İdmançılarımız Qarabağda keçiriləcək beynəlxalq idman yarışlarında da bizi qürurlandıracaq

       Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan nankor qonşumuz ermənistan özünü təcavüzkar siyasəti üzündən mağmun vəziyyətə salıb. Bütün regional layihələrdən təcrid olunub. Hazırda bu ölkədə siyasi, sosial və iqtisadi böhran fəlakət həddinə çatıb və zaman işğalçıya heç bir uğurlu prespektiv vəd etmir. Ölkəmiz öz qələbəsi ilə, apardığı daxili və xarici siyasət nəticəsində imza atdığı zəfərinin sevincini hələ də yaşamaqddır. Eyni ilə zaman da Azərbaycanın xeyrinə işləməsi aşkar faktdır. Hazırda Qarabağda 11 müxtəlif istiqamətdə avtomobil yolları çəkilir ki, bunların da ümumi uzunluğu 770 km çoxdur. Bölgədə tikilən hava limanları, çəkilən dəmir yolları vasitəsi ilə daşınmalar da həm əhalinin Qarabağa qayıdışına, həm də orada icra olunan iqtisadi layihələrin səmərəliliyinin artmasına xidmət edəcək. Yeri gəlmişkən ölkəmizin reallaşdırdığı bütün nəqliyyat layihələrin, 2023-cü ilə dək Füzuli, Zəngilan və Laçında bir –birinin ardınca açılması nəzərdə tutulan hava limanları, çəkilən avtomobil və dəmir yolları qlobal inteqrasiya proseslərinin də xeyli sürətlənməsinə imkan verəcək. Qlobal baxımdan isə Avropa və  Asiyanın daha sıx iqtisadi inteqrsiyasını təmin edəcək.

      Bu gün Şuşada, Ağdamda, Füzulidə və Qarabağın digər rayonlarında həyata keçirilən bərpa-quruculuq tədbirləri hər kəsdə tükənməz qürur və məmnunluq hissi yaradır. Azərbaycan Prezidenti hələ 2020-ci ilin noyabr ayında həmin ərazilərdə bərpa –quruculuq işlərinin sürətlə aparılması məqsədi ilə Əlaqələndirmə Qərərgahı yaradılması barədə sərəncam imzalamışdır. Həmin qərərgah səmərəli və məqəsədyönlü fəaliyyət göstərir. Onun nəzdindəki idarələrarası mərkəzin tabeliyində isə 10-dan çox işçi qrupu var. Bu qruplar bərpa fəaliyyətinin bütün istiqamətlərini əhatə edir. Həmin lahiyələrin içində ən öndə gedən layihələrdən biri də idman kompleksləridir. Ölkə başçısının hər zaman olduğu kimi gənclərə diqqət və qayğısı Qarabağ quruculuğunda, görülən yenidənqurma bərpa işlərində də diqqət mərkəzindədir. Qarabağa qayıdış layihələrində idman kompleksləri geniş yer almışdır. Cənab Prezidentimizin bölgələrə səfəri zamanı da dönə-dönə vurğulamışdır ki, gənclər hər zaman bizim diqqət mərkəzimizdədir. Gələcəyimiz olan gənclərimizin sağlamlığı bizim üçün çox önəmlidir. Buna görə də gənclərimizdə idmana marağı artırmaq məqəsədi ilə bu sahədə geniş işlər görülməlidir.

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə görüş zamanı çıxışında bildirdi ki, Biz uzun illər - 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarında məğlub edilmiş ölkə kimi təmsil olunurduq. Bunu etiraf etmək nə qədər ağırdırsa, o qədər də sadədir. Yəni, biz həqiqəti olduğu kimi bilməliyik və deməliyik. Bəli, bu məğlubiyyətin səbəbləri var idi, ovaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir. Amma həqiqət o idi ki, torpaqlarımız işğal altında idi və biz sübut etməli idik ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və etdik. Bir daha demək istəyirəm, hesab edirəm ki, o cümlədən idman sahəsində əldə edilmiş uğurlar, bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. Belə də oldu.

        İşğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq idman yarışları baş tutacaq. Ordumuzun qələbəsindən, Cənab Prezidentimizin idmançılara dəstəyindən ruhlanan idmançılarımız bundan sonra da uğurlu nəticələrlə bizləri qürurlandıracaq. Azərbaycan dövləti vətənpərvər, bilikli, yüksək intellektli gənclərlə və güclü idmançılarla daha da parlaq qələbələr əldə etməklə uğurlu səhifələr açacaq.   

Venera Rəsulova,

Xocalı rayon ziyalısı

 

Yorum Gönder

Daha yeni Daha eski