Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı məktəbliləri ilə Şanlı Zəfər tariximizdə imzası olan döyüşçülərin görüşləri davam etdirilir

         Xocalı rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına uyğun olaraq Zəfər Günü münasibətilə rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarda, təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir. Zəfər Günü münasibətilə xalqımızın 44 günlük müharibədə qazandığı şanlı qələbəninin şagirdlər tərəfindən daha dərindən öyrənilməsi məqsədilə Vətən Müharibəsi iştirakçılarının Xocalı məktəbliləri ilə görüşləri təşkil edilir.

Noyabr ayının 1-də Xocalı rayon İcra Hakimiyyəti Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin təşkilatçılığı ilə Xocalı rayon Xankəndi şəhər Natiq Şahmuradov adına 6 mömrəli Kərkicahan qəsəbə tam orta məktəbinin, Xocalı rayon Kosalar, Yaloba və Başkənd kənd tam orta məktəblərinin şagirdləri ilə Vətən Müharibəsi iştirakçılarının görüşü keçirilmişdir.

Tədbir işrirakçıları məktəblilərin məskunlaşdıqları ərazilərdə ucaldılmış Xocalı soyqırımı abidələrini, həmçinin Gəncə şəhərində ermənilərin atdığı raketlər nəticəsində dağıdılmış yaşayış yerini ziyarət edərək şəhid olan mülki insanların xatirə lövhəsinin önünə qərənfillər düzdülər. 

 Məktəblilərlə görüşlər zamanı əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə iştirak edən Xocalı rayon İcra Hakimiyyəti Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Vətən Müharibəsi iştirakçıları, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev, məktəb rəhbərlikləri çıxış edərək Müzəffər Ordumuzun xilaskar missiyasından danışdılar. Çıxışlarda düşmən üzərində əldə etdiyimiz qələbədə arxa cəbhəmizin fədakarlıqlarından, xalqımızın ordumuza verdiyi dəstəkdən danışıldı. Qeyd edildi ki, Ali Baş Komandanımızın “dəmir yumruğ”u, Ordumuzun qüdrəti, xalqımızın həmrəyliyi sayəsində haqq savaşımızda düşmənə layiqli dərs verilərək diz çökdürüldü.

“Cəsur döyüşçü” medalı ilə təltif edilmiş qazimiz İmran Rəcəbovun öz döyüş yolundan söhbəti şagirdlərin vətənpərvərlik ruhunu yüksəltdi. Talış və Suqovuşan uğrunda gedən döyüşlərin cəngavəri hələ 2017-ci ildə üç erməni quldurunu necə cəhənnəmə vasil etməsi hadisəsini danışarkən şagirdlərimiz böyük maraqla dinlədilər.

Məktəb şagirdləri Vətən Müharibəsini tərənnüm edən çəkdikləri rəsm əsərlərini, Üçrəngli Bayrağımızı əllərində saxlayaraq döyüşçülərimizi, qazilərimizi dinlədilər. Şagirdlər səhnəciklər nümayiş etdirərək, vətənpərvər ruhda yazılmış şeirlər səsləndirərək tədbir iştirakçılarının qələbə əhval-ruhiyyəsini daha da artırdılar.   

Görüşlərin sonunda məktəblilər Vətən Müharibəsi iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər. Görüş xoş təəssüratlarla yekunlaşdı.








































Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi