Şahmar Usubov Oğuz rayonunun "Azərbaycan-60" qəsəbəsində səyyar qəbul - görüş keçirdi

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin mart ayında yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, 17 mart 2022-ci il tarixdə Oğuz rayonunun "Azərbaycan-60" qəsəbəsində müvəqqəti məskunlaşmış əsasən Xocalı rayonunun Kosalar kəndindən olan sakinlərlə səyyar qəbul - görüş keçirdi. Səyyar qəbul - görüşdə rayonunun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və sakinlər iştirak etdilər. 

Səyyar qəbul - görüşdə vətəndaşları salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov pandemiya səbəbindən uzun müddətdir görüşlərin təxirə salındığını diqqətə çatdıraraq sakinlərə səmimi ürək sözlərini, Novruz bayramı təbrikini çatdırdı. Şahmar Usubov çıxışında ölkəmizin son zamanlarda əldə etdiyi nailiyyətlərdən, Cənab Prezidentimizin apardığı uğurlu və xarici siyasətdən, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun Şanlı qələbəsindən, xalqımızın həmrəyliyindən söz açdı. Bildirdi ki, pandemiya şəraitində yaşamağımıza baxmayaraq, ölkəmizdə heç bir sosial layihə təxirə salınmadı, iqtisadi inkişafımız artmaqda davam etdi. Bu da ölkə başçısının uzaqgörən siyasətinin, qətiyyətinin nəticəsidir. Azərbaycan həm döyüş meydanında, həm iqtisadi sahədə, həm də diplomatik müstəvidə böyük uğurlara imza atmaqla öz nüfuzunu gündən-günə artırmaqdadır. 

Sonra Xocalı rayon Qaragav kənd tam orta məktəbinin direktoru Aydın Əliyev qəsəbə sakinlərini narahat edən ümumi məsələlər haqqında məlumat verdi. Bildirdi ki, qəsəbə sakinlərinin əsas problemləri yaz-yay aylarında öz mal-qarasını örüşə aparmaları üçün icazə alınmasına və gənclərimizin işlə təmin olunmasına kömək olunmasıdır. 

Sonda problemi olan vətəndaşlar fərdi şəkildə qəbul edildi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürüldü.

Görüş zamanı vətəndaşlar onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. 

Qeyd edək ki, səyyar görüş-qəbulda 42 nəfər sakin iştirak etdi.

 


Yorum Gönder

Daha yeni Daha eski