31 Mart soyqırımı - tarixin qanla yazılmış yaddaşı

 


        Ermənilərin Azərbaycan torpaqlarında həyata keçirdikləri terror və cinayətlər saysız-hesabsız insan təlafatı həm xalqımızın, həm də dünya ictimaiyyətinin diqqət mərkəzində duran məsələyə çevrilmişdir. Bu problemin tarixi köklərini bir az araşdırsaq onun lap qədimə gedib çıxdığının şahidi oluruq. Ermənilər mövcudluqlarından başlayaraq tarix boyu öz qonşuları üçün həmişə cinayətkar mövqeyində durublar. Bu etnik toplum Qafqaza gəldikləri ilk vaxtlardan özləri nail ola bilmədiklərini adlarına şıxarmaqla özəlləşdirmiş,bütün Qfqaz üçün əsl bəlaya çevrilmişlər. Bu isə özünü daha kəskin formada – tarixi torpaqlarımıza olan tamahkarlıq, təcavüzkarlıq iddiası ilə biruzə vermişdir. Milli mədəniyyətimizə, tariximizə qarşı olan bu amansızlıq bizim bu mənfur düşmənə olan nifrətimizi daha da qəddarlaşdırdı. Ermənilərin təbiətində olan davakarlıq, təcavüzkarlıq bəlkə də onların tarixi talelərindən irəli gəlmişdir. Həmişə böyük görünmək istəyən bu kiçik xalq tarix boyu dövlətlərin hökmranlığı altında yaşamış, əsl həqiqətdə heç bir müstəqil dövlət yarada bilmədikləri halda, özləirinin xəyal dünyasında böyük erməni dövləti yaratmışlar. Dünya xalqları içərisində öz  nəfisləri ilə seçilən ,bu gözü doymayan ermənilərin istilası həmişə böyük olmuş, yaranmış tarixi şəraitdən  məharətlə istifadə etməyə səy göstərmişlər. Xalqımız əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaqla, doğma torpaqlarımızda soyqırımlar törədildiyini, Ermənistan ərazisinin əslində bizim qədim ata-baba torpaqlarımız olduğunu  rəsmişləşdirməyə çalışmış, ermənilərin müxtəlif tarixi dövrlərdə vaxtaşırı xalqımızın taleyinə qanlı faciəvi hadisələr kimi həkk etdiyi  səhifələri obyektiv şəkildə  yazılmasına çalışmışdır.
          Əlbəttə, öz keçmişini bilməyən xalqın bu günü də,gələcəyi də zamanın sınaqları qarşısında ciddi təhlükə yarada bilər. Odur ki,dünənimizi öyrənmək bu gün bizim üçün uzaq görünən tarixi keçmişimizdə başımıza gətirilənləri doğru düzgün anlayıb dərk etmək, bu günkü istiqlaliyyətimizi qoruyub saxlamaq uğrunda bizə çox gərəkdir.Artıq bu gün tariximizin uzun illər bizlərdən gizli saxlanılmağa çalışılan,saxtalaşdırılmaqla təhrif edilən dövr və hadisələrinin obyektiv mənzərəsini yaratmaq  üçün əlimizdə kifayət qədər imkanlar vardır. İndi  bütün dünya erməniləri və onların havadarlarını çox gözəl tanıyır. Öz dövləti və sərhədləri olmayan ermənilər dağınıq şəkildə bir sıra ölkələrdə yaşayaraq, bütün Qafqazda və Türkiyənin vilayətlərində “Dənizdən-dənizə Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə yaşamışlar. XX əsrdə mərhələlərlə -1905-1907,1918-1948-1953,1988-1993-cü illərdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırım siyasəti nətcəsində xalqımız milli münqişə və məşəqqətlərə məruz qalmışdır. 1724-cü ildə Rus çarı I Pyotrun fərmanında ermənilərə azərbaycan torpaqlarında yerli əhalini qovmaqla bu ərazidə möhkəmlənmək kimi bir sıra imtiyazlar verildi.          
            Çarizmin əli ilə yaradılan erməni azərbaycanlı ziddiyyətlərinin əsası XIX əsrin I yarısında ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə qoyuldu.1828-ci il Türkmənçay müqaviləsinə görə İrandan və Türkiyədən İrəvan xanlığı ərazisinə,Qarabağa Azərbaycanın başqa vilayətlərinə ermənilərin köçürülməsinə başlanıldı.1890-ci ildə təsis edilən “Daşnakstyun” partiyası erməniləri "Böyük Ermənistan" yaratmağa ruhlandırdı. 1905-1906 cı illərdə həyata keçirilən soyqırımdan sonra xalqda milli oyanış gücləndi. Azərbaycana qarşı növbəti məqsədyönlü  soyqırım 1918-ci il 30-31 mart –aprel aylarında törədildi. Uzun illər vətəndaş müharibəsi kimi qiymətləndirilən mart hadisələri həm də ermənipərəst Bakı Sovetinin sonu oldu. 31 mart soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, işgəncələriin ən ağlagəlməz formasının onların üzərində tətbiqi, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən acı, faciəli və dəhşətli səhifələrindəndir. Bakını və Bakı ətrafı bölgələri Türk əhalidən təmizləmək və buraya erməniləri,rusları yerləşdirmək məqsədi ilə erməni daşnakları və bolşevik birləşmələri tərəfindən məqsədli aparılan bu qırğına o vaxtlar Bakı Sovetinin sədri olan Stepan Şaumyan şəxsən rəhbərlik etmişdir. Həmin dövrlərdə Bakıda,Şamaxıda,Qubada və başqa bölgələrimizdə 50 mindən artıq Azərbaycanlı öldürülmüş, yüzlərlə kənd yandırılaraq xarabalığa çevrilmişdir. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı törədilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.                                                
         Davamlı şəkildə törədilən  yeni təxribatlar,günahsız insanların öldürülməsi Azərbaycan üçün qarşıya yalnız bir  gediş qoydu: Düşmənə qarşı əks-həmlə əməliyyatları ilə layiqli cavab verməyin ən düzgün zamanı artıq çatıb! Vaxt itirmədən Azərbaycanın müzəffər ordusu düşmənə elə bir sarsıdıcı zərbələr endirdi ki, döyüş meydanında onlara elə bir dərs  verdi ki, ermənilərin tarixi Qarabağ torpaqlarımızdakı bu 30 illik rahat yaşayışına əbədi son qoyuldu. Bir ovuc Vətən torpağı üçün canımızı fəda etməyə hazır olduğumuzu bütün bəşəriyyətə nümayiş etdirdik. Ali Baş Komandanın rəhbərliyi altında cəncavər əsgərlərimiz əzəli torpaqlarımızı azad  edərək, o torpaqlarda bir daha enməmək üzrə Azərbaycan bayrağını dalğalandırdılar. İnanırıq ki, tez bir zamanda erməni cinayətkarları hər öldürülən azərbaycanlıya görə ədalət kürsüsündə öz layiqli cavablarını alacaqlar və ciddi münaqişəyə səbəb olan bu erməni məsələsi birdəfəlik olaraq kökündən həll oluncaqdır. O zaman bütün əzəli torpaqlarımızda xoşbəxt bir sabahın təməli qoyulacaq!
 
 Xəyalə Məmmədova,
 Xocalı şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi  

 

Yorum Gönder

Daha yeni Daha eski