylaşın:

İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi Dövlət Bayrağımız qürurla dalğalanır


        Ağdam rayonu - 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1150 km², əhalisi 153000 olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam" - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

         Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşib.

        30 ilə yaxın bir müddətdə erməni vəhşilərinin tapdağı altında qalan bu gözəl şəhərdə daş daşın üstündə qalmamışdı. Lakin müzəffər ordumuz bu işğala son qoydu. 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

        Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi Dövlət Bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir.

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam rayonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.

        Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.

        Yaşasın Azərbaycan xalqı! Yaşasın Cənab Ali Baş Komandan İlham Əliyev! Qarabağ Azərbaycandır!

Sevinc Hüseynova, 

Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi  

Paylaşın:

Vahid Əliyev: Rayonumuzda olan seçicilərin əksəriyyəti Heydər Əliyev siyasi kursuna, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs veriblər

 
       Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə YAP Xocalı rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Vahid Əliyevdən götürdüyümüz müsahibəni xocalininsesi.info saytı oxuculara təqdim edir.

        - Vahid müəllim, bildiyimiz kimi, 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Hazırda həmin konfransdan 29 il ötür. Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şərait, o dövrdə respublikada mövcud olan ictimai - siyasi vəziyyət haqqında fikirlərinizi öyrənmək maraqlı olardı. Gənc nəsil üçün YAP-ın yaranmasını zəruri edən tarixi şərait haqqında fikirlərinizi bildirməyinizi xahiş edirik.

        - Sualınıza cavab olaraq bildirirəm ki, YAP-nın yaradılması ideyası respublikamızın düçar olduğu sözlə ifadə olunması çətin və mürəkkəb olan ağır vəziyyətdən xilas edilməsi zərurətindən yaranmışdır. Hələ 1988-ci ilin fevralında erməni separatizminin Azərbaycana qarşı torpaq iddiaları əsasında həyata keçirilən xarici qüvvələr tərəfindən hər cür dəstək alan mənfur siyasət o dövrün Azərbaycan rəhbərliyi tərəfindən qətiyyət göstərilərək qarşısı alınmadığından, vaxtaşırı hakimiyyət dəyişikliyi aparılmasına baxmayaraq, getdikcə pisləşərək həmin ərazilərdə yaşamış əhalinin öz doğma yurd-yuvalarından didərgin salınması, bir-birinin ardınca torpaqlarımızın işğal edilməsi, siyasi və hərbi hərcmərclik dövlət idarəetmə sisteminin iflic vəziyyətə salınması, 100 illərdən sonra əldə olunmuş dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin yarandığı bir dövrə təsadüf edir. Bildiyimiz kimi, dünyada və keçmiş Sovetlər birliyi məkanında baş vermiş tarixi hadisələr və xalqımızın müstəqil dövlətə sahib olmaq uğrunda apardığı mübarizəsi nəticəsində 1991-ci ilin oktyabr ayının 18-də digər sovet respublikaları ilə yanaşı, Azərbaycan Respublikasında da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı qəbul edildi. Lakin respublikamızda mövcud olan ictimai–siyasi və hərbi vəziyyət, xalqımızın taleyinə biganə olan, şəxsi maraqlarını milli və dövlət maraqlarından üstün tutan naşı rəhbərlərin yarıtmaz siyasəti və regionda maraqlı olan xarici qüvvələrin apardığı ardıcıl və məqsədyönlü siyasət sayəsində Respublikamızda sözlə ifadə olunması müşkül olan bir duruma gətirib çıxarmışdı. Vəziyyətin bu şəkildə davam etməsinin daha ağır nəticələrə gətirib çıxaracağını duyan və xalqımızın düçar olunduğu bəlalara seyirci mövqedə dayanmağı qəbul etməyən bir qrup ziyalılar bir araya gələrək yeni bir siyasi təşkilat yaradılması təşəbbüsü ilə çıxış etmək məcburiyyətində qaldılar. O dövrdə Respublikada mövcud vəziyyəti düzgün dəyərləndirən və düçar olduğumuz acınacaqlı durumdan xilas yolunu müəyyən edən ziyalılarımızın fədakarlığını yüksək dəyərləndirməliyik. Məşhur “91-lər” adlandırılan ziyalılarımız böyük hörmət və ehtirama layiqdir. Həmin ziyalılarımız mövcud durumu düzgün qiymətləndirərək xalqımızın böyük oğlu, dünya miqyaslı siyasi və dövlət xadimi, Ulu Öndərimiz Heydər Əliyevə müraciət ünvanlamaqla Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılması, dövlətimizə qarşı xarici qüvvələrin müdaxilələrinin zərərsizləşdirilməsi, dövlət idarəetmə sisteminin bərqərar olunması, ayrı-ayrı şəxslərin maraqlarına xidmət edən silahlı dəstələrin yerinə torpaqlarımızın etibarlı müdafiəsi üçün vahid komandanlığa tabe olan nizami ordunun formalaşdırılması, dünya dövlətləri ilə bərabərhüquqlu tərəftaşlığın təşkil edilməsi, bugünkü dinamik inkişafda olan müasir, müstəqil Azərbaycan Respublikasının təməlinin qoyulması yolunda atılmış ən uğurlu addımlardan biri olduğunu deyə bilərik. Ziyalılarımızın Ulu Öndər Heydər Əliyevə ünvanladıqları bu müraciətə özlərini demokratik qüvvələr kimi xalqımıza sırımış o zamankı hakimiyyət tərəfindən sözün yumşaldılmış formasında ifadə etsək, olduqca mənfi qarşılandı. Görkəmli ziyalılarımıza qarşı insanlığa sığmayan alçaldıcı hərəkətlərə yol verildi. 

       Ulu Öndərimiz Respublikada möcud durumu və xalqımızın çoxsaylı müraciətlərini nəzərə alaraq “Yeni Azərbaycan Partiyası” adında yeni bir siyasi təşkilatın yaradılmasına müsbət rəyini bildirdi. O dövrkü dırnaqarası demokratlar yaradılması nəzərdə tutulan siyasi partiyanın təsis konfransının belə Bakı şəhərində keçirilməsinə imkan vermədilər. Respublikanın ayrı-ayrı bölgələrindən olan təssübkeşlər Naxçıvana getmək məcburiyyətində qaldılar və nəhayət 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində keçirilmiş təsis konfransı ilə artıq dünənin, bu günün və gələcəyin partiyası olan, sıralarında 760000 nəfərdən çox, bütün təbəqələrdən insanları birləşdirərək ümumxalq partiyası səviyyəsinə yüksələn Yeni Azərbaycan Partiyası yarandı. 

       - Yeni Azərbaycan Partiyası iqtidara gəldiyi vaxtdan ölkəmiz xaosdan qurtularaq inkişaf dönəminə qədəm qoydu. Partiya yarandığı vaxtdan hansı fəliyyət istiqamətini və milli məsələləri prioritet hesab etdi? 

      - Yeni Azərbaycan Partiyası siyasi mübarizə aparmadan hakimiyyətə gələn nadir siyasi təşkilatlardan biridir. 1993-cü ilin iyun hadisələri yaşlı nəslin xatirindədir. O dövrdə siyasi hakimiyyətdə olan AXC və Müsavat cütlüyü özlərinin yarıtmaz fəaliyyət və fəaliyyətsizlikləri nəticəsində Respublikada yuxarıda sadalanan problemlərlə yanaşı, bu problemlərin sırasına daha dəhşətli bir problemi, vətəndaş müharibəsinin reallaşdırılmasını əlavə etdilər. Gəncə hadisələrindən sonra o dövrkü hakimiyyət siyasi hakimiyyətlərinin itirilməsinin reallığa çevrildiyini son nəticədə dərk edərək, özlərinin şəxsi həyatlarını itirəcəklərindən qorxaraq öz canlarını Surət Hüseynov təhlükəsindən xilas edilməsi məqsədi ilə üzlərini Ulu Öndərimiz, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevə tutaraq onun Bakıya gəlməsini dəfələrlə xahiş etməli oldular. Heydər Əliyev Respublikada vəziyyətin ağırlığını nəzərə alaraq Naxçıvandan Bakıya dönməli oldu. Bir-birinin ardınca Ulu Öndərimiz Gəncəyə səfər edərək vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. 15 iyun 1993-cü ildə Ulu Öndərimiz Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildikdən sonra o dövrdə siyasi hakimiyyətdə olan AXC-Müsavat cütlüyü təmsilçiləri bir-birinin ardınca siyasi hakimiyyəti tərk edərək müxalifət adı altında birləşərək ictimai-siyasi sabitliyin pozulması istiqamətində fəaliyyətə başladılar. Xalqımızın özünün xilaskar oğlu Heydər Əliyevin siyasi kursu ətrafında birliyi, qarşıya çıxan bütün maneələri dəf edə bildi. İctimai-siyasi sabitliyin təmin edilməsi ən önəmli məsələ idi. Dövlət idarəetmə orqanlarının normal fəaliyyətinin təmin edilməsi, başıpozuq silahlı dəstələrin yerində vahid komandanlığa tabe olan nizami ordunun formalaşdırılması yolu ilə torpaqlarımızın işğalı prosesinin dayandırılması, Respublikamızın dünya birliyinə inteqrasiya edilərək beynalxalq nüfuzlu təşkilatların bərabərhüquqlu üzvünə çevrilməsi, dövlətimizin sosial-iqtisadi siyasət kursunun müəyyən edilməsi, qanunvericilik bazasının yaradılması çoxpartiyalı seçki sisteminin formalaşdırılması, bütün sahələrdə islahatların həyata keçirilməsi, dövlətimizin iqtisadi qüdrətinin təmin edilməsi məqsədi ilə dünyanın maliyyə institutlarının Azərbaycana cəlb edilməsi və.s. gərgin zəhmət və qətiyyət tələb edən məsələlərdir. 

        1994-cü ilin oktyabr və 1995-ci ilin martında xarici qüvvələrin dəstəyi və təhriki ilə yenidən dövlət çevrilişinə cəhdlər olundu. Ulu Öndərimiz Heydər Əliyev xalqımızın birliyi ilə bu mənfur niyyətlərin qarşısını aldı. Azərbaycanda dinamik inkişaf, ardıcıl islahatlar, iqtisadi inkişaf dönəmi başladı. 

        Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs, yeni dövrün reallıqları nəzərə alınaraq 2003-cü ildə keçirilmiş Prezident seçkilərindən sonra Cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Regionlarımızın xarici simasının büsbütün dəyişməsi, nəhəng sosial, iqtisadi, infrastruktur layihələrin icra olunması, beynalxalq aləmdə Azərbaycanın nüfuzunun artırılaraq Cənubi Qafqazın lider dövlətinə çevrilməsi dünyanın ən inkişaf etmiş dövlətlərinin diqqətini cəlb edən, hərbi məktəb kimi öyrənməyə çalışdıqları bir ordunun formalaşdırılması və cəmi 44 günlük müharibədə işğal altında olan torpaqları azad etməsi yuxarıda qeyd etdiklərimizin əyani təsdiqidir.

        - 44 günlük haqq savaşında Yeni Azərbaycan Partiyası özünün siyasi qüdrətinin necə göstərdi?

        - 44 günlük Vətən müharibəsində əldə olunmuş qalibiyyət yalnız Yeni Azərbaycan Partiyasının deyil, bütövlükdə Azərbaycan xalqının, dünya azərbaycanlılarının, 300 milyonluq türk dünyasının dünya erməniləri üzərində möhtəşəm qələbəsidir. Yeni Azərbaycan Partiyasının üzvü olaraq bu möhtəşəm qələbənin bizim partiyanın hakimiyyətdə olduğu dönəmdə baş verməsi bizlər üçün daha da qürürvericidir. 

      Azərbaycanı, bütövlükdə türk dünyasını parçalayaraq, dünya xəritəsindən türk coğrafiyasını silməyə çalışan, türk kimliyinə düşmən kəsilən bütün qüvvələr erməni kartından bizim əleyhimizə istifadə edərək, tarixi türk torpaqlarında ermənilərə qondarma bir dövlət yaratmış və zaman - zaman həmin kartdan istifadə etməklə ermənilərə hərtərəfli dəstək verərək əzəli torpaqlarımızdan bizləri insanlığa sığmayan minbir işgəncələrlə didərgin salmağa çalışmış və müəyyən mənada  qismən buna nail ola bilmişdilər. Yalnız sonuncu 1988-ci ildən başlayan işğal siyasəti sayəsində 1 (bir) milyondan artıq soydaşımız daimi yaşayış yerindən didərgin salınmış, beynalxalq təşkilatlar tərəfindən tanınmış Azərbaycan Respublikasının 20 %-dən çox ərazisi işğal edilmiş, qədim yurd yerlərimiz viranəyə çevrilmiş, tarixi abidələrimiz dağıdılaraq millətimizin izinin bu coğrafiyadan silinməsi istiqamətində mənfur siyasət həyata keçirilmişdir.

      Özlərini qalib xalq kimi təqdim edən ermənilər xarici havadarlarının köməyi ilə əzəli Azərbaycan torpaqlarını daimi olaraq Ermənistana birləşdirmək, xalqımızı isə bu məğlubiyyətə razlaşdırmağa cəhdlər göstərir, əks halda yeni müharibə, yeni ərazilər şüarı ilə xalqımızı hədələməkdən belə çəkinmirdilər.

       1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə gəldikdən sonra dövlət müstəqilliyimizin itirilməsinə yönəlmiş bütün təzyiq və təhdidləri aradan qaldırmaqla yanaşı, ermənilərin işğalçılıq siyasətinin qarşısını ala bildi. Beynəlxalq təşkilatların iştrakı ilə ermənilərin Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində danışıqlar prosesini həyata keçirdi. Lakin ermənilər öz mənfur niyyətlərindən əl çəkmədi.

       Cənab Prezidentimiz İlham Əliyev 2003-cü ildə siyasi hakimiyyətə gəldikdən sonra danışıqlar xatirinə danışıqlar aparmayacağını bəyan etdi. Diplomatik sahədə fəaliyyəti davam etdirməklə yanaşı, ordu quruculuğuna xüsusi önəm verdi, iqtidar-xalq birliyini təmin etdi, müharibədə qələbənin təmin edilməsində önəmli faktorlardan biri olan güclü iqtisadiyyətin yaradılmasına və beynalxalq səviyyədə tərəfdarların bir araya gəlməsinə nail oldu. Məhz bu sadalanan faktorlar 44 günlük müharibədə qələbəni təmin etdi.

      - Xocalılar daima Ulu Öndər Heydər Əliyevin ideyalarına və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin siyasətinə inanıblar. Bu inamı və sadiqliyi xocalılar necə təzahür etdirirlər?

     - Xocalı rayon ictimayəti naşı rəhbərlərin xalqa nə kimi bəlalar nəsib etdiyini öz şəxsi həyatlarında yaşadığından siyasi proseslərdə daha diqqətli olmağı üstün tuturlar. Ümummilli Liderimiz özünün şəxsi keyfiyyətləri ilə özündən əvvəlki rəhbərlərdən tamamilə fərqli və üstün şəxsiyyət olduğunu hər birimiz qəbul edərək Heydər Əliyev siyasi kursu ətrafında birləşməyi özümüzün vətəndaşlıq borcu kimi qiymətləndiririk. Məhz bu səbəbdən 1993-cü ildən bu günə qədər keçirilmiş bütün seçkilərdə Xocalı rayon ictimayəti fəallıq göstərmiş, rayonumuzda olan seçicilərin əksəriyyəti Heydər Əliyev siyasi kursuna, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs veriblər.

        - Bildiyimiz kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə Qarabağın azad edilməsi və türk dünyasının birləşdirilməsi sahəsində xidmətlərinə görə Türk dünyasının ali ordeni təqdim edilib. Bunları nəzərə alaraq, Türk dünyasının birləşdirilməsi missiyasını partiyanın fəaliyyət istiqamətlərindən biri kimi qiymətləndirmək mümkündür?

        - Türk Dövlətləri Təşkilatının yaradılması özlüyündə türk dünyası üçün böyük hadisədir. Bu təşkilatın beynəlxalq səviyyəli birliyə çevrilməsində Cənab Prezidentimiz İlham Əliyevin müstəsna xidmətləri vardır. Cənab Prezidentimiz istər Türk dilli dövlətlərin yaradılması, istərsə də 44 günlük Vətən müharibəsində Ali Baş Komandan kimi göstərdiyi şücaət, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin qərəzli nümayəndələrini verdiyi cavablar və s. Cənab Prezidentimizin dünyanın ən yüksək mükafatına layiq olduğunu göstərir. Azərbaycan vətəndaşı, eyni zamanda YAP-ın bir üzvü olaraq Cənab Prezidentimizlə qürür duyuruq.

        Türkiyə Cümhuriyyəti ilə siyasi əməkdaşlıq ən yüksək səviyyədədir. Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında rəsmi əməkdaşlıq sənədləri mövcuddur. Birgə tədbirlərimiz keçirilir. Getdikcə də bu əməkdaşlığın dərinləşəcəyi və inkişaf etdiriləcəyi gözlənilir. 

       - İstərdim, Yeni Azərbaycan Partiyasının Xocalı rayon təşkilatının gələcək fəaliyyəti haqqında da məlumat verəsiniz. Struktur dəyişikliyi olacaq təşkilatda gənclərə üstünlük veriləcəkmi?

         - Bildiyimiz kimi, 05 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Partiyamızın sədri Cənab Prezidentimiz qurultayda proqram xarekterli geniş nitq söylədi, yeni hədəfləri qeyd etdi və Partiyamızın yeni Nizamnaməsi və Proqramını qəbul edildi, struktur dəyişikliyi aparıldı. Yeni Azərbaycan Partiyası ümumxalq partiyası olduğundan partiyanın sıralarında bütün təbəqələrin, sosial qrupların, müxtəlif millətlərin nümayəndələri təmsil olunur. O cümlədən gənclər partiyamızın ən önəmli kəslərindən biridir. Onların sayı ümumi tərkibdə 30%-dən yuxarıdır. Yeni Azərbaycan Partiyasının Xocalı rayon təşkilatının sıralarında olan partiya üzvlərinin 33%-ni gənclər təşkil edir. Gənclərlə iş partiyanın fəaliyyət istiqamətlərindən biridir və onların siyasi proseslərində fəallığının təmin edilməsi hədəflərimizdəndir. Yeni Azərbaycan Partiyasının rayon təşkilatının aparatında çalışan işçilərin hamısı gənclərdir. Gənclərin peşəkarlıq səviyyəsinin artırılması, onların dövlət strukturunda təmsil olunması bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

Müsahibəni apardı: Qalib Bəyməmmədoğlu,

"Xocalının səsi" qəzetinin redaktoru


Paylaşın:

YAP Xocalı rayon təşkilatı ağacəkmə aksiyası keçirib

        Noyabrın 18-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar YAP Xocalı rayon təşkilatı ağacəkmə aksiyası keçirib. Xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində keçirilmiş aksiyada YAP Xocalı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Vahid Əliyev və 85 nəfər partiya fəalı iştirak etmişdir. Aksiyada 350 ədəd müxtəlif növ ağac fidanı əkilmişdir. 












Paylaşın:

Son günlər ölkəmizdə müxtəlif səpkili Beynəlxalq və respublika əhəmiyyətli tədbirlər həyata keçirilir

 ​ ​ ​ ​ ​ 

        Azərbaycan öz tarixi torpaqlarını azad etdikdən sonra dünya ölkələrinin ölkəmizə olan marağı birə-beş artmışdır. Elə bunun nəticəsidir ki, Böyük Zəfərin 1-ci ildönümü ərəfəsində daha bir beynəlxalq tədbir keçirilmişdir. Belə ki, 04 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 8-ci Qlobal Bakı Forumu öz işinə başlamışdır. Forumda dünyanın bir çox ölkələrindən siyasətçilər, ictimai xadimlər və keşmiş prezidentlər iştirak edirdilər.​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev giriş nitqi söyləyərək forum iştirakçılarını salamladı. Ölkə başçısı çıxışının əvvəlində Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizə tədbirlərindən danışdı. O qeyd etdi ki, bəzi olkələr pandemiya dövrünü, bəziləri isə postpandemiya dövrünü yaşamaqdadırlar. Azərbaycan bu qlobal bəlaya qarşı mübarizəyə qoşulan ilk ölkələrdən biridir. Pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində ölkəmizdə qısa müddət ərzində 4 min çarpayı yerlik​ 13 modul tipli xəstəxana tikilib istifadəyə vermiş, ümumilikdə isə bu işə 46 xəstəxana cəlb edilmişdir. Ölkəmizdə vaksinasiya prosesi də yüksək səviyyədə davam etdirilir. Hazırda ölkədə 18 yaşdan yuxarı əhalinin 60 faizi COVİD 19-a qarşı vaksinin hər iki dozasını qəbul etmişdir və bu proses tam könüllülük əsasında davam etdirilir. Sevindirici hal ondan ibarətdir ki, hazırda ölkə əhalisi vaksinasiya prosesinə fəal​ şəkildə qoşulub və heç bir yerdə antivaksinasiya prosesinə rast gəlinmir. Artıq ölkədə 3-cü dozanın qəbuluna start verilmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​     

         Çıxışının növbəti bölümündə ölkə Prezidenti diqqəti Vətən müharibəsində əldə edilmiş qələbənin üzərinə çəkdi. Vaxtilə yaranmış tarixi fürsətdən istifadə edərək rusların 366-cı motoatıcı alayının və digər rus hərbi birləşmələrinin köməkliyi ilə əliyalın Azərbaycan xalqının üzərinə yeriyərək tarixi torpaqlarımızı işğal edən erməni faşistləri, işğal etdikləri torpaqlardan qeyd-şərtsiz çıxmaları haqqında BMT-nin qəbul etdiyi qətnamalərin tələblərini yerinə yetirmir, mövcud status-kvonu saxlamaq məqsədilə danışıqları uzatmağa çalışırdı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

       Son dövrlərdə ermənilər nəinki, torpaqları azad etmək haqqında düşünür, hər vəchlə danışıqlar prosesindən boyun qaçırmağa çalışırdı. İki il əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır, nöqtə" ifadəsini işlədərək ülh danışıqlarını dalana dirədi. Bundan əvvəl Dağlıq Qarabağı ayrıca ölkə kimi dünya birliyinə sırımaq istəyən ermənlər özləri-özlərini də təkzib etmiş oldular. Hətta qondarma qurumun "prezidentinin" "inauqurasiya" mərasimini Şuşada keçirən Ermənistanın özü belə, Qarabağı dövlət kimi tanımamışdı. Nikol Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə" deməsi isə dünya ölkələrini də çaş - baş salmışdı. Üstəlik də Ermənistanın müdafiə naziri də bəyanat verirdi ki, biz Qarabağın təhlükəsizliyini təmin etmək üçün yeni torpaqlar işğal etməliyik. Necə deyərlər, ermənilərdə quduzluq pandemiya halını almışdı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

       Ötən ilin 27 sentyabrında başqa çıxış yolu qalmadığı üçün Azərbaycan torpaqlarını işğaldan azad etmək məqsədilə əks hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən Müharibəsində Azərbayca torpaqlarının əksər hissəsini işğaldan azad edərək düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bununla da Azərbaycan BMT təhlükəsizlik şurasının qətnamələrini təkbaşına yerinə yetirərək işğala son qoydu.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Bakı forumunda ölkə Prezidenti İlham Əliyevin də vurğuladığı kimi müharibə bitmişdir. Artıq Dağlıq Qarabağ deyilən bir problem də yoxdur. Bundan sonra Azərbaycan və ermənistan bir-birlərinin ərazi bütövlüyünü tanımalı, iki ölkə arasındaki sərhədlərin demarkasiyası və delimitasiyası ilə məşğul olmalı və kommunikasiyaların açılması haqqında düşür nməlidirlər. Ölkə Prezidenti bölgədə sülh və sabitliyin qorunması üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini forum iştirakçılarının diqqətinə çatdırdı. Beynəlxalq Bakı forumu Böyük Zəfərin ildönümü ərəfəsində qloballaşan dünyada daha bir mühüm hadisə kimi tarixin yaddaşına həkk olundu.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ İradə Cəfərova,

   X


ocalı rayon sakini, şəhid ailələsi

Paylaşın:

Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası ölkəmizin dinamik inkişafının təminatçısıdır

          
        Qədim, şanlı tarixə  malik  Azərbaycan  XX  əsrin  əvvəlində  əldə  edib  cəmi  23  ay  yaşada bildiyi  müstəqilliyi  əsrin  sonunda  yenidən  bərpa  etdi. Bu  illər  Azərbaycan   tarixinin  son  dərəcə  ağır,  keşməkeşli, ölkənin  ciddi  sınaqlara  məruz   qaldığı  bir dövr  idi. Sosializm  rejiminin  süqutundan  sonra  müstəqillik  əldə   etmiş  respublikalardan   biri  kimi   Azərbaycanda  da  müxtəlif  siyasi  partiyalar    digər  qurumlar  təşəkkül  tapmağa  başlamışdı.  Azərbaycanda  siyasi  qurumların  formalaşması  prosesi  1988-ci  ildən  başlanan  xalq  hərəkatı  gedişində  özünü  büruzə  vermiş    1990-cı  ilin  əvvəllərində  bir  sıra  təşkilatlar  yaranmışdı. Lakin  yaradılan  partiya     təşkilatlar  ölkəni  düşdüyü  ağır  iqtisadi, siyasi, mənəvi  böhrandan   qurtara  bilmədi, əksinə,  hakimiyyətdə  olan    bir-birini  əvəz  edən  siyasi  qüvvələr  respublikadakı  vəziyyəti  daha  da  ağırlaşdıraraq  təhlükəli  böhran  vəziyyətinə  çatdırdılar.  Ölkəni  bürümüş  dərin  siyasi, sosial, iqtisadi   böhran  xalqı  son  dərəcə  narahat  edirdi. Məhz  belə bir  vaxtda-16  oktyabr  1992-ci  ildə 91  nəfər  Azərbaycan  ziyalısının  imzası  ilə  Naxçıvan Muxtar  Respublikasının Ali  Məclisinə  sədrlik  edən  Heydər  Əliyevə  müraciət  göndərildi. Bu  müraciət  əslində  bütövlükdə  neçə  illər  ərzində  Azərbaycan  xalqının,eləcə    biz  xocalıların  ürəyində  olan  arzu    istəklərini  ifadə  edirdi. Biz  bunun   bariz  təzahürünü  blokada  şəraitində  Xocalı  rayonuna  rəhbərlik  etmiş  Elman  Məmmədovun  1991-ci  il  sentyabrın  30-da  Naxçıvana  gedərək  Heydər  Əliyevlə  görüşməsində    Xocalı  faciəsi  zamanı  ziyalı  Şükür  Bəşirovun  müraciətində  görürük.  Beləliklə, mühüm  tarixi  sənəd  olan  “91-lər”in müraciətində   Azərbaycanın  taleyini  düşünən  insanlar    ölkəni   böhrandan  çıxara  biləcək  yeni  bir   partiya  yaratmaq  təşəbbüsü  ilə  çıxış  etdilər    bu  məqsədlə  xalqın  müdrik oğlu  Heydər  Əliyevin  ətrafında  sıx  birləşdilər. 

                Azərbaycanın  düşdüyü  durumu  nəzərə  alan  dahi  şəxsiyyət  xalqın  müraciətini  qəbul  etdi     24  oktyabr  1992-ci  ildə  bu  müraciəti  müsbət  cavablandırdı. O zamankı  hakimiyyətin  maneçilikləri  ucbatından  partiya   yaratmaq  istəyən  insanların  bir  hissəsi  Naxçıvana  gedərək  21  noyabr  1992-ci  ildə  partiyanın  təsis  konfaransını  keçirdilər    dahi  şəxsiyyət  Heydər  Əliyevi  yekdilliklə  Yeni  Azərbaycan  Partiyasının  sədri  seçdilər.  Bundan sonra  partiyanın proqram    nizamnaməsi ilə tanış  olan   insanların  Yeni  Azərbaycan Partiyası  sıralarına  axını  başlandı    partiyanın  sıraları  getdikcə  genişləndi. Yeni  Azərbaycan  Partiyasının sədri   Heydər  Əliyevin  1993-cü  ilin  oktyabrında  prezident  seçiməsi  ilə  partiyanın  həyatında  yeni  dövrün  əsası  qoyulmuşdur. Adı  Azərbaycanın  XX  əsr  tarixinə  xilaskarlıq  missiyası  ilə  qızıl  hərflərlə  həkk  olunmuş  Ulu   Öndər  Heydər  Əliyev  xalqın  gücünə,  potensialına  arxalanaraq qısa  müddət  ərzində   ölkəni  xaos    anarxiyadan  qurtardı. Ulu  Öndərin  uzaqgörən     məqsədyönlü  siyasəti  nəticəsində  ölkənin  bütün  sahələrinin  dinamik  inkişafı  uğurla  təmin  olundu.

               Ölkənin  çiçəklənməsini, dinamik inkişafını uğurla   təmin  edən   Ulu  Öndər  Heydər  Əliyev  siyasətinin  mərkəzində   hər  zaman   Azərbaycan  torpaqlarının  20%-nin  Ermənistan  tərəfindən  işğalı  məsələsi  dayanmışdır. Yeni Azərbaycan  Partiyasının proqramında   Azərbaycan  torpaqlarının  işğaldan  azad  olunmasının  vacibliyi  xüsusi prinsip  şəklində  əks  olunmuşdur.  Həm  Ümummili  lider  Heydər  Əliyevin,  həm də   müdrik    uzaqgörən  siyasətçi  İlham  Əliyevin  ölkə  daxilində, Beynəlxalq  Təşkilatlarda, xarici  dövlətlərdə,  hətta  aidiyyatı  olmayan  tədbirlərdə  belə  çıxışları  zamanı  Azərbaycan  torpaqlarının  işğalı  faktı  hər  zaman  prioritet  məsələ  olmuşdur. Bu  illər  ərzində  aparılmış uzaqgörən    məqsədyönlü  siyasət  nəticəsində  dünya  dövlətləri,  Beynəlxalq  Təşkilatlar  Azərbaycan  torpaqlarının  Ermənistan  tərəfindən  işğalını  pisləmiş, müvafiq  normativ-hüquqi  sənədlər  qəbul  etmişlər. Bu  istiqamətdə  addım-addım  aparılan  uzaqgörən və  məqsədyönlü  siyasət    2020-ci  il  sentyabrın  27-də  başlayıb  Azərbaycanın  parlaq  qələbəsi  ilə  başa  çatan  44  günlük  Vətən  Müharibəsində  öz  bəhrəsini  verdi. Belə  ki,  ermənipərəst  dövlətlər   üzv  olduqları   Beynəlxalq  Təşkilatların  vaxtilə  qəbul  elədiyi  qətnamələrə  zidd  gedib  Azərbaycanı  haqq  mübarizəsindən  dayandıra   bilmədi. Azərbaycanın  tarixi  qələbəsi  təcavüzkar  siyasət  yürüdən  Ermənistanın  Azərbaycana,  qonşu  dövlətlərə,  xüsusən  Türkiyəyə   olan  əsassız  torpaq  iddialarının  sonunun  iflasa  uğramasını  bütün  dünyaya,  ermənilərin  havadarlarına  göstərdi. Yəqin  ki, Dəmir  Yumruğun   başını  əzdiyi, əsrlər boyu  təcavüzkar  siyasət  yürüdən  Ermənistan  bir    separatçı  xülyalara düşməyəcək. Azərbaycan  öz  torpaqlarını  işğaldan  azad  etməklə  həm    Ermənistanın  nasizm  ideologiyasını  yerində  boğaraq  mütərəqqi  siyasət  yürüdən  dünya  dövlətlərini   gələcək  təhlükələrdən   xilas  etmiş  oldu.

                  Bütün  bu  göstərilənlərə  iqtidar  partiyası  olaraq   Yeni  Azərbaycan  Partiyası  öz   proqram    nizamnaməsində  göstərilənləri  reallığa  çevirməklə  nail  olmuşdur. Azərbaycanın  Vətən  Müharibəsində  əldə etdiyi  tarixi  Zəfər  əsrlər  boyu  itirdiklərimizin  artıq  sona  yetdiyini   bir daha  dünyaya  nümayiş  etdirdi. Yeni   Azərbaycan  Partiyasının  fəaliyyəti  gənc, müstəqil  Azərbaycanın  müstəqillik  yaşı  əsrlərlə  ölçülən  ölkələrlə  eyni   cərgədə   qərarlaşmasına  gətirib   çıxarmışdır. Bu  partiya  dünənin   partiyası  kimi  Azərbaycanı  məhv  olmaqdan  qorudu,  bu  günün  partiyası  kimi  ölkəmizin  dinamik  inkişafını  uğurla  təmin  edir,  gələcəyin  partiyası  kimi  Azərbaycanı  daha  xoş  gələcəyə  aparacaq. 

         Nəcəf  Həsənov,     

Yeni  Azərbaycan  Partyasının  üzvü,  

Xocalı  RTŞ-nin  aparıcı  məsləhətçisi.

               

Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi