Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şahmar Usubov: “613 Xocalı soyqırımı şəhidindən 335 nəfərinin meyiti dəfn edilib”

Xocalı soyqırımının otuzuncu ildönümü ərəfəsində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovdan aldığımız müsahibəni oxuculara təqdim edirik.

- Cənab başçı, bildiyimiz kimi, Xocalı soyqırımının otuzuncu ildönümü ərəfəsindəyik. İstəyirəm Xocalı soyqırımı şahidi kimi suallarımı cavablandırasınız. Xocalının işğalı bədnam qonşularımızın növbəti işğal planlarının həyata keçirilməsi yolunda düşmənlər üçün əhəmiyyəti nədən ibarət idi?

- Azərbaycan xalqına qarşı indiyə kimi mənfur qonşularımız dəfələrlə soyqırım aktı həyata keçiriblər. Biz bədnam qonşularımızın sonuncu yadda qalan soyqırım aktınının otuzuncu ildönümünü haqqında danışırıq. Hamıya məlumdur ki, Xocalı Dağlıq Qarabağda böyük yaşayış məntəqələrini birləşdirən yolda yerləşir. Yeganə hava limanı da Xocalıda idi. Xankəndini Ağdamla birləşdirəcək dəmir yolu Xoca-lıdan keçirdi. Xocalı nəqliyyat şəbəkəsinin birləşdiyi yerdə yerləşirdi. ermənilərin strateji işlərini, hərbi cinayətlərini, işğal planlarını həyata keçirmək üçün Xocalını aradan götürməli idi.

O vaxt dövlətçiliyin olmaması, rəhbərlikdə gedən çəkişmələr düşmənlərin bu məqsədlərinə çatmalarına səbəb oldu. Azərbaycan Respublikasında dövlətçiliyin olmadığı, ölkədə hərcmərcliyin baş alıb getdiyi vaxtda ermənilər dinc əhaliyə divan tutmaqla özlərini dırnaqarası qəhrəmanlaşdırdılar. Onların babalarının etdiyini nəvə-nəticələri Xocalıda yenidən davam etdirdi. Xocalı soyqırımı XXI əsrdə dünyanın gözü qarşısında ermənilərin törətdiyi ən dəhşətli və ən sonuncu qətliamdır.

 Onlar daim dinc əhaliyə zülm etməklə özlərini dırnaqarası qəhrəmanlaşdırmaq yolunu seçiblər. Heç bir zaman, nə döyüşdə, nə də idman yarışlarında bizə qalib gələ bilməyiblər. Ancaq onların pis məqamda arxadan vurmaqda, dinc əhaliyə divan tutmaqda səriştələri var. Bunları da havadarlarının köməkliyi ilə bacarıblar. 

Özlərini ermənilər dünyaya gələn ilk millət, xristianlığı ilk qəbul edən və yayan, ilk əlifbası, ilk dövlətçiliyi olan millət kimi tanıtmağa çalışırlar. Dünyanın bütün ölkəsində olan mənəvi dəyərlərə mənimdir deyən millətdir. Amma məlumdur ki, bunların heç nəyi olmayıb. Özgənin olanı özününküləşdirməkdə mahirdirlər.

- Xocalı soyqırımının dördüncü ildönümündə Ulu öndər Heydər Əliyev Xocalı sakinlərinin bir qrupu ilə görüş keçirmişdir. Bu görüşün soyqırıma məruz qalmış, müsibətlər çəkmiş xocalılar üçün mənəvi dəyərini necə ifadə edə bilərsiniz?

- Ulu öndər Moskvaya gedəndən sonra  Azərbaycan Respublikası sahibsiz qaldı. Daim hakimiyyət böhranı, tez-tez bir-birini əvəzetmələr, dəyişmələr oldu. 3-4 ilin içində 5 hakimiyyət dəyişdi. Necə ki, indi Ermənistanda yaranan vəziyyət kimi. Bu da yerlərə təsir etməyə başladı. Yerlərdə o vaxtkı rəhbərlikdən bir kömək görməyən şəxslərə təsir edirdi. Bakıda hər rəhbər dəyişdikcə cəbhə bölgəsində rəhbərlər də dəyişilirdi. Döyüşlər gedə-gedə Ağdamda 1990-1993-cü illərdə 5 icra başçısı dəyişdirildi. Respublikada müdafiə sistemi qurulmamışdı, yerlərdə də özünümüdafiəni təşkil etməyə imkan vermirdilər.   

Bütün bu özbaşınalıqların nəticəsi öz təsirini Xocalıda da göstərdi və səriştəsiz hakimiyyətin ucbatından Xocalıda soyqırım aktı törədildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xocalıların çoxdankı arzusu idi. Hələ 1992-ci il Xocalı soyqırımından bir neçə gün sonra Xocalı sakini Şükür Bəşirov Ağdamda keçirilən mitinq zamanı hakiyyətə Heydər Əliyevin qayıtmasının vacibliyini vurğulamışdı. O, qeyd etmişdi ki, əgər Heydər Əliyev hakimiyyətə qayıtmasa, Xocalının ardınca Şuşa və Laçın da işğala məruz qalacaq. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra xocalılar özlərinə mənəvi dayaq tapdılar. O vaxta kimi rəhbərlər xalqla görüşmürdü. Çünki onların görəcəyi iş yox, bacarıqları, idarəetmə qabiliyyəti yox idi. Xalq qazsız, işıqsız, çörəksiz qalmışdı. Dahi şəxsiyyətin qayıdışından sonra xocalılar təskinlik tapdı. Xalqımız sabaha ümidlə baxdı. Bundan sonra bir millət kimi yaşaya, bir dövlət kimi formalaşa biləcəyimizə, müstəqilliyimizi qoruyub-saxlaya biləcəyimizə inandı. Azərbaycan xalqı öz istəyinə çatdı. Soyqırım qurbanlarının analarını, övladlarını qəbul etmək, onlarla görüşüb dərdlərinə şərik olmaq onlara sahib çıxmaq, arxa-dayaq olmaq deməkdir. Bölgələrdə köçkünlərlə yerli camaat arasında qarşıdurma vəziyyətləri yaranmışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı ikinci daxili vətəndaş müharibəsindən qurtardı. "İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir" deyən xalqımızın Ümummilli lideri qaçqın və məcburi küçkün həyatı yaşayan soydaşlarımızın taleyində də önəmli dönüş yaratdı.

- Vətən müharibəsində Xocalı cəlladları da məhv edildi. Beynəlxalq Təşkilatların yerinə yetirmədiyi işi Müzəffər Ordumuz yerinə yetirdi. Ali Baş Komandanımızın qələbə müjdələri, torpaqlarımızın işğaldan azad edilməsi, şəhidlərimizin qisaslarının alınması xəbəri rayon sakinlərində yaratdığı sevinc hissi necə idi?

Sual olunmalıdır ki, biz qisasımızı almışıq, yoxsa hələ almamışıq. Nə qədər ki, ermənilər bizim Qərbi Azərbaycan torpağını tutublar, biz qisasımızı tam almamışıq. Yaxın dövrün qisasını almışıq. Biz Kəlbəcərə qayıtmışıq. Alagöldən baxanda mənim ata-baba yurdum görünür. Biz bu günləri itirdiyimizin bir qismini qaytarmışıq. Mübarizəmiz, amalımız davam edir. Cənab Prezidentimizin qeyd etdiyi kimi bu günə olan işimizin birinci mərhələsini yekunlaşdırmaq üzrəyik. Bugünkü işimizi reallaşdırmaq, ərazi bütövlüyümüzü dünyada tanıtdıqdan sonra qalan ideyalarımızı da həyata keçirəcəyik. Nə qədər ki, qaraçı tayfası bizim qonşumuzdur, bizim xalqa dinclik yoxdur. Düşmən nə vaxtsa yenə baş qaldıracaq. Ona görə biz işimizi davam etdirməliyik və amalımız da bu olmalıdır ki, Bütöv Azərbaycanı bərpa edək.

- Cənab Prezidentimiz çıxışlarında bildirirdi ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Biz xalq olaraq bu amalımıza çatdıq. Ancaq bundan sonra Bütöv Azərbaycan uğrunda çalışmalıyıq. Bunun üçün Prezident İlham Əliyevin siyasəti ətrafında sıx birləşməyimiz, xalq olaraq həmrəy olmağımız vacibdir.

- Bəli, biz bu daim arzularımızı etməliyik, bu ideologiyanı indiki və gələcək nəsillərə çatdırmalıyıq. Bu istiqamətdə iş aparmalıyıq. Yolumuz Qarabağa idi, o yolu açdıq, sabah da, Zəngəzur, Dərələyəz, Göyçə, İrəvan yolunu açmalıyıq. Biz qorxmamalıyıq, çəkinməməliyik. O yerlərə özümüzünkü olaraq getməliyik. Mən necə Xocalıya qayıtmayım, atamın qəbri ordadır. Mən necə Xankəndinə qayıtmayım. Keçən əsrin 30-40-cı illərinə kimi orada erməni olmayıb...

- Şükürlər olsun ki, bu gün keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar. Xocalılar da Ağdamın Şəhidlər Xiyabanında dəfn edilmiş əzizlərinin viran edilmiş qəbirlərini ziyarət edirlər. Erməni barbarlığını bütün işğaldan azad edilmiş torpaqlarımızda görmək mümkündür.

- İlkin siyahıya  görə 613 Xocalı soyqırımı şəhidi var. Ancaq bugünkü siyahıda 630-a yaxın Xocalı soyqırımı şəhidi var. Çünki sonradan məlum olmayan şəhidlərimizin adları da sənədləşdirilərək siyahıya daxil edilib.

Ağdamda Şəhidlər Xiyabanının salınmasında və şəhidlərimizin dəfn edilməsində mən yaxından iştirak etmişəm.

Ağdam Məscidinin arxa tərəfində yuyat yeri var idi. Xocalı soyqırımının ilk günündə Ağdamda olan Bakıdan gələn bütün rəhbər işçilər qaçıb getmişdi. Camaatın başı ağlaşmağa, qışqırmağa qarışmışdı. Qəbirləri qazmaq üçün kömək topladım. Həmin yer dolandan sonra “Uzundərə” qəbiristanlığında şəhidlərimizi dəfn etdik. 613 Xocalı soyqırımı şəhidindən 335 nəfərinin meyiti dəfn edilib. Qalanlarının meyitləri meşələrdə, çöllərdə qaldı. Meyitləri gətirilən 40-a qədər şəhidimiz respublikanın ayrı-ayrı yerlərində dəfn edildi. Ağdamda - Şəhidlər Xiyabanında və “Uzundərə” qəbiristanlığında 300-ə qədər şəhidimizi dəfn etmişik. “Uzundərə” qəbiristanlığı hələ minalardan təmizlənməyib. Bununla bağlı müraciət etmişik. Ağdamın Şəhidlər Xiyabanına ziyarətlər təşkil edilir, “Uzundərə” qəbiristanlığına da getməliyik.

Ayrı-ayrılıqda qəbirləri tapmaq çətindir. Onların hər biri bizim üçün əzizdir. Şəhidlərimizin adlarının qeyd olunması ilə Memorial Kompleks Abidəsinin qurulması ən doğru yol olar fikrimcə. ermənilərin barbarlığı açıq hava muzeyi kimi saxlanılaraq bütün dünyaya nümayiş etdirilməlidir. 

- Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidenti 28 yanvar 2022-ci il tarixli Sərəncam imzalamışdır. Rayonumuzda bununla bağlı hansı Tədbirlər Planı nəzərdə tutulub?

- Xocalı Rayon İcra Hakimiyyəti Aparatı Cənab Prezidentin Sərəncamına əsasən, Tədbirlər Planı hazırlamışdır. Karantin qaydalarına əməl olunmaqla tədbirlərimizi keçirdəcəyik. Rayonumuzun təhsil, mədəniyyət ocaqlarında Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək, yaddaşımızı təzələyəcəyik. Xocalı soyqırımı abidələrini, şəhidlərimizin məzarlarını ziyarət edəcəyik.

Vətəndaş olaraq, Xocalı müsibətlərini yaşamış, qəlbində, yaddaşında daim o ağrılar qalan insanlar kimi bunları etmək bizim borcumuzdur.

Biz istəyirik ki, öz torpağımıza qayıdaq. Abidələrimizi öz torpağımızda ucaldaq. Xocalı qurub-yaradaq. İnşallah Cənab Prezidentimizin rəhbərliyi altında ona da nail olacağıq. Hər şeyi zaman həll edir. 30 ildə beynəlxalq təşkilatların həll etmədiyi məsələni Ali Baş Komandanımızın qətiyyəti ilə Azərbaycan Ordusu 44 gündə həll etdi. Onun rəhbərliyi altında xalqımızın birliyi torpaqlarımızı azad etdi.

Vətən müharibəsində biz də cəbhə bölgəsində məskunlaşmış insanlar kimi öhdəmizə düşən vəzifələri, vətəndaşlıq borcunu yerinə yetirdik. Demirəm igidlik etdik, hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirsə, elə bu igidlikdir. Bu gün bir Azərbaycan vətəndaşı kimi, bir Xocalı sakini kimi, bir rayonun rəhbəri kimi qürur hissi duyuram ki üstümüzdə olan qara buludun bir hissəsini götürdük. İnşallah qələbələrimiz davamlı olacaq. Biz buna layiq xalqıq. Biz heç kimdən, heç nə istəmirik, özümüzə aid olanı özümüzə qaytarmaq istəyirik.

- Müsahibə üçün təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

- Amin. 

Qalib BƏYMƏMMƏDOĞLU,

“Xocalının səsi” qəzetinin redaktoru


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi