Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qarabağ Azərbaycandır!


Azərbaycan Silahlı Qüvvələrinin 27 sentyabr 2020-ci ildə ermənistan silahlı qüvvələrinə qarşı əks hücuma keçməsi nəticəsində 44 günlük müharibə Azərbaycanın zəfəri ilə başa çatdı. Azərbaycan oğullarının uzun müddət təlim məşqləri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin daxili və xarici siyasətdə uğurlu addımları qələbənin qazanılmasına gətirib çıxartdı. Səfərbərlik elan edilməzdən öncə əhalinin ön cəbhəyə yardım üçün axın etməsi xalq-iqtidar birliyinin sarsılmazlığından xəbər verdi. Cənab Ali Baş Komandanın qismən səfərbərlik elan etməsindən sonar isə çağırış üzrə məntəqələrdə cəbhəyə getmək üçün könüllülərin izdihamlı növbəsi yarandı. Elə ilk gündən igid Azərbaycan oğullarının müasir döyüş taktikasından və texnikasından istifadə etməsi nəticəsində işğal altında olan torpaqlarımız bir-birinin ardınca murdar erməni tapdağından azad edildi. Cəbhədə qızğın döyüşlər getdiyi vaxt xarici ölkə mətbuatının əksərən qərəzli suallarına ölkə prezidenti İlham Əliyev tutarlı cavablar verdi. Demək olar ki, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsində hər gün cənab Ali Baş Komandanın dilindən qələbə xəbərləri eşidilirdi. 8 Noyabr 2020-ci il tarixədək düşmənin 30 ilə yaxın bir müddətdə yaratdığı keçilməz sədlər Azərbaycan igidlərinin mətin addımlarına tab gətirməyərək darmadağın edildi. Çoxlu sayda canlı qüvvəsi və texnikası məhv edilən, qənimət kimi götürülən düşmən 10 Noyabr 2020-ci il tarixdə kapitulyasiya aktına qol çəkmək məcburiyyətində qaldı. Bundan sonra işğal altında olan Ağdam, Kəlbəcər, Laçın rayonları razılaşdırılmış qrafik əsasında işğalçılardan təmizləndi. Halbuki məğlubiyyətdən sonra bu akta qol çəkən düşmən tərəfinə İlham Əliyev cənabları görüşlərdə, bəyənatlarda dəfələrlə bu təklifi vermişdi. Azərbaycanın əzəli, əbədi yurd yerləri müdrik Ali Baş Komandan İlham Əliyevin başçılığı və igid oğullarımızın rəşadəti nəticəsində öz sahiblərinə qaytarıldı. Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev! Müzəffər Azərbaycan ordusuna eşq olsun! Qarabağ Azərbaycandır!


Zoya Abbasova,
Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi