28 dekabr 2021-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin tapşırığına əsasən, Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbində uşaqların sosial müdafiəsi sahəsində normativ
hüquqi bazanın təkmilləşdirilməsi, çətin həyat şəraitində
olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün bərabər
imkanların yaradılması, baxımsız və kimsəsiz
uşaqların sosial reabilitasiyasını və xüsusilə onların peşə təhsilinə yönləndirilməsi, uşaqların vətənpərvərlik
və milli mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi, aztəminatlı ailələrə
yönəlmiş məşğulluq tədbirlərinin gücləndirilməsi, həmin ailələrdən olan
uşaqların davamlı təhsil hüququnun təmin olunması, uşaqların maraqlarına
toxunan məsələlərdə onların iştirakının təmin olunması istiqamətində fəaliyyətin
gücləndirilməsi, uşaqların asudə
vaxtlarının səmərəli təşkili, onların istirahət yerlərinin, idman və mədəniyyət
ocaqlarının fəaliyyətinin təkmilləşdirilməsi, təhsildən yayınma
hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi istiqamətlərində maarifləndirici tədbirlər təşkil edildi.
Məktəbimizdə təhsil alan şagirdləri ilk öncə vətənpərvərlik ruhunda tərbiyə edir, onlara milli mənəvi dəyərlərimizə hər zaman hörmətlə yanaşmağı aşılayırıq. Bu biz müəllimlərin və valideynlərin xüsusi diqqətidir. Vətənpərvərlik mövzusunda tədbirlər təşkil edirik. Bu istiqamətdə işlərin gücləndirilməsi hal - hazırda kı vacib məsələlər sırasındadır. Vətənpərvərlik mövzusunda keçirilən tədbirlər hər zaman öz bəhrəsini verir.
İnsan hüquqları və azadlıqları sahəsində şagirdlərlə söhbət aparmaq, onlara öz hüquqlarını müdafiə etməyi öyrətməliyik. Şagirdlər bilməlidirlər ki, hər bir kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. Bu sahədə müəyyən məktəbimizdə tədbirlər keçirilir və şagirdlər daha çox məlumatlanırlar.
Bu gün təhsil sistemində yayınma hallarının qarşısının alınması ən vacib məsələlərdən biridir. Bunun üçün məktəb, valideyn, ictimai qurumlar birgə çalışmalıdır. Hətta cəmiyyətin hər bir üzvü buna qoşulmalıdır. Məktəbə gəlməyən şagirdlərin problemləri aradan qaldırılmalı, bunun üçün də valideyn - müəllim assosiasiyası yaradılmalıdır.
Ekspertlər qeyd edir ki, uşaqların bir qismi sağlamlığını itirdiyi üçün, bir qismi başqa ölkələrdə təhsilini davam etdirdiyi üçün təhsilini yarımçıq qoyur. Statistika göstərir ki, 1,3-2 faiz uşaq məktəbə getmir. Məsələn, 1000 nəfər uşaq 1-ci sinfə gedibsə, onun 900-ü IX sinfi bitirib. Şükürlər olsun ki, yayınma hallarına, şagirdlərimizin təhsildən uzaqlaşmağı hallarına rast gəlməmişik. Bacardığımız qədər şagirdləri təhsilə, elmə cəlb etmişik. Bu halların yaranmasına şərait yaratmamışıq. Xüsusən də belə hallar bəzi regionlarda baş verir. Bu zaman qızlar təhsildən yayınaraq erkən nikaha daxil olurlar. Əlbəttə ki, burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Müəllim valideyn əməkdaşlığı nəticəsində bu halların qarşısı alına bilər. Bu sahədə məktəblərdə tədbirlər geniş vüsət almalıdır.Bu tədbirlər Xocalı Rayon İcra hakimiyyətinin ictimai siyasi əlaqələr şöbəsinin tapşırığı ilə müntəzəm olaraq həyata keçirilən tədbirlər sırasındadır. Bunun nəticəsidir ki, rayonumuzun məktəblərində bu hallara az təsadüf edilir. Əlbəttə ki, keçirdiyimiz görüşlərlə, tədbirlərlə Xocalı Rayon İcra hakimiyyətinin ictimai siyasi əlaqələr şöbəsinə məlumatlar ötürülür və onlar da öz lazımi məsləhətlərini, tövsiyələrini məktəblərə çatdırırlar.
Hiç yorum yok:
Yorum Gönder