Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

31 Mart soyqırımının 104-cü ildönümü ilə əlaqədar Xocalı Rayon Mədəniyyət Evində dəyirmi masa keçirildi

31 Mart soyqırımının 104-cü ildönümü ilə əlaqədar Xocalı Rayon Mədəniyyət Evində dəyirmi masa keçirildi. Anım mərasimində Xocalı  Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimai fəallar iştirak etdilər.

Tədbirdən əvvəl Xocalı Rayon MKS-in təşkilatçılığı hazırlanmış 31 Mart - Azərbaycanlıların soyqırımı, Xocalı soyqırımı haqqında və erməni vəhşiliyindən bəhs edən kitablara baxış oldu.

Mədəniyyət Evində davam edən tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Xocalı  Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva ermənilərin mənfur xislətindən danışdı. Bildirdi ki, ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər  bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir.

Mənfur xislətlərini zaman-zaman aşkar edən ermənilər 1992-ci ilin fevralında Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunmuş bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı. Vətən müharibəsində döyüş meydanından qaçan ermənilər dinc əhalinin yaşadığı şəhərlərə raket zərbələri atmaqla faciələr törətdilər. 

 Sonra Xocalı rayon Başkənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Məmmədova geniş məruzə ilə çıxış edərək ermənilərin xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin mahiyyəti və tarixi kökləri barədə danışdı. Bildirdi ki, 1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra da İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan - Naxçıvan - Zəngəzur-Qarabağ istiqamətində və Qazax-Gəncə istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri gələcək Ermənistan dövlətinin əsasını qoymaq istədilər.

Sayları on mindən artıq olan erməni silahlı birləşmələri əvvəlcə Bakıda, sonra İrəvan şəhərində və onun ətraf kəndlərində, Üçkilsə, Şərur - Dərələyəz və Naxçıvan qəzalarında, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax, Tiflis şəhərində kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar. 1917-ci il oktyabr çevrilişi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi “Daşnaksütun “partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik - daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli “və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, artıq gec idi,alova bürünmüş məhəllələrdə ölənlərin sayı - hesabı yox idi. Erməni faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türkdür deyə dərhal qətlə yetirirdilər. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları işgəncələrlə qətlə yetirirdilər. Azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar.

Daha sonra “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Gəncə bölməsinin sədri Aqil Məmmədov çıxışında ictimai birliyin Xocalı soyqırımının tanıdılması, erməni barbarlığının ifşa edilməsi istiqamətində keçirdiyi tədbirlər barədə məlumat verdi. İnformasiya müharibəsində, təbliğat işlərinin aparılmasının fəal olmağımızın vacibliyini vurğuladı. Qeyd etdi ki, ermənilər öz saxta məlumatları, yalanları ilə bütün dünyanı aldatmağa çalışır. Başımıza gətirilən müsibətlərin, soyqırımların unudulmasına yol verməməliyik.  

Sonda "Qan yaddaşımız" adlı sənədli film nümayiş etdirildi.
















Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi