Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

31 Mart soyqırımı xalqımızın silinməz tarixi yaddaşıdır

        Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.

      Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

       1918-ci il mart soyqırımları öz amansızlığına  və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, dünya miqyasında belə faciə olmayıb. Faciədə erməni cəlladları uşağa, qocaya baxmadan onlara amansız işgəncələr, qətliamlar törədiblər. Bu faciədə Azərbaycan xalqı ilə yanaşı, rus, ləzgi, talış, avar millətindən olan insanları qılıncdan keçiriblər. Bu qətliamda 10 mindən artıq vətəndaşımız qurban olub. Faciə Azərbaycan demək olar ki, çox bölgəsini əhatə edib.

        Təkcə Şamaxıda baş verən qırğından 7 mindən çox soydaşımız öldürülüb. Onlardan 1653 qadın və 965 uşaqın öldürüldü bildirilir. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

        Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Azərbaycan Respubilkasının Prezdenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərancamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi” nin  yaradılmasına qərar verilmişdi. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sal sahilində inşa edilmişdi. 2013-cüildə sentyabırın 18-də açılışı olmuşdu.

        Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 102 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilib.

 Vüqar İsmayılov,

YAP Xocalı rayon təşkilatının əməkdaşı

 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi