Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Media haqqında yeni qanun layihəsində region mətbuatının inkişafına da diqqət yetirilməlidir

         Vətən müharibəsində Şanlı qələbəmizdən sonra medianın inkişaf etdirilməsi prioritet məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli mətbuatımızın inkişafına böyük töhfələr verəcək. Media haqqında yeni qanun layihəsi dövlətimizin siyasi gücünü özündə təcəssüm etdirən islahatlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Qanuna milli informasiyamızın inkişaf etdirilməsi, müasir çağırışlara cavab verməsi üçün mühüm dəyişikliklər və yeniliklər çoxsaylı jurnalistlərin, ekspertlərin fikirləri nəzərə alınmaqla qəbul edilmişdir.    

        Yeni qanun layihəsinin ən vacib tərəflərindn biri jurnalistə sosial imtiyazları müəyyən etməsidir. Bununla bərabər, Qanun internet televiziyaları lisenziya almadan fəaliyyətlərini davam etdirməsinə şərait yaradacaq, jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına təsir edəcək, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək, media subyektlərinin sayının müəyyənləşdirilərək Media Reyestrinə daxil ediləcək, Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması ilə, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək, müəlliflik hüququnun qorunması təmin ediləcəkdir.

 Azərbaycan dövləti mənfur qonşularla həm döyüş meydanında, həm də informasiya cəbhəsində mübarizə aparır. Bu baxımdan media sahəsində yeni qanun layihəsinin qəbul edilməsi təqdirəlayiqdir. Milli medianın inkişaf etdirilməsi həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına geniş şərait yaradacaq.

Bir mətbuat işçisi kimi media haqqında yeni qanun layihəsinin müsbət nəticələr verəcəyinə inanır və dəstəkləyirəm. Eyni zamanda media haqqında yeni qanun layihəsinin təkmilləşdirilməsində region mətbuatının, o cümlədən Qarabağ regionunun qəzetlərinin inkişafına dəstək verilməsinin vacibliyini bildirmək istəyirəm. 

Qalib Quliyev,

“Xocalının səsi” qəzetinin redaktoru



Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Blog Arşivi

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi