Xocalı rayon Kosalar kənd Mədəniyyət Evində "Xocalı - bəşəriyyətə qarşı tarixi cinayət" adlı tədbir keçirilmişdir

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Xocalı rayon Kosalar kənd Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Gəncə şəhəri ərazisində salınımış 600 ailəlik qəsəbədə "Xocalı - bəşəriyyətə qarşı tarixi cinayət" adlı tədbir keçirilmişdir.

Tədbirdə ilk olaraq gənclərin və Xocalı sakinlərinin iştirakı ilə Xocalı soyqırımı abidəsi ziyarət olunaraq abidə önünə tər qərənfillər düzülmüşdür.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Xocalı soyqırım qurbanlarının və Vətən müharibəsi şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Xocalı rayon Kosalar kənd İcra nümayəndəsi Şahid Rzayev və Xocalı rayon Kosalar kənd Mədəniyyət Evinin direktoru Ramiz Məhərrəmov çıxış edərək, Xocalıda baş vermiş soyqırımı qınayıblar və bu faciənin bəşəriyyətə qarşı törədilmiş tarixi bir cinayət olduğunu qeyd etmişlər. Onlar vurğuluyublar ki, hər bir azərbaycanlının, xüsusəndə gənclərin qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətlər olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır.
Tədbirdə Xocalı məktəblilərinin iştirakı ilə bədii kompazisiya nümayiş edilmişdir. Tədbirin sonunda Xocalı sakinləri ilə gənclərin çay masası arxasında görüşü baş tutmuşdur.













Yorum Gönder

Daha yeni Daha eski