Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalıların arzusu gələn Novruz bayramı tonqalını Xocalıda, Xankəndində alovlandırmaqdır

         Martın 18-də xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində “Yurdumuza bahar gəlir” adlı ümumrayon şənliyi keçirildi. Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı rayon Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə keçirilən Novruz bayramı şənliyində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin kollektivləri, şəhid aiələri, qazilər, "N" saylı hərbi hissənin əsgərləri və rayon ictimaiyyəti iştirak etdilər. 

        Əvvəlcə xalqımızın qədim adət-ənələrini özündə əks etdirən sərgilərə, milli oyunumuz olan dirədöyməyə, xoruz döyüşünə, ipdartma yarışına baxıldı. Yumurta döyüşdürüldü. Süvarilər at üstündə Şanlı Bayrağımızı qaldıraraq dövrə vurdular. Bayram süfrəsi açıldı. Rayonumuzun rəhbəri Şahmar Usubov Vətən müharibəsi qazimiz Əli Hümbətovla birlikdə bayram tonqalını alovlandırdı. 

          Tədbirdə çıxış edən rayonumuzun rəhbəri Şahmar Usubov bildirdi ki, biz Zəfər bayramından sonra ilk dəfə olaraq qələbə əhval-ruhiyyəli Novruz şənliyini qeyd edirik. Tədbir iştirakçılarına, xalqımıza təbriklərini çatdıran Şahmar Usubov millətimizə sevincli günlər arzuladı. Novruz bayramının Azərbaycan xalqının mədəniyyətini, qonaqpərvərliyini bütün dünyaya göstərməkdə xüsusi əhəmiyyət daşıdığını dedi. Bildirdi ki, Azərbaycan xalqı qədim tarixə və yüksək mədəniyyətə malik xalqdır. Novruz bayramında milli ruhumuzu nümayiş etdirir. Azərbaycan xalqının qonaqpərvərliyini, insanlarımızın süfrəsinin hər zaman açıq olduğunu, qədim el adətlərini özündə cəmləşdirir. Novruz bayramı əmin-amanlıq, sülh bayramıdır. 

             Şahmar Usubov fikirlərinə əlavə etdi ki, sovet rejimi dövründə Novruz bayramını təntənəli keçirməyə icazə verilmirdi. Ancaq bu bayramının adət-ənənələri qorunub saxlanıldı. Respublikamız müstəqilliyini əldə etdikdən sonra Novruz bayramı böyük coşqu ilə qeyd edilməyə başladı. 

        Azərbaycan xalqı qonaqpərvər xalqdır. Bizim humanistliyimizdən, qonaqpərvərliyimizdən istifadə edən mənfur düşmənlər torpaqlarımızda yaşamağa başladılar. Sonra da torpaqlarımıza göz dikdilər, bizə faciələr yaşatdılar. Düşmənə İkinci Qarabağ müharibəsində layiqli cavabı verdik. Başımıza gətirilən faciələrin əvəzini çıxdıq. Zəfər çalmış xalqın, ordunun nümayəndələri kimi qürur və fəxr hissi keçiririk. Haqq savaşımızdakı qələbəmizdən sonra qəddimizi dik tutduq, başımız ucaldı. Uzun müddətdir ki, biz qələbə arzulayırdıq. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda bayram tonqallarımız qalanır.  

Bayram şənliyində rayonumuzun mədəniyyət işçiləri - Vüsalə Hümbətova, Flora Cavadova, İsmayıl Məmmədov, Nəsif Quliyev, Ruslan Mustafayev Novruz bayramına aid və milli ruhda bəstələnmiş mahnılar ifa etdilər. 

Xocalı rayon Mədəniyyət Evinin təşkilatçılığı Xocalı şəhər 4 nömrəli tam orta məktəbinin şagirdlərinin hazırladığı milli kompozisiya nümayiş etdirildi. Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin şagirdlərinin iştirakı ilə Qarmon ansamblının ifasında "Bayram axşamlarında" musiqisi və Nağara ansamblının ifasında ritm dinlənildi. 

 Milli geyimlərdə oğlanlar və qızlar rəqs etdilər. Bayramın rəmzlərindən olan Kosa və Keçəl gülməli səhnələrlə öz məharətlərini göstərdilər.

        Xalqımızın ən gözəl bayramlarından biri olan Novruz bayramı şənliyi xoş ovqatla başa çatdı. Bayram şənliyində hər kəsin dilində bu arzu vardı: - İnşallah gələn Novruz bayramında Xocalıda, Xankəndində bayram tonqalı alovlandıraq. 

 
























Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi