Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qırxqızın əfsanəsi

 

Torpağı qızıldır, suyu zəfəran,

Burada həyatın xoş keçər hər an.

Geniş meşəsində bol meyvələr var,

Qonağın gözləyir soyuq bulaqlar. 

Təbiətin özü sərmiş göy xalı,

Min dərdə dərmandır ağ beçə balı.

Qozdan, fındığından nuş eyləyərsən,

Sonra da üstündən zoğal yeyərsən. 

Dağlarından gələr sərin küləyi,

İnsanı bəxtiyar, xoşdur diləyi.

Oylağımız “Qırxqız” dağları, bilin.

Yayda çən darayır zirvəsin, telin.

Boz cüyürləridir dağın gəlini,

Hər yerdə görərsən rəssam əlini.

Qayalar döşündə qızarar lalə,

Duvaqlı gəlindir, ağzı piyalə.

Alınmaz qayaya bənzər zirvələr,

Gizlədir özündə çox möcüzələr.

Deyirlər burada bir şah yaşarmış,

Onun da qırx gözəl kənizi varmış.

Atadan - anadan ayrılan qızlar,

Əsir tək yaşayar, ağlayıb sızlar.

Zalım şah zülmünün yox imiş sonu,

Kimə hirslənsəydi öldürər onu.

O şahın acığı tutdu qızlara,

İstədi qızları çəkdirsin dara.

Qızlar da Allaha yalvara-yalvara,

Çəkildilər evdən uca dağlara.

Şah da tez tərpənib dağlara vardı,

Hər daşı, qayanı gəzdi, axtardı.

İynə gəzən kimi gəzib yoruldu,

Düşdü güc-qüvvətdən çox zəif oldu.

Yaman bikef oldu, qarışdı halı,

Qızları gəzirdi fikri, xəyalı.

Qoşunu hər yana səs-soraq saldı,

İşini buraxıb Qırxqızda qaldı.

Dağları səslədi, kəsdi dərəni,

Bağladı yolları, bəndi-bərəni.

Mağaralara baş çəkdi durmadan, 

Sanki sapsız iynə gəzir bu adam.

Şah əlacsız qalıb bu sirrə, nəhayət,

Dedi: “Qızlar daşa dönübdür əlbət.” 

Qızlar da Allaha yalvardılar, kaş: 

“Dönüb olaydıq bir böyük qara daş” 

Allah da eşitdi bu nalələri, 

Tez daşa döndərdi o lalələri.

O məsum qızların ahı, fəğanı,

Yayılıb dağlara tutdu dünyanı.

Hər biri dönərək dilsiz daş oldu,

Tarixə əbədi bir sirdaş oldu.

İndi gördüyün o çılpaq qayalar,

Qırx qızdan qalmışdır bizə yadigar.

Soyuq, saf bulaqlar qızların qanı,

Yorğan-döşəyidir çəni, dumanı.

Ağ yaylıq başlardan düşdüyü zaman, 

Həya üçün duman, çən qondu haman.

Fəryadlar, nalələr ucaldı göyə,

Bir zülmət pərdəsi çökdü ölkəyə.

O qırx məsum gözəl qayaya döndü,

Tufandan, küləkdən şam kimi söndü.

Əbədi bakirə qaldılar qızlar,

Həyatdan belə kam aldılar qızlar.

Çarpışdı namusla ölüm üz-üzə,

Qaranlıq neyləyər günə, gündüzə.

Qırxqızın kədərli, qəmli dastanı,

Ürəkdə yaşasın ulduzlar sanı.

Bu xəbər yayıldı ətraf mahala,

Çoxları ağladı bu qəmli hala.

“Qırxqız” çağırdılar dağı o gündən,

Dağ əsgik olmadı toydan-düyündən.

Görüb mehribanlıq gözəl cüyürlər,

Hər yerdən axışıb bura gəldilər.

Çoxalıb artdılar, bala verdilər,

Qayğısız yaşayıb xoş gün gördülər.

Heyvanlar qızlara oldular həmdəm,

Şənliklər başladı, getdi qüssə-qəm.

Oxucum, söz ilə doludur sinəm,

Bu qəmi əvvəlcə özüm çəkmişəm.

Yaxşı bir iş daim həyatda qalır,

Qırxqız da vüqarla göyə ucalır.

                         Bəyməmməd QULİYEV,

     Xocalı rayon Kosalar kənd sakini

 



Paylaşın:

4 yorum:

  1. Qeleminize qüvvet. Esil senet eseri budu.

    YanıtlaSil
  2. Var olun Bəyməmməd müəllim. Sozun əsl mənasında sənət əsəri yaratmısınız.

    YanıtlaSil

Blog Arşivi

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi