Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan öz milli maraqlarına uyğun çoxsahəli müstəqil siyasət yürüdür



        Azərbaycan beynəlxalq münasibət sistemində bərabər hüquqlu əməkdaşlığı təbliğ edir, qlobal həmyerliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT- dən sonra ikinci ən böyük siyasəti Qoşulmama Hərakatına irəli sürdüyü təşəbbüslər və atdığı addımlar bunu təsdiq edir. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin  Prezident İlham Əliyevin diqqət yetirdiyi ən önəmli sahədir. Vətən müharibəsində tarixi Zəfər qazanmasında bu amil böyük rol oynayıb. Prezidentimizin 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq deyib. Digər tərəfdən qonşularla münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər.

        Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Ötən müddət ərzində iki ölkə arasında strateji tərəfdaşlığın mahiyyətini müəyyən edən sənədlər imzalanmış "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" 3 iyul 1997-ci il tarixli Müqavilə "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq strateji tərafdaşlıq haqqında "3 iyul 2008 - ci il tarixli Bəyannamə və "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında  "1 sentyabr 2018-ci il tarixli birgə bəyanat. Bu il ölkəmiz arasında  diplomatik münasibətin yaranmasının 30 illiyi tamam olur. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb. Bu ildə də artım perspektivi var. Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Azərbaycan qoşulmamanın üzvü və fəaliyyətdə olan sədridir. İmzalanmış bəyannamə Azərbaycanı daha da gücləndirir. Humanitar sahə həmişə prezidentlərin diqqət mərkəzindədir. Rusiyada təhsil alan Azərbaycanlı tələbələrin sayı və təhsilin rus dilində olduğu məktəblərin sayı bir çox məsələlərə işarə edir. Azərbaycanda ali məktəblərin rus bölməsində minlərlə tələbə təhsil alır və rus dilində təhsilə maraq artır. Bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb. Bu sahə əməkdaşlığın yeni sahəsidir.

        Dünyada gedən siyasi proseslərə nəzər salanda Azərbaycanın apardığı siyasətin nə qədər balanslı olduğunu görürük. Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində Vətən müharibəsində Azərbaycana kənardan müdaxilələr olmadı. Əksər ölkələr bizi haqq savaşında dəstəklədi. Bu, Azərbaycanın nə qədər qüdrətli olduğunun, sözünün çox yerdə keçdiyinin göstəricisidir. Biz ən böyük amalımıza – Qarabağı işğaldan azad etmək amalına çatdıq. Bundan sonra milli ideologiyamız uğrunda öz müttəfiqlərimizi yaxşı seçməliyik. Əsrlərdir parçalanan torpaqlarımızın bir hissəsini uzaqgörən siyasətçi – Prezident İlham Əliyevin rəhbərliyi ilə özümüzə qaytardıq. Bizim Prezident İlham Əliyevə və onun siyasətinə inamımız böyükdür. 

    Səadət Əlizadə,   

Xocalı rayon sakini


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi