Qətiyyətli və prinsipial siyasətin sayəsində əldə olunan uğur!


Məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsin nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Əlbəttə ki, bu ənənə ölkəmizin lahiyədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. O cümlədən qurumun VIII toplantısı da fevralın 4-də Bakıda, “Gülüstan” sarayında keçirildi.

Dəyəri 33 milyard ABŞ dolları olan və XXI əsrin ən böyük lahiyələrindən biri  hesab edilən Cənub Qaz Dəhlizi dörd seqmentdən “Şahdəniz Mərhələ -II”, Cənub  Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Avropanının enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin xüsusi rolu var.

        Prezident İlham Əliyevin uzun illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji  idarəçiliyi sayəsində əldə olunub. Bir məqamı da  xüsusilə qeyd etmək lazımdır ki, Prezident  İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin  toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir və bu da ölkəmizin lahiyədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.

         Daha bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın enerji siyasəti həmişə açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Hazırda ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alır bu göstərici getdikcə artmaqda davam edir.

        Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının çərçivəsində nazirlərin 8-ci toplantısında Avropa İttifaqının komissarlarının, ABŞ, Böyük  Biritaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Ruminiya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı, həmçinin  dünyanın bir sıra aparıcı şirkətlərinin və maliyyə qurumlarının qatılması lahiyəyə durmadan artan marağı və onun genişlənməkdə olan miqiyasını göstərir. Dövlətimizin başçısı İlham Əliyev də çıxışında bu məsələyə xüsusi diqqət yetirdi. “Ölkəmiz ixrac prosesinə başladığı vaxtdan bu günə kimi təhcizatda heç bir ləngimə baş verməyib, müqavilə şərtləri pozulmayıb, Azərbaycan öz  öhdəliklərinə sadiq qalaraq üzərinə düşəni ləyaqətlə yerinə yetirib”.

         Bu da ölkəmizin valyuta ehtiyatlarının, büdcə gəlirlərinin artması, iqtisadi imkanlarının daha da genişlənməsi deməkdir.

Rahilə Əliyeva,  

Xocalı rayon Qaragav kənd sakini





Yorum Gönder

Daha yeni Daha eski