Qan yaddaşımız - 31 Mart soyqırımı

​        1998-ci il mart ayının 26-da Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların Soyqırımı" haqqında imzaladığı fərmanla 31 mart Azərbaycanda dövlət səviyyəsində soyqırım günü kimi qeyd edilir.
        Ermənilərin türk dünyasına qarşı soyqırımları 200 ilə yaxındır ki davam edir. 1813-cü il​ Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycan torpaqları Rusiya və Qacarlar dövləti tərəfindən isğal olundu. Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən ermənilər başqa dövlətlərdən köçürülərək Azərbaycanda, xüsusilə də Naxçıvan, Qarabag və İrəvan ərazilərində yerləsdirildi. Rusiya öz planlarını həyata keçirmək ücün həmişə ermənilərin "xidmətlərindən" istifadə edib. Ona görə də ermənilər Rusiyanın marağında olub və indi də olmaqdadır.
        Ermənilər də tarix boyu "Böyük Ermənistan" yaratmaq arzusu ilə Rusiya imperiyasına arxalanıblar. Əgər belə olmasaydı 1905-1906-cı il qırğınları olmazdı. Əgər belə olmasaydı 1918-ci il 31 mart soyqırımı baş verməzdi. 1920-ci illərdə tarixi torpaqlarımız, Zəngəzur Ermənistana verilməzdi. 1948-1953-cü illərdə azərbaycanlıların öz ata-baba torpaqlarından deportasiyası baş verməzdi. 1988-ci ildə Qərbi Azərbaycan torpaqlarından azərbaycanlılar zorla çıxarılmazdı. 1992-ci il Xocalı faciəsi bas verməzdi. Əgər belə olmasaydı torpaqlarımızın 20%-i işğal olunmazdı. Minlərlə azərbaycanlı öz doğma evindən, eşiyindən zorla çıxarılaraq qaçqın, köckün adı daşımazdı.
          Mart qırğınları da Azərbaycan tarixinin qanlı və unudulmaz səhifələrindən biridir. 1918-ci ilin ilk aylarından başlayaraq ermənilər Bakı quberniyasında yasayan azərbaycanlıların məhv edilməsi məqsədini güdən cinayətkar planı gerçəkləşdirməyə başladılar. Martın 30-da ermənilər öz məkrli planlarını həyata keçirmək üçün dinc əhaliyə atəş açdılar. Martın 31-də azərbaycanlıların yaşadıqları "Kərpicxana" və "Məmmədli" məhəllələrinə erməni daşnak dəstələri hücum etdilər. Rusiya tərəfindən göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan digər məhəllələri bombalamağa başladılar. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxularaq dinc, əliyalın insanları öldürür, onları xəncər və süngü ilə doğrayır, usaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib istədiklərinə nail olmaq ücün hər cür vəhşiliyə əl atan bolşevik erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Mart soyqırımı nəticəsində 3 gün ərzində 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Bolşevik daşnak birləşmələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını yandırmış, "Təzəpir" məscidinin minarəsini top atəsi ilə zədələmisdilər. Bakıdan basqa Samaxı, Quba, Qarabag, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncədə də azərbaycan xalqına qarşı soyqırımları davam etdirdilər. Səhər və kəndlər yandırıldı. Milli mədəniyyət abidələri dağıdılaraq məhv edildi.
       Erməni bolşevik silahlı dəstələrini 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 yanvar 2018-ci ildə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncam imzalamışdı.
​         Dinc əhaliyə qarsı münasibətdə ermənilərin xisləti bu gün də dəyisməyib
Onlar yenə də alçaq niyyətlərindən əl cəkməyiblər. 2020-ci ilin sentyabrında başlayan II Qarabağ müharibəsində Şanlı Azərbaycan Ordusunun döyüş meydanındakı həmlələrinə cavab verməkdə acizlik çəkən ermənilər müharibə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Mingəcevir, Tər-tər şəhərlərini hədəfə alırdılar.
​          Bütün bunlar ermənilərin əsl üzünü bütün dünyaya göstərdi və 1918-ci ildən fərqli olaraq KİV-in imkanları ilə erməni xislətinin həqiqi siması dünya ictimaiyyətinə çatdırıldı.
Reyhan​ Əliyeva,
Xocalı rayon​ Cəmilli kənd orta məktəbin müəllim

Yorum Gönder

Daha yeni Daha eski