Azərbaycanın enerji potensialının gücləndirilməsi işində çox böyük addımlar atılır

   
        Ölkəmiz dünyanın, dünyanın, eləcə də regionun enerji ehtiyatları ilə zəngin bölgələrindən biridir. Təbii ehtiyatları bolluğu ölkəmizin iqtisadi cəhətdən inkişafına, əhalinin maddi rifah halının yaxşılaşmasına olduqca güclü təsir edir. Bu baxımdan elektrik enerjisi istehsalı da Azərbaycan iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərməkdədir. Azərbaycan elektrik enerjisi istehsal etməklə həm öz əhalisini tam təmin edir, həm də xaricə satmaqla gəlir əldə edir. Martın 15-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Qaradağ Günəş elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Məlumdur ki, indiyə qədər məhz ölkə prezidenti Cənab İlham Əliyevin birbaşa təşəbbüsü və iştirakı ilə bir çox enerji layihələri həyata keçirilmişdir. Bunlardan indiyə qədər inşa edilmiş və ya inşasına başlanılmış istilik, külək və su elektrik stansiyalarını qeyd etmək olar. Təməli qoyulan Günəş elektrik stansiyası isə son vaxtlar təməli qoyulan ən böyük layihələrdən biridir. Prezident İlham Əliyev Qaradağ "Günəş" elektrik stansiyasının təməlqoyma mərasimində çıxış etmişdir. O, qeyd etmişdir ki, ölkəmizin yerləşdiyi məkan bu kimi iri layihələrin həyata keçirilməsi üçün olduqca əlverişlidir. Dağ çaylarının mövcudluğu, Abşeron yarımadasında ilin çox hissəsinin küləkli keçməsi, günəşli günlərin çoxluğu ,eləcə də karbohidrogen ehtiyatlarının bolluğu Azərbaycanda su, külək, günəş və istilik elektrik stansiyasının yaradılması üçün münbit şərait yaradır. Biz də sözsüz ki, bu imkanlardan istifadə etmək əlimizdən gələni edirik. Baxmayaraq ki, elektrik enerjisinə olan tələbatımız tam ödənir və əlavə olaraq xaricə də elektrik enerjisi ixrac edirik, yaranmış hazırkı vəziyyət bizdən yeni enerji qaynaqları yaratmağı tələb edir. Məlumdur ki, 2020-ci ilin sentyabr ayında başlanmış və rəşadətli ordumuz tərəfindən qələbə ilə sonlandırılmış 44 günlük Vətən mühribəsi zamanı işğal altındakı torpaqlarımızı düşməndən azad etmişik. Vaxtilə oradan qovulmuş insanları öz yerlərinə qaytarmaq üçün ilk növbədə sürətlə oradakı infrastrukturu bərpa etməliyik. Həmin ərazilərin elektrik enerjisi ilə təminatı yaranacaq infrastrukturun tərkib hissələrindən biridir. Bunun üçün əlavə elektrik enerjisinə ehtiyac yaranır ki, biz də bu ehtiyacların ödənilməsi üçün bu cür iri enerji layihələrini həyata keçiririk. Ölkə başçısı əlavə etdi ki, vəhşi ermənilər təkcə Laçın və Kəlbəcər rayonları ərazisində 20-dən çox su elektrik stansiyasını dağıtmışlar. Sözsüz ki, biz həmin elektrik stansiyalarını da bərpa edəcəyik. Göründüyü kimi biz işğaldan azad edilmiş torpaqlarda quruculuq - bərpa işləri ilə bərabər, bu kimi iri layihələri də həyata keçirtməkdə davam edirik. Hazırkı durumda bu layihələrin işlənməsi ölkə iqtisadiyyatının güclənməsinə xidmət edir. Hesab edirəm ki, biz doğru yoldayıq və bunu xalqın bizi dəstəkləməsi sübut edir. Bizlər də hiss edirik ki, ölkə başçımızın apardığı uğurlu və çoxşaxəli iqtisadi siyasət ölkənin iqtisadi qüdrəti nin möhkəmlənməsinə , ümumilikdə Azərbaycan xalqının maddi rifah halının yaxşılaşmasına gətirib çıxaracaqdır. Pandemiya dövrünün çətinliklərinə sinə gərmiş, bununla paralel olaraq 44 günlük Vətən müharibəsini zəfərlə başa çatdırmış, düşməni diz çökdürmüş, şəhidlər vermiş Azərbaycanın iqtisadi cəhətdən inkişaf etməsi, möhkəmlənməsi hər bir Azərbaycanlını qürurlandıran ən başlıca amillərdən biridir. Bu yerdə Ümummilli Liderimiz Heydər Əliyevin gözəl bir kəlamını xatırlamaq yerinə düşərdi: "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!"

     Ələddin Əhmədov,

     Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi


Yorum Gönder

Daha yeni Daha eski