Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Novruz tonqallarını Xocalıda, Xankəndidə də alovlandıracağıq


Hər bir xalqın özünəməxsus adət-ənənələri vardır, bu ənənələr nəsildən-nəsilə ötürülmüşdür. Azərbaycan xalqı da xoşbəxt xalqdır ki, öz adət-ənənəsini yaradıb, dövrün dəyişməsinə baxmayaraq, onu qoruyub saxlamışdır. Novruz bayramı tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdır. Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Ömər Xəyyamın “Novruznaməsində” Novruz bayramı haqqında məlumat verilmişdir. Novruz bayramı baharın gəlişi ilə əlaqələndirilir. Novruz bayramı bütün şərqdə, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Türkmənistanda təntənə ilə qeyd olunur. 2009-cu il sentyabrın 30-da isə Heydər Əliyev fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlə səfiri, Millət Vəkili Mehriban xanım Əliyevanın səyi nəticəsində novruz bayramı YUNESKO tərəfindən maddi mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə BMT-nin 64-cü sesiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz günü elan edimişdir. Qonşu dövlət olan Gürcüstan da Novruz bayramına böyük önəm verir və martın 21-ni qeyri iş günü kimi qeyd edir. Novruz bayramı qabağı dörd çərşənbə qeyd olunur. Su, od, yel və torpaq çərşənbələri. Bu dörd ünsür – su canlı həyata daim lazım olan, od həyatın istiliyi, yel canlı aləmin oyanması, torpaq inkişaf edəcək canlıların həyat mənbəyi kimi ifadə edilir. Novruz bayramı həm də ilin mülayim və isti fəslinə doğru gecə-gündüz bərabərliyinə təsadüf edilir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin növbəti Novruz tonqallarını Xocalıda, Xankəndidə alovlandıracağı gün çox da uzaqda deyil. Yaşasın Azərbaycan xalqı!

 
Azəddin Mehdiyev,

           Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi