Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı törədilmiş soyqırımıdır

         1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə dişindən dırnağa qədər silahlanmış erməni qaniçənləri heç bir hərbi zərurət olmadan mülki əhalinin yaşadığı ərazini tanklardan və toplardan atəşə tutaraq körpələri, qadınları, qocaları məhv etmişdir.  Bu soyqırım zamanı 613 nəfər vəhşicəsinə qətlə yetirilmişdir. Onlardan 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar olmuşdur. Səkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Faciə zamanı 1275 nəfər dinc sakin girov götürülmüş, misli görünməmiş  əzab və işgəncələrə məruz qalmışlar. Bu 1275 nəfərdən 150 nəfərin taleyi hələ də məlum deyildir. Ermənistanın faşist rejimini kölgədə qoyan hakimiyyəti dünyada mövcud olan humanist qanunların heç birinə əhəmiyyət qoymadan heç bir vəhşinin edə bilmədiyi barbarlığı Xocalının dinc əhalisinə qarşı törətmişlər. Ulu öndər Heydər Əliyev  ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanı parçalamaq təhlükəsindən xilas etdi. O, Xocalı faciəsinin dünyaya tanıtdırılması üçün beynəlxalq təşkilatların yüksək tribunasında sülhsevər dünya içtimaiyyətinə səslənərək faciənin günahkarlarının beynəlxalq məhkəmə qarşısında cavab verməsini tələb etdi. 1995-ci ildə Ulu Öndər xüsusi olaraq Xocalı faciəsini yaşamış əhalini  qəbul etdi və onların qisasının yerdə qalmayacağını söylədi. Ulu Öndərin davamçısı olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı  İlham Əliyev Cənabları 1988-ci ildən başlayaraq 1993-cü ilin sonuna qədər erməni quldurları tərəfindən işğal edilmiş torpaqları güclü Azərbaycan xalqının və onun silahlı qüvvələrinin köməkliyi ilə 44 günə işğaldan azad etdi. Lakin biz hələ də Xocalıya gedə bilmirik. Xocalıların Xocalıya, Xankəndinə qayıdışı təkcə Azərbaycanlıların deyil, bütün sülhsevər xalqların arzusudur.  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanlı əhalinin həmin doğma yurdlara qayıdışı lap yaxındadır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Larisa Əhmədova,
Xocalı rayon ziyalısı 

Yorum Gönder

Daha yeni Daha eski