Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

İndi biz Xocalı qayıtmağı səbirsizliklə gözləyirik

       Fevral ayının 22-də Xocalı rayon Kərkicahan qəsəbə 6№li tam orta məktəbində Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı tədbir keçirildi.

         Tədbir iştirakçıları Xocalı faciəsində həlak olanları bir dəqiqəlik sükutla yad etdilər.

      Tədbirdə qeyd olundu ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il keçir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq keçmiş sovet ordusunun Xankəndində  yerləşən 366-cı alayının  iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

       Məktəbin direktoru tədbir iştirakçıların diqqətinə çatdırdı ki, Xocalı qətliamı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti idi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal edildi. Azərbaycan böyük fəlakətlə üz-üzə qaldı.

        Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları laiqli cəzalarına çatmalıdırlar cinayət cəzasız qala bilməz. Vaxt gələcək onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

        Ermənistanın təxribatlarına və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı öz torpaqlarının işğaldan qurtarılması uğrunda Vətən müharibəsinə qalxdı. 44 gün sürən döyüşlər nəticəsində Azərbaycan ordusu Qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.

      İndi biz Xocalı qayıtmağı səbirsizliklə gözləyirik. Allah o günü bizə tez qismət eləsin.







Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi