Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayon Meşəli kənd tam orta məktəbində Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri keçirilmişdir

        Xocalı rayon İcra Hakimiyyətinin Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Xocalı rayon Meşəli kənd tam orta məktəbində “Xocalı soyqırımı şagirdlərin gözü ilə” devizi altında inşa və rəsm müsabiqəsi təşkil edilib, anım tədbiri keçirilib.

Anım mərasimində şəhidlərimizin ruhu bir dəqiqiəlik sükutla yad edilib. Tədbirdə çıxış edən məktəbin direktoru Aqil Alışıov, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Natalya Yusibova, tarix müəllimi Sabir Qasımov Xocalı soyqırımının törədilməsi və onun nəticələri haqqında şagirdlərə ətraflı məlumat verdilər.

Sonda şagirdlərin Xocalı soyqırımına həsr olunmuş bədii kompozisiyası və şeirləri dinlənildi.







Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi