Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

31 Mart soyqırımının 104-cü ildönümü ilə əlaqədar Xocalı Rayon Mədəniyyət Evində dəyirmi masa keçirildi

31 Mart soyqırımının 104-cü ildönümü ilə əlaqədar Xocalı Rayon Mədəniyyət Evində dəyirmi masa keçirildi. Anım mərasimində Xocalı  Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimai fəallar iştirak etdilər.

Tədbirdən əvvəl Xocalı Rayon MKS-in təşkilatçılığı hazırlanmış 31 Mart - Azərbaycanlıların soyqırımı, Xocalı soyqırımı haqqında və erməni vəhşiliyindən bəhs edən kitablara baxış oldu.

Mədəniyyət Evində davam edən tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Xocalı  Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva ermənilərin mənfur xislətindən danışdı. Bildirdi ki, ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər  bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir.

Mənfur xislətlərini zaman-zaman aşkar edən ermənilər 1992-ci ilin fevralında Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunmuş bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı. Vətən müharibəsində döyüş meydanından qaçan ermənilər dinc əhalinin yaşadığı şəhərlərə raket zərbələri atmaqla faciələr törətdilər. 

 Sonra Xocalı rayon Başkənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Məmmədova geniş məruzə ilə çıxış edərək ermənilərin xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin mahiyyəti və tarixi kökləri barədə danışdı. Bildirdi ki, 1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra da İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan - Naxçıvan - Zəngəzur-Qarabağ istiqamətində və Qazax-Gəncə istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri gələcək Ermənistan dövlətinin əsasını qoymaq istədilər.

Sayları on mindən artıq olan erməni silahlı birləşmələri əvvəlcə Bakıda, sonra İrəvan şəhərində və onun ətraf kəndlərində, Üçkilsə, Şərur - Dərələyəz və Naxçıvan qəzalarında, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax, Tiflis şəhərində kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar. 1917-ci il oktyabr çevrilişi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi “Daşnaksütun “partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik - daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli “və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, artıq gec idi,alova bürünmüş məhəllələrdə ölənlərin sayı - hesabı yox idi. Erməni faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türkdür deyə dərhal qətlə yetirirdilər. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları işgəncələrlə qətlə yetirirdilər. Azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar.

Daha sonra “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Gəncə bölməsinin sədri Aqil Məmmədov çıxışında ictimai birliyin Xocalı soyqırımının tanıdılması, erməni barbarlığının ifşa edilməsi istiqamətində keçirdiyi tədbirlər barədə məlumat verdi. İnformasiya müharibəsində, təbliğat işlərinin aparılmasının fəal olmağımızın vacibliyini vurğuladı. Qeyd etdi ki, ermənilər öz saxta məlumatları, yalanları ilə bütün dünyanı aldatmağa çalışır. Başımıza gətirilən müsibətlərin, soyqırımların unudulmasına yol verməməliyik.  

Sonda "Qan yaddaşımız" adlı sənədli film nümayiş etdirildi.
















Paylaşın:

Xocalı rayonunun Fərrux kəndində insan skeletləri aşkarlanıb

Xocalı rayonunun Fərrux kəndində insan skeletləri aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar ediblər.

Aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərə aid olduğu güman edilir.

Faktla bağlı araşdırma və dəqiqləşmələr aparılır.




Paylaşın:

Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar

         Zaman - zaman tariximizi vərəqlədikcə onun XX əsr intibahı, keşməkeşliyi, tərəqqisi və tənəzzülü bəzən zamanın yükündən də ağır görsənir. Azərbaycan xalqı hər zaman çiyinlərini bu yükün altına qürurla, dəyanətlə, qəhrəmancasına verib. Əsrlər boyu tariximizdə çox döyüşlər, müharibələr baş verib. Bu müharibələrin törədilməsində başlıca səbəbləri, əsasən, hər hansı bir dövlətin başqa bir dövlətə torpaq iddiası, var-dövlət hərisliyi, dünya ağalığı xülyası və s. olmuşdur. Bu müharibələrdən ən dəhşətlisi isə hər hansı bir millətin, xalqın kökünü kəsmək, Yer üzündən silmək məqsədini güdən müharibələrdir. Ən pisi də odur ki, soyqırımları törədənin özü ustalıqla maskalanır, öz əməlini, vəhşiliyini ört-basdır edir, dünya ictimaiyyətini çaş - baş salır, əsrlərlə öz məkrli siyasətlərini yürüdür, nəsilləri bu ruhda tərbiyə edir. Məqam gələndə cildini dəyişə bilir, haqlını “günahkar “kimi qələmə verməyə çalışır, özünə tərəfdarlar tapır. “Dənizdən - dənizə Böyük Ermənistan “yaratmaq xülyası ilə məkrli “qonşularımız”məhz belə qırğınlar, soyqırımlar törədənlərin önündə getmişdir. Xalqımız Sovet hakimiyyəti illərində beynəlmiləlçilik ruhunda tərbiyə olunduğundan əbədi düşmənimiz olan ermənilərin törətdikləri dəhşətli faciələr unudulmuşdur. Hətta olanları yaddaşımızdan silmək üçün indiki Şəhidlər xiyabanı olan Çəmbərkənd qəbiristanlığı köçürülmüş, yerində böyük bir park salınmışdır. Xalqımızın ən böyük düşməni olan daşnak Şaumyanın adını əbədiləşdirmək üçün heykəli ucaldılmış, adına parklar salınmış, onlarca kəndlər, qəsəbələr, küçələr, kitabxanalar bu cəlladın adını daşımışdır. Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq Rusiyanın çoxdankı planı idi. Ona görə də Şimali Azərbaycanın işğal edilmiş bölgələrinə İran və Osmanlı imperiyasından ermənilərin köçürülməsi təsadüfi deyildir. Hələ I Pyotrun dövründə əsası qoyulmuş rus-erməni münasibətlərini həyata keçirmək üçün əlverişli şərait yaradılmışdır. Erməni katalikosu Nerses Aştaraketsi köçürməni həyata keçirmək üçün xüsusi layihə hazırladı. Rusiyanın İrandakı səfiri A. S. Qriboyedov bu layihənin reallaşmasında əlindən gələni əsirgəmədi. A. S. Qriboyedov və general İ. F. Paskeviç müqavilə hazırlanarkən İrandan ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi məsələsini də unutmadılar.Köçürülənlərə geniş imtiyazlar verildi. Onlar 6 il müddətində hər cür vergi və mükəlləfiyyətlərdən azad edilmiş, İrandan alınan təzminat hesabına onlara vəsait ayrılmışdır. İrandan Azərbaycana 40-50 min nəfər erməni köçürülmüşdür. Bundan başqa 1828-1829 - cu illərin Rus-Osmanlı müharibəsində osmanlıların məğlub olması Kiçik Asiyadan da ermənilərin köçürülməsinə əlverişli şərait yaratdı. Köçürülən ermənilərin Cənubi Qafqazda, xüsusən Şimali Azərbaycanda məskunlaşdırılması qərara alınmışdır. Ermənilər regiona köçürülərkən onların Şimali Azərbaycan torpaqlarında, xüsusilə Naxçıvan, İrəvan və Qarabağda yerləşdirilməsi ən mühüm əhəmiyyət verilirdi. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Yelizavetpol(Gəncə) əyalətinin dağlıq və dağətəyi hissəsi, eləcə də Göyçə mahalında gəlmə ermənilər məskunlaşmışdılar. Ermənilərin Şimali Azərbaycan torpaqlarında məskunlaşdırılması prosesi bütün XIX əsrdə, eləcə də sonrakı dövrlərdə davam etdirilmişdir. Erməni havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XIX - XX əsrlərdə müəyyən mərhələlərlə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımlar törətmiş, deportasiyalar həyata keçirmişlər. Həmin soyqırımların ilk mərhələsi 1905-1906 - cı illəri əhatə edir. Tarixə ilk olaraq “erməni - müsəlman qırğınları” kimi düşən bu qanlı faciələri hüquqi - siyasi baxımdan azərbaycanlılara qarşı soyqırım adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir. 1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra da İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan - Naxçıvan - Zəngəzur-Qarabağ istiqamətində və Qazax-Gəncə istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri gələcək Ermənistan dövlətinin əsasını qoymaq istədilər. Sayları on mindən artıq olan erməni silahlı birləşmələri əvvəlcə Bakıda, sonra İrəvan şəhərində və onun ətraf kəndlərində, Üçkilsə, Şərur - Dərələyəz və Naxçıvan qəzalarında, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax, Tiflis şəhərində kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar. 1917-ci il oktyabr çevrilişi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi “Daşnaksütun “partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik - daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana” , “Məmmədli “və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, artıq gec idi,alova bürünmüş məhəllələrdə ölənlərin sayı - hesabı yox idi. Erməni faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türkdür deyə dərhal qətlə yetirirdilər. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları işgəncələrlə qətlə yetirirdilər. Azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı aprelin 2-də A. Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabi müdafiə adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən biri olan, Ağa Musa Nağıyevin oğlu İsmayılın əziz xatirəsini əbədiləşdirmək üçün tikdirdiyi “İsmailiyyə”binasını yandırmış, “Açıq söz", ” Kaspi", “Baku” qəzetlərinin redaksiyalarını dağıtmışdılar. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə, qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. N. Nərimanov erməni vəhşilərinin törətdikləri haqqında belə deyirdi:”Bolşeviklər bir müsəlmana belə aman vermədilər. Müsəlmanlara hər cür cinayəti etdilər”. Erməni quldurları Şamaxı qəzasında 58 kəndi, 7 minədək adamı, Quba qəzasında 122 kəndi yandırmış, on minə yaxın dinc əhalini vəhşicəsinə qətlə yetirmişlər. Mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Azərbaycanlıların soyqırımı haqqında Ulu öndərin 26 mart 1998-ci il tarixli fərmanından:”Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər və… Bakı kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

        Yenə də ermənilər öz məkirli planlarını həyata keçirmək niyyətində idilər. 1992-ci ilin fevralında Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunmuş bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı. Əlbəttə ki, Xocalı faciəsini bu soyqırımlar içərisində qeyd etməsək olmaz. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Cənab Prezidentimiz İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında uğurlu addımlar atıldı. Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının cəsarətini bir daha sübut etdi. 44 günlük Vətən müharibəsi bütün dünyaya göstərdi ki, Azərbaycan haqq yolundadır, bir yumruq kimidir. Bu birlik heç bir zaman pozulmayacaq.

Sevda Məmmədova,

Xocalı rayon gənci 

Paylaşın:

31 Mart soyqırımı - tarixin qanla yazılmış yaddaşı

 


        Ermənilərin Azərbaycan torpaqlarında həyata keçirdikləri terror və cinayətlər saysız-hesabsız insan təlafatı həm xalqımızın, həm də dünya ictimaiyyətinin diqqət mərkəzində duran məsələyə çevrilmişdir. Bu problemin tarixi köklərini bir az araşdırsaq onun lap qədimə gedib çıxdığının şahidi oluruq. Ermənilər mövcudluqlarından başlayaraq tarix boyu öz qonşuları üçün həmişə cinayətkar mövqeyində durublar. Bu etnik toplum Qafqaza gəldikləri ilk vaxtlardan özləri nail ola bilmədiklərini adlarına şıxarmaqla özəlləşdirmiş,bütün Qfqaz üçün əsl bəlaya çevrilmişlər. Bu isə özünü daha kəskin formada – tarixi torpaqlarımıza olan tamahkarlıq, təcavüzkarlıq iddiası ilə biruzə vermişdir. Milli mədəniyyətimizə, tariximizə qarşı olan bu amansızlıq bizim bu mənfur düşmənə olan nifrətimizi daha da qəddarlaşdırdı. Ermənilərin təbiətində olan davakarlıq, təcavüzkarlıq bəlkə də onların tarixi talelərindən irəli gəlmişdir. Həmişə böyük görünmək istəyən bu kiçik xalq tarix boyu dövlətlərin hökmranlığı altında yaşamış, əsl həqiqətdə heç bir müstəqil dövlət yarada bilmədikləri halda, özləirinin xəyal dünyasında böyük erməni dövləti yaratmışlar. Dünya xalqları içərisində öz  nəfisləri ilə seçilən ,bu gözü doymayan ermənilərin istilası həmişə böyük olmuş, yaranmış tarixi şəraitdən  məharətlə istifadə etməyə səy göstərmişlər. Xalqımız əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaqla, doğma torpaqlarımızda soyqırımlar törədildiyini, Ermənistan ərazisinin əslində bizim qədim ata-baba torpaqlarımız olduğunu  rəsmişləşdirməyə çalışmış, ermənilərin müxtəlif tarixi dövrlərdə vaxtaşırı xalqımızın taleyinə qanlı faciəvi hadisələr kimi həkk etdiyi  səhifələri obyektiv şəkildə  yazılmasına çalışmışdır.
          Əlbəttə, öz keçmişini bilməyən xalqın bu günü də,gələcəyi də zamanın sınaqları qarşısında ciddi təhlükə yarada bilər. Odur ki,dünənimizi öyrənmək bu gün bizim üçün uzaq görünən tarixi keçmişimizdə başımıza gətirilənləri doğru düzgün anlayıb dərk etmək, bu günkü istiqlaliyyətimizi qoruyub saxlamaq uğrunda bizə çox gərəkdir.Artıq bu gün tariximizin uzun illər bizlərdən gizli saxlanılmağa çalışılan,saxtalaşdırılmaqla təhrif edilən dövr və hadisələrinin obyektiv mənzərəsini yaratmaq  üçün əlimizdə kifayət qədər imkanlar vardır. İndi  bütün dünya erməniləri və onların havadarlarını çox gözəl tanıyır. Öz dövləti və sərhədləri olmayan ermənilər dağınıq şəkildə bir sıra ölkələrdə yaşayaraq, bütün Qafqazda və Türkiyənin vilayətlərində “Dənizdən-dənizə Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə yaşamışlar. XX əsrdə mərhələlərlə -1905-1907,1918-1948-1953,1988-1993-cü illərdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırım siyasəti nətcəsində xalqımız milli münqişə və məşəqqətlərə məruz qalmışdır. 1724-cü ildə Rus çarı I Pyotrun fərmanında ermənilərə azərbaycan torpaqlarında yerli əhalini qovmaqla bu ərazidə möhkəmlənmək kimi bir sıra imtiyazlar verildi.          
            Çarizmin əli ilə yaradılan erməni azərbaycanlı ziddiyyətlərinin əsası XIX əsrin I yarısında ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə qoyuldu.1828-ci il Türkmənçay müqaviləsinə görə İrandan və Türkiyədən İrəvan xanlığı ərazisinə,Qarabağa Azərbaycanın başqa vilayətlərinə ermənilərin köçürülməsinə başlanıldı.1890-ci ildə təsis edilən “Daşnakstyun” partiyası erməniləri "Böyük Ermənistan" yaratmağa ruhlandırdı. 1905-1906 cı illərdə həyata keçirilən soyqırımdan sonra xalqda milli oyanış gücləndi. Azərbaycana qarşı növbəti məqsədyönlü  soyqırım 1918-ci il 30-31 mart –aprel aylarında törədildi. Uzun illər vətəndaş müharibəsi kimi qiymətləndirilən mart hadisələri həm də ermənipərəst Bakı Sovetinin sonu oldu. 31 mart soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, işgəncələriin ən ağlagəlməz formasının onların üzərində tətbiqi, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən acı, faciəli və dəhşətli səhifələrindəndir. Bakını və Bakı ətrafı bölgələri Türk əhalidən təmizləmək və buraya erməniləri,rusları yerləşdirmək məqsədi ilə erməni daşnakları və bolşevik birləşmələri tərəfindən məqsədli aparılan bu qırğına o vaxtlar Bakı Sovetinin sədri olan Stepan Şaumyan şəxsən rəhbərlik etmişdir. Həmin dövrlərdə Bakıda,Şamaxıda,Qubada və başqa bölgələrimizdə 50 mindən artıq Azərbaycanlı öldürülmüş, yüzlərlə kənd yandırılaraq xarabalığa çevrilmişdir. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı törədilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.                                                
         Davamlı şəkildə törədilən  yeni təxribatlar,günahsız insanların öldürülməsi Azərbaycan üçün qarşıya yalnız bir  gediş qoydu: Düşmənə qarşı əks-həmlə əməliyyatları ilə layiqli cavab verməyin ən düzgün zamanı artıq çatıb! Vaxt itirmədən Azərbaycanın müzəffər ordusu düşmənə elə bir sarsıdıcı zərbələr endirdi ki, döyüş meydanında onlara elə bir dərs  verdi ki, ermənilərin tarixi Qarabağ torpaqlarımızdakı bu 30 illik rahat yaşayışına əbədi son qoyuldu. Bir ovuc Vətən torpağı üçün canımızı fəda etməyə hazır olduğumuzu bütün bəşəriyyətə nümayiş etdirdik. Ali Baş Komandanın rəhbərliyi altında cəncavər əsgərlərimiz əzəli torpaqlarımızı azad  edərək, o torpaqlarda bir daha enməmək üzrə Azərbaycan bayrağını dalğalandırdılar. İnanırıq ki, tez bir zamanda erməni cinayətkarları hər öldürülən azərbaycanlıya görə ədalət kürsüsündə öz layiqli cavablarını alacaqlar və ciddi münaqişəyə səbəb olan bu erməni məsələsi birdəfəlik olaraq kökündən həll oluncaqdır. O zaman bütün əzəli torpaqlarımızda xoşbəxt bir sabahın təməli qoyulacaq!
 
 Xəyalə Məmmədova,
 Xocalı şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi  

 

Paylaşın:

Qan yaddaşımız - 31 Mart soyqırımı

​        1998-ci il mart ayının 26-da Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların Soyqırımı" haqqında imzaladığı fərmanla 31 mart Azərbaycanda dövlət səviyyəsində soyqırım günü kimi qeyd edilir.
        Ermənilərin türk dünyasına qarşı soyqırımları 200 ilə yaxındır ki davam edir. 1813-cü il​ Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycan torpaqları Rusiya və Qacarlar dövləti tərəfindən isğal olundu. Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən ermənilər başqa dövlətlərdən köçürülərək Azərbaycanda, xüsusilə də Naxçıvan, Qarabag və İrəvan ərazilərində yerləsdirildi. Rusiya öz planlarını həyata keçirmək ücün həmişə ermənilərin "xidmətlərindən" istifadə edib. Ona görə də ermənilər Rusiyanın marağında olub və indi də olmaqdadır.
        Ermənilər də tarix boyu "Böyük Ermənistan" yaratmaq arzusu ilə Rusiya imperiyasına arxalanıblar. Əgər belə olmasaydı 1905-1906-cı il qırğınları olmazdı. Əgər belə olmasaydı 1918-ci il 31 mart soyqırımı baş verməzdi. 1920-ci illərdə tarixi torpaqlarımız, Zəngəzur Ermənistana verilməzdi. 1948-1953-cü illərdə azərbaycanlıların öz ata-baba torpaqlarından deportasiyası baş verməzdi. 1988-ci ildə Qərbi Azərbaycan torpaqlarından azərbaycanlılar zorla çıxarılmazdı. 1992-ci il Xocalı faciəsi bas verməzdi. Əgər belə olmasaydı torpaqlarımızın 20%-i işğal olunmazdı. Minlərlə azərbaycanlı öz doğma evindən, eşiyindən zorla çıxarılaraq qaçqın, köckün adı daşımazdı.
          Mart qırğınları da Azərbaycan tarixinin qanlı və unudulmaz səhifələrindən biridir. 1918-ci ilin ilk aylarından başlayaraq ermənilər Bakı quberniyasında yasayan azərbaycanlıların məhv edilməsi məqsədini güdən cinayətkar planı gerçəkləşdirməyə başladılar. Martın 30-da ermənilər öz məkrli planlarını həyata keçirmək üçün dinc əhaliyə atəş açdılar. Martın 31-də azərbaycanlıların yaşadıqları "Kərpicxana" və "Məmmədli" məhəllələrinə erməni daşnak dəstələri hücum etdilər. Rusiya tərəfindən göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan digər məhəllələri bombalamağa başladılar. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxularaq dinc, əliyalın insanları öldürür, onları xəncər və süngü ilə doğrayır, usaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib istədiklərinə nail olmaq ücün hər cür vəhşiliyə əl atan bolşevik erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Mart soyqırımı nəticəsində 3 gün ərzində 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Bolşevik daşnak birləşmələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını yandırmış, "Təzəpir" məscidinin minarəsini top atəsi ilə zədələmisdilər. Bakıdan basqa Samaxı, Quba, Qarabag, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncədə də azərbaycan xalqına qarşı soyqırımları davam etdirdilər. Səhər və kəndlər yandırıldı. Milli mədəniyyət abidələri dağıdılaraq məhv edildi.
       Erməni bolşevik silahlı dəstələrini 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 yanvar 2018-ci ildə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncam imzalamışdı.
​         Dinc əhaliyə qarsı münasibətdə ermənilərin xisləti bu gün də dəyisməyib
Onlar yenə də alçaq niyyətlərindən əl cəkməyiblər. 2020-ci ilin sentyabrında başlayan II Qarabağ müharibəsində Şanlı Azərbaycan Ordusunun döyüş meydanındakı həmlələrinə cavab verməkdə acizlik çəkən ermənilər müharibə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Mingəcevir, Tər-tər şəhərlərini hədəfə alırdılar.
​          Bütün bunlar ermənilərin əsl üzünü bütün dünyaya göstərdi və 1918-ci ildən fərqli olaraq KİV-in imkanları ilə erməni xislətinin həqiqi siması dünya ictimaiyyətinə çatdırıldı.
Reyhan​ Əliyeva,
Xocalı rayon​ Cəmilli kənd orta məktəbin müəllim
Paylaşın:

31 Mart soyqırımına əsl hüquqi-siyasi qiyməti Ümummilli lideri Heydər Əliyev tərəfindən verilib

        Bolşevik-daşnak hərbi qüvvələri 1918-ci il aprelin 3-16-sında S.Lalayans və T.Əmirovun rəhbərliyi altında Şamaxı əhalisinə qanlı divan tutdular. Yerli erməni və rus-molokan kəndlilərinin köməyi ilə daşnak hərbi qüvvələri Şamaxı qəzasında 110 kəndi dağıtmış, 22 mindən çox türk-müsəlman əhalini öldürmüşdü. Bu erməni vəhşiliyinin qurbanlarının əksər hissəsi qoca, qadın və uşaqlar olmuşdur. Şaumyamın göstərişi ilə Amazaspın (Hamazasp) quldur dəstəsi aprel ayında Quba qəzasında 164-dən çox kəndi məhv etdi. Quba şəhəri də daxil olmaqla qəzada 16 mindən çox türk-müsəlman və yəhudi əhalisi qətlə yetirildi. Ermənilərin Qubada törətdikləri soyqırıma aid kütləvi qəbristanlıq 2007-ci ildə aşkar edilmişdi. Ən dəhşətlisi də o idi ki, burada insan kəlləsinin və bədəninin sümükləri ayrı-ayrı basdırılmışdı. Bu da onların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərir. Bakı quberniyasında türk-müsəlman əhalisinə qarşı soyqırım 1918-ci ilin sentyabrın 15-dək, yəni Bakı şəhəri Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərəfindən düşməndən azad edilənədək davam etmişdir. Azərbaycan əhalisinə qarşı törədilən bu qırğında erməni kilsəsi və erməni ziyalıları, əgər ziyalı demək mümkünsə, yaxından iştirak etmişdilər. Ümumiyyətlə, 1918-ci ilin mart-aprel ayları ərzində Bakı quberniyasında 50 mindən çox türk-müsəlman əhalisi qətlə yetrilmişdi. Azərbaycanlıların soyqırımı haqqında ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycalıların Soyqırımı Günü elan edildi. Beləliklə də uzun zaman sonra Azərbaycan xalqına qarşı törədilmiş soyqırıma hüquqi qiymət verildi.

Günel Məmmədova,
Xocalı rayonundan məcburi köçkün
Paylaşın:

Şahmar Usubov Bakı şəhərində müvəqqəti məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirdi


        Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin mart ayında yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, 30 mart 2022-ci il tarixdə Bakı şəhərində müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləri ilə səyyar qəbul  - görüş keçirdi.

      Görüşdə vətəndaşlar ayrı təsərrüfat kimi qeydiyyata alınma, mənzil və işlə təmin olunma kimi ümumi məsələlər haqqında müraciətlər etdilər.  

      Sonda problemi olan vətəndaşlar fərdi şəkildə qəbul edildi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürüldü. Qeyd edək ki, səyyar görüş-qəbulda 46 nəfər vətəndaş iştirak etdi.









Paylaşın:

31 Mart soyqırımı xalqımızın silinməz tarixi yaddaşıdır

        Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.

      Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

       1918-ci il mart soyqırımları öz amansızlığına  və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, dünya miqyasında belə faciə olmayıb. Faciədə erməni cəlladları uşağa, qocaya baxmadan onlara amansız işgəncələr, qətliamlar törədiblər. Bu faciədə Azərbaycan xalqı ilə yanaşı, rus, ləzgi, talış, avar millətindən olan insanları qılıncdan keçiriblər. Bu qətliamda 10 mindən artıq vətəndaşımız qurban olub. Faciə Azərbaycan demək olar ki, çox bölgəsini əhatə edib.

        Təkcə Şamaxıda baş verən qırğından 7 mindən çox soydaşımız öldürülüb. Onlardan 1653 qadın və 965 uşaqın öldürüldü bildirilir. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

        Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Azərbaycan Respubilkasının Prezdenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərancamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi” nin  yaradılmasına qərar verilmişdi. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sal sahilində inşa edilmişdi. 2013-cüildə sentyabırın 18-də açılışı olmuşdu.

        Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 102 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilib.

 Vüqar İsmayılov,

YAP Xocalı rayon təşkilatının əməkdaşı

 

Paylaşın:

Qitə miqyaslı bir turnirdə Avropada birinci olmaq böyük nailiyyətdir

 


         Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürurla qeyd edirik. Bu nailiyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünki idman oyunları, Olimpiadalar dövlətlərarası  uğurlu əlaqələrin, dostluğun, sülhün əsasını təşkil edir. 

     Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev: "Azərbaycan idman dövlətidir. Həm böyüklər, həm genclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər"- fikri ilə dövlətin idmana nə dərəcədə diqqət göstərdiyini bir daha sübut edir. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Bu nəticə ilə komanda hesabında Azərbaycan idmançıları Avropanın 34 ölkəsi arasında birinci yerə layiq görüldü. 

    Əslində qitə miqyaslı bir turnirdə Avropada birinci olmaq böyük nailiyyətdir. Bu o deməkdir ki, ölkəmizin dövlət himni yeddi dəfə Avropanın paytaxt şəhərlərindən birində səslənmişdir. Həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşıladılar.

   Cənab Prezidentimiz öz çıxışında demişdir:" Əlbəttə, azad edilmiş torpaqlarımızda idman inkişaf etməlidir. Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planında da öz əksini tapır". Bunu Suqovuşanda ilk dəfə keçirilən su oyunları yarışında da sübut etdik.

Prezidentimizlə, gənc idmançılarımızla fəxr edirik! 

İlahə Kərimova,

Xocalı rayonundan məcburi köçkün


Paylaşın:

Prezident İlham Əliyevin idmanın inkişafına yüksək qayğısı


Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha da güclənir. Beynəlxalq yarışlarda kifayət qədər medal qazanılır. İdmançılar müxtəlif beynəlxalq turnirlərdə nəticələr əldə edirlər. Bu isə onu göstərir ki, təmsilçilərimizin uğurları təsadüfi deyil.
Dövlət rəhbərliyi xalqın, böyüməkdə olan nəslin fiziki-mənəvi sağlamlığının təmin olunması naminə idmanın inkişafını diqqətdə saxlamaqla yanaşı, ölkənin idman imicinin daha da yüksəldilməsinə çalışır. Hazırda paytaxtda və bölgələrdə müasir standartlara cavab verən olimpiya idman komplekslərinin fəaliyyət göstərməsi gənclərə, yeniyetmələrə, eyni zamanda, idmançılara yaradılan şəraitin parlaq nümunəsidir. Qazanılan bu uğurlarda güləşçilərimizin payı daha çoxdur. Belə ki, Azərbaycan güləş məktəbinin yetirmələri olan gənc olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi idmançılar sayılırlar.
Belə yarışlardan birində - Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatında idmançılarımız möhtəşəm uğura imza atıblar. Ümumilikdə 16 medal qazanıblar. Bu nəticə medalların sayına görə Avropa çempionatları tarixində Azərbaycan güləşində rekord göstəricidir.
Bu günlərdə Prezidentimiz İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa Çempionatının iştirakçılarını qəbul edib. Dövlət başçısı qeyd edib ki, Avropa Çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər: “İdmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar…Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir”.
Bu günün idmançıları beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar.
İndi yeni olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin inşa olunacağı əsas məkanlardan biri məhz işğaldan azad edilən ərazilər olacaq.Prezident İlham Əliyevin birbaşa diqqəti nəticəsində bu ərazilərdə idmanın inkişafına yeni təkan verən maddi-texniki bazasının yaradılması və möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına imkan verən infrastrukturun qurulması bu sahənin inkişafına mühüm töhfə verəcək. Güləşdən cüdoya, şahmatdan tutmuş müxtəlif digər intellektual və komanda oyunlarına qədər, eləcə də bir çox digər idman növlərində Azərbaycanı layiqincə təmsil edəcək idmançılar nəsli artıq azad olunmuş ərazilərdə də yetişəcək.Dövlət başçısı bildirib ki, biz Qarabağı düşməndən azad edən, o torpaqlarda həyat yaradan, quran xalqıq: “Əlbəttə ki, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır. İndidən federasiyalar, Gənclər və İdman Nazirliyi artıq layihələri təqdim etməlidir. Çünki şəhərlərin Baş planlarında idman qurğularının yerləşməsi nəzərdə tutulur”.
Beləliklə, Bolqarıstandan böyük qələbə ilə qayıdan gənc güləşçilərimiz ölkənin idman tarixinə növbəti şanlı səhifə yazdılar. Şübhəniz ki, bu uğurlar Prezidentimizin idman siyasətinin uğurlu göstəricisidir. Ölkəmizdə idmanın inkişafında da yüksək diqqət və qayğısı üçün ilk növbədə Prezidentimiz cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildirik. Əminəm ki, rəhbərimizin bu sahədə də uğurlu siyasəti ölkəmiz üçün nailiyyətlər qazandıracaq.
Reyhanə İsgəndərova, Xocalı rayon Yaloba kənd tam məktəbin müəllim
Paylaşın:

Xocalı rayonunun Fərrux kəndi

        

       farux kəndi, Xocalı rayonunda, Qarabağ silsiləsində, dağətəyi ərazidə, rayon mərkəzindən 13 km şimalda yerləşir. Kənddə məktəb, klub, kitabxana, rabitə şöbəsi vardı. Əhali əsasən üzümçülük və heyvandarlıqla məşğul olurdu. Bu yaşayış məntəqəsinin əsasını Fa­rux (Fərrux) adlı şəxs qoyduğundan kənd onun adı ilə tanınır. Kəndin yaxınlığında Farux gölü və Farux yeri mikrotoponimləri də qeydə alınmışdır.

        Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

       2022-ci il 27 mart tarixindən Azərbaycan Ordusu Fərrux kəndini düşmən tapdağından azad etmişdir.

Mənbə: "Müqəddəs yurd: Xocalı" kitabına və wikipedia səhifəsinə istinad edilmişdir.

Paylaşın:

Qalib ölkənin qalib komandası

 


        Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı qələbə idmançılarımız üçün motivasiyadır. Azərbaycanda idmanın inkişafı çox düşünülmüş və məqsədyönlü şəkildə təmin edilir. Prezidentimiz İlham Əliyevin məqsədi Azərbaycanda idmanın kütləviliyini təmin etməkdir. Sevindirici haldır ki, bu istiqamətdə yüksək nəticələr əldə olunub. Bu günlərdə Bolqarıstanda keçirilmiş güləş üzrə VII Avropa Çempionatında qalib ölkənin gənc güləşciləri ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandı. Onlardan 7-si qızıl medaldır. Beynəlxalq arenada dəfələrlə bayrağımızın qaldırılması və himnimizin səsləndirilməsi böyük iftixar hissi oyadan bir hadisədir.

17 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə VII Avropa Çempionatının qaliblərini qəbul edərək onları mükafatlandırmış və dövlətimizin başını uca etdikləri üçün onlarla qürur duyduğunu bəyan etmişdir.

 Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılır. Hazırda azad edilmiş şəhərlərimizin baş planlarında Stadionların, İdman Olimpiya kompleksləri və digər idman qurğularının öz əksini tapması Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin idmanın inkişafına nə qədər böyük önəm verdiyinin əyanı sübutudur. Bu il noyabr ayında Azərbaycanda Yunan-Roma güləş növü üzrə Dünya Kuboku keçiriləcək. Bu yarışda idmançılarımıza uğurlar arzu edirik. Arzu edirik ki, gələcəkdə Şuşada, Xankəndində keçiriləcək yarışlarda da idmançılarımız qalib olaraq bayrağımızı zirvələrdə dalğalandırsınlar və dövlət himnimizi qürurla səsləndirsinlər. 

Aynur Bünyatova,

Xocalı rayon sakini

Paylaşın:

Qalib ölkənin qalib idmançılarının gələcək uğurları Qarabağda keçiriləcək yarışlarda da olacaq

         Azərbaycan güləşçiləri Bolqarıstanda tarixi uğura imza atdılar. Martın 7-dən 13-dək Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı keçirildi. İdmançılarımız dünya komandaları arasında birincilik kürsüsünə layiq görüldülər. Qalib ölkənin qalib komandası ilə Prezident İlham Əliyev görüş keçirərək onları təbrik etdi. Ali Baş Komandan bildirdi ki, bundan sonra Qarabağda işğaldan azad edilmiş torpaqlarımızda yeni müasir idman kompleksləri inşa ediləcək. İdmanımızın gələcək uğurları Qarabağda inşa olunmuş idman arenalarında qalib ölkənin qalib idmançılarının qələbə xəbərini dünyaya yayılacaq. Gənclərin dostu Ali Baş Komandanın ətrafında sıx birləşərək hər zaman ölkəmizə dəstək olmalıyıq.

Çünki hər gün Vətən torpağı bir az böyüyür, bir az tamlaşır və bütövləşir. Bu bütövlük  təkcə ərazidə yox, həm də hər bir kəsin baxışında, duruşunda, əzmində, danışığında özünü biruzə verir. Əlbəttə ki, bizim idmançılarımız hər zaman həm ölkə daxilində, həm də ölkə xaricində üç rəngli bayrağımızı idman arenalarında ucaldıblar. Amma bugünkü gün qalib xalq olaraq istər idmanda, istərsə də başqa sahələrdə çox qürurla, fəxarətlə başımızı dik tutaraq gəzə bilirik. Bu qüruru bizlərə yaşadan Cənab Prezidentin dəmir yumruğu və onun ətrafında sıx birləşən xalqımız yaşatdı.

Xaliq Cəfərov,

Xocalı rayon gənci

Paylaşın:

İdmançılarımız Qarabağda keçiriləcək beynəlxalq idman yarışlarında da bizi qürurlandıracaq

       Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan nankor qonşumuz ermənistan özünü təcavüzkar siyasəti üzündən mağmun vəziyyətə salıb. Bütün regional layihələrdən təcrid olunub. Hazırda bu ölkədə siyasi, sosial və iqtisadi böhran fəlakət həddinə çatıb və zaman işğalçıya heç bir uğurlu prespektiv vəd etmir. Ölkəmiz öz qələbəsi ilə, apardığı daxili və xarici siyasət nəticəsində imza atdığı zəfərinin sevincini hələ də yaşamaqddır. Eyni ilə zaman da Azərbaycanın xeyrinə işləməsi aşkar faktdır. Hazırda Qarabağda 11 müxtəlif istiqamətdə avtomobil yolları çəkilir ki, bunların da ümumi uzunluğu 770 km çoxdur. Bölgədə tikilən hava limanları, çəkilən dəmir yolları vasitəsi ilə daşınmalar da həm əhalinin Qarabağa qayıdışına, həm də orada icra olunan iqtisadi layihələrin səmərəliliyinin artmasına xidmət edəcək. Yeri gəlmişkən ölkəmizin reallaşdırdığı bütün nəqliyyat layihələrin, 2023-cü ilə dək Füzuli, Zəngilan və Laçında bir –birinin ardınca açılması nəzərdə tutulan hava limanları, çəkilən avtomobil və dəmir yolları qlobal inteqrasiya proseslərinin də xeyli sürətlənməsinə imkan verəcək. Qlobal baxımdan isə Avropa və  Asiyanın daha sıx iqtisadi inteqrsiyasını təmin edəcək.

      Bu gün Şuşada, Ağdamda, Füzulidə və Qarabağın digər rayonlarında həyata keçirilən bərpa-quruculuq tədbirləri hər kəsdə tükənməz qürur və məmnunluq hissi yaradır. Azərbaycan Prezidenti hələ 2020-ci ilin noyabr ayında həmin ərazilərdə bərpa –quruculuq işlərinin sürətlə aparılması məqsədi ilə Əlaqələndirmə Qərərgahı yaradılması barədə sərəncam imzalamışdır. Həmin qərərgah səmərəli və məqəsədyönlü fəaliyyət göstərir. Onun nəzdindəki idarələrarası mərkəzin tabeliyində isə 10-dan çox işçi qrupu var. Bu qruplar bərpa fəaliyyətinin bütün istiqamətlərini əhatə edir. Həmin lahiyələrin içində ən öndə gedən layihələrdən biri də idman kompleksləridir. Ölkə başçısının hər zaman olduğu kimi gənclərə diqqət və qayğısı Qarabağ quruculuğunda, görülən yenidənqurma bərpa işlərində də diqqət mərkəzindədir. Qarabağa qayıdış layihələrində idman kompleksləri geniş yer almışdır. Cənab Prezidentimizin bölgələrə səfəri zamanı da dönə-dönə vurğulamışdır ki, gənclər hər zaman bizim diqqət mərkəzimizdədir. Gələcəyimiz olan gənclərimizin sağlamlığı bizim üçün çox önəmlidir. Buna görə də gənclərimizdə idmana marağı artırmaq məqəsədi ilə bu sahədə geniş işlər görülməlidir.

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə görüş zamanı çıxışında bildirdi ki, Biz uzun illər - 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarında məğlub edilmiş ölkə kimi təmsil olunurduq. Bunu etiraf etmək nə qədər ağırdırsa, o qədər də sadədir. Yəni, biz həqiqəti olduğu kimi bilməliyik və deməliyik. Bəli, bu məğlubiyyətin səbəbləri var idi, ovaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir. Amma həqiqət o idi ki, torpaqlarımız işğal altında idi və biz sübut etməli idik ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və etdik. Bir daha demək istəyirəm, hesab edirəm ki, o cümlədən idman sahəsində əldə edilmiş uğurlar, bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. Belə də oldu.

        İşğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq idman yarışları baş tutacaq. Ordumuzun qələbəsindən, Cənab Prezidentimizin idmançılara dəstəyindən ruhlanan idmançılarımız bundan sonra da uğurlu nəticələrlə bizləri qürurlandıracaq. Azərbaycan dövləti vətənpərvər, bilikli, yüksək intellektli gənclərlə və güclü idmançılarla daha da parlaq qələbələr əldə etməklə uğurlu səhifələr açacaq.   

Venera Rəsulova,

Xocalı rayon ziyalısı

 

Paylaşın:

Prezident İlham Əliyev Günəş Elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib

 

                               

        15 mart 2022-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələrini qəbul etdi və onlar birlikdə Qaradağ günəş elektrik stansiyasının təməlini qoydu. 230 Vt gücündə olan Qaradağ günəş elektrik stansiyası  həm ölkəmizin enerjiyə olan təlıəbatını ödəyəcək, həm də ixrac imkanlarımızı da genişləndirəcək. Bu layihənin icraçısı dünyaca tanınmış şirkət olan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətidir. Azərbaycan xarici ölkələr üçün sərmayə baxımından çox çəlbedici ölkədir. Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Azərbaycan eyni zamanda xam neft, qaz, neft məhsuları və elektrik enerjisini ixrac edən ölkədir. Biz elektrik enerjisini yalnız təbii mənbələrdə - təbii qaz, su, günəş və külək enerjisi vasitəsi ilə istehsal edirik. Eyni zamanda işğaldan azad olunmuş torpaqlarda da su elektrik stansiyalarının bərpası həyata keçirilib. 2022-ci ildə həmin ərazilərdə daha beş su elektrik stansiyasının qurulması gözlənilir. Qaradağ günəş elektrik stansiyası ildə 0,5 milyard  kvt - saat  enerji istehsal edəcək, bu da təxminən 110 mindən çox  evi işıqlandıracaq və təbii qaza qənaət ediləcək.
                                               Ruhanə Orucova,
Xocalı rayon sakini 

Paylaşın:

Novruz tonqallarını Xocalıda, Xankəndidə də alovlandıracağıq


Hər bir xalqın özünəməxsus adət-ənənələri vardır, bu ənənələr nəsildən-nəsilə ötürülmüşdür. Azərbaycan xalqı da xoşbəxt xalqdır ki, öz adət-ənənəsini yaradıb, dövrün dəyişməsinə baxmayaraq, onu qoruyub saxlamışdır. Novruz bayramı tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdır. Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Ömər Xəyyamın “Novruznaməsində” Novruz bayramı haqqında məlumat verilmişdir. Novruz bayramı baharın gəlişi ilə əlaqələndirilir. Novruz bayramı bütün şərqdə, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Türkmənistanda təntənə ilə qeyd olunur. 2009-cu il sentyabrın 30-da isə Heydər Əliyev fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlə səfiri, Millət Vəkili Mehriban xanım Əliyevanın səyi nəticəsində novruz bayramı YUNESKO tərəfindən maddi mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə BMT-nin 64-cü sesiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz günü elan edimişdir. Qonşu dövlət olan Gürcüstan da Novruz bayramına böyük önəm verir və martın 21-ni qeyri iş günü kimi qeyd edir. Novruz bayramı qabağı dörd çərşənbə qeyd olunur. Su, od, yel və torpaq çərşənbələri. Bu dörd ünsür – su canlı həyata daim lazım olan, od həyatın istiliyi, yel canlı aləmin oyanması, torpaq inkişaf edəcək canlıların həyat mənbəyi kimi ifadə edilir. Novruz bayramı həm də ilin mülayim və isti fəslinə doğru gecə-gündüz bərabərliyinə təsadüf edilir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin növbəti Novruz tonqallarını Xocalıda, Xankəndidə alovlandıracağı gün çox da uzaqda deyil. Yaşasın Azərbaycan xalqı!

 
Azəddin Mehdiyev,

           Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi 

Paylaşın:

Xocalıların arzusu gələn Novruz bayramı tonqalını Xocalıda, Xankəndində alovlandırmaqdır

         Martın 18-də xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində “Yurdumuza bahar gəlir” adlı ümumrayon şənliyi keçirildi. Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı rayon Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə keçirilən Novruz bayramı şənliyində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin kollektivləri, şəhid aiələri, qazilər, "N" saylı hərbi hissənin əsgərləri və rayon ictimaiyyəti iştirak etdilər. 

        Əvvəlcə xalqımızın qədim adət-ənələrini özündə əks etdirən sərgilərə, milli oyunumuz olan dirədöyməyə, xoruz döyüşünə, ipdartma yarışına baxıldı. Yumurta döyüşdürüldü. Süvarilər at üstündə Şanlı Bayrağımızı qaldıraraq dövrə vurdular. Bayram süfrəsi açıldı. Rayonumuzun rəhbəri Şahmar Usubov Vətən müharibəsi qazimiz Əli Hümbətovla birlikdə bayram tonqalını alovlandırdı. 

          Tədbirdə çıxış edən rayonumuzun rəhbəri Şahmar Usubov bildirdi ki, biz Zəfər bayramından sonra ilk dəfə olaraq qələbə əhval-ruhiyyəli Novruz şənliyini qeyd edirik. Tədbir iştirakçılarına, xalqımıza təbriklərini çatdıran Şahmar Usubov millətimizə sevincli günlər arzuladı. Novruz bayramının Azərbaycan xalqının mədəniyyətini, qonaqpərvərliyini bütün dünyaya göstərməkdə xüsusi əhəmiyyət daşıdığını dedi. Bildirdi ki, Azərbaycan xalqı qədim tarixə və yüksək mədəniyyətə malik xalqdır. Novruz bayramında milli ruhumuzu nümayiş etdirir. Azərbaycan xalqının qonaqpərvərliyini, insanlarımızın süfrəsinin hər zaman açıq olduğunu, qədim el adətlərini özündə cəmləşdirir. Novruz bayramı əmin-amanlıq, sülh bayramıdır. 

             Şahmar Usubov fikirlərinə əlavə etdi ki, sovet rejimi dövründə Novruz bayramını təntənəli keçirməyə icazə verilmirdi. Ancaq bu bayramının adət-ənənələri qorunub saxlanıldı. Respublikamız müstəqilliyini əldə etdikdən sonra Novruz bayramı böyük coşqu ilə qeyd edilməyə başladı. 

        Azərbaycan xalqı qonaqpərvər xalqdır. Bizim humanistliyimizdən, qonaqpərvərliyimizdən istifadə edən mənfur düşmənlər torpaqlarımızda yaşamağa başladılar. Sonra da torpaqlarımıza göz dikdilər, bizə faciələr yaşatdılar. Düşmənə İkinci Qarabağ müharibəsində layiqli cavabı verdik. Başımıza gətirilən faciələrin əvəzini çıxdıq. Zəfər çalmış xalqın, ordunun nümayəndələri kimi qürur və fəxr hissi keçiririk. Haqq savaşımızdakı qələbəmizdən sonra qəddimizi dik tutduq, başımız ucaldı. Uzun müddətdir ki, biz qələbə arzulayırdıq. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda bayram tonqallarımız qalanır.  

Bayram şənliyində rayonumuzun mədəniyyət işçiləri - Vüsalə Hümbətova, Flora Cavadova, İsmayıl Məmmədov, Nəsif Quliyev, Ruslan Mustafayev Novruz bayramına aid və milli ruhda bəstələnmiş mahnılar ifa etdilər. 

Xocalı rayon Mədəniyyət Evinin təşkilatçılığı Xocalı şəhər 4 nömrəli tam orta məktəbinin şagirdlərinin hazırladığı milli kompozisiya nümayiş etdirildi. Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin şagirdlərinin iştirakı ilə Qarmon ansamblının ifasında "Bayram axşamlarında" musiqisi və Nağara ansamblının ifasında ritm dinlənildi. 

 Milli geyimlərdə oğlanlar və qızlar rəqs etdilər. Bayramın rəmzlərindən olan Kosa və Keçəl gülməli səhnələrlə öz məharətlərini göstərdilər.

        Xalqımızın ən gözəl bayramlarından biri olan Novruz bayramı şənliyi xoş ovqatla başa çatdı. Bayram şənliyində hər kəsin dilində bu arzu vardı: - İnşallah gələn Novruz bayramında Xocalıda, Xankəndində bayram tonqalı alovlandıraq. 

 
























Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.