Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb

 


      Cənab Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Bu görüşdə həm də Respublikanın birinci xanımı Mehriban xanım Əliyeva da iştirak edib. TASS agentliyinin Baş direktoru Sergey Mixayılov öncə qonaqları salamladı. Daha sonra Prezident 

İlham Əliyevə öz minnətdarlığını bildirdi və onun həmişə ən əziz qonaq olduğunu qeyd etdi. 

Prezident İlham Əliyev də bu görüşə dəvət aldığı üçün TASS rəhbərliyinə təşəkkür etdi. Cənab Prezidentimiz Rusiya ilə Azərbaycan arasında çoxsaylı sənədlərin imzalandığını qeyd etdi. 30 ildən sonra bir müttəfiqlik səviyyəsinə çatmağı, bunu rəsmən təsbit etdiyimizi də vurğuladı. 

        Görüş zamanı Cənab Prezident İlham Əliyevə bir çox suallar ünvanlandı. Cənab Prezident Rusiya ilə Azərbaycan arasında imzalanan bəyənnamənim müqavilədən də yüksəkdə olduğunu, bundan yüksək formatın praktiki olaraq olmadığını, dövlətlərarası münasibətlərdə aysberqin zirvəsi kimi qiymətləndirdi. 

        Cənab Prezidentimiz Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı fəaliyyətə başlanıldığını, artıq neçə ildir ki, dialoq üzrə tərəfdaş olduğumuzu da qeyd etdi. Görüşdə Sergey Mixayılov Cənab Prezidentə müharibə dövründə verdiyi müsahibələrin sayı misli görünməmiş dərəcədə çox olduğunu dedi. İlham Əliyev cənabları da bu müsahibələri TASS agentliyinin vasitəsilə həyata keçirdiyi üçün agentliyə minnətdarlığını bildirdi. 

        Görüşün sonunda Mixail Qusman İlham Əliyev cənablarına yaxınlarda qeyd edilən yubileyi ilə bağlı Cənab Prezidentin TASS lentlərində və fotoxronikasında olan 32 mindən çox məlumat və 400-ə yaxın fotoşəkil olan prezidentlik dövrünün arxivini xatirə hədiyyəsi olaraq təqdim etdi. 

Məqaləni hazırladı Şahsuvar Hümbətov,

Xocalı Rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Yorum Gönder

Daha yeni Daha eski