Sankt-Peterburq şəhərində “Xocalı Genosidinə Ədalətli Baxış” layihəsi mövzusunda tədbir keçirilmişdir

  Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsinin 30-cu ildönümü ilə bağlı, 28 yanvar 2022-ci il tarixli Sərəncam imzalamışdır. Bir çox xarici ölkələrdə də Xocalı  soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək”  İctimai Birliyi və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 26 fevral 2022-ci il tarixində Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional ictimai təşkilatı və Sankt-Peterburqdakı “Çinar”Azərbaycan Mədəni Maarif Mərkəzinin təşkilatçılığı ilə birgə, Sankt-Peterburq şəhərinin Çernışevski küçəsi 11 ünvanında yerləşən, Rusiya otelnin Ekatiriniski konfrans zalında “Xocalı Genosidinə - Ədalətli Baxış” mövzusunda tədbir keçirilmişdir. İlk öncə Azərbaycanın dövlət himni səsləndirilmiş və Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Xocalı faciəsini əks etdirən qısa metrajlı tarixi video film göstərilmişdir.Tədbiri giriş sözü ilə açan Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional ictimai təşkilatının sədr müavini Könül Abbasova, Xocali faciəsi barədə ətraflı məlumat verdi. Daha sonra çıxış ücün söz “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin  prezidenti və “Xocalı Genosidinə - Ədalətli Baxış” layihəsinin rəhbəri, politoloq Tofiq Əli-zadəyə verildi. T.Əli-zadə layihə barədə danışarkən bildirdi ki, layihənin əsas məqsədi Xocalı Genosidi barədə xaricdəki soydaşlarımıza geniş məlumat vermək və Xocalı Genosidi zamanı ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər barədə, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan soydaşlarımıza və yerli ictimaiyyət numayəndələrinə məlumat verməkdir. Deyildi ki, son illərdə də haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsəd yönlü fəaliyyət göstərilmişdir. Xocalı soyqırımından törədilməsindən 30 il keçməsinə baxmayaraq, gec-tez bütün qatillər layiqli cəzalarını alacaqlar. Xocalı soyqırımının əsl mahiyyəti ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra açıldı və Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyi diqqətə çatdırıldı. Çıxışlarda Sankt-Peterburqdakı “Çinar” Azərbaycan Mədəni Maarif Mərkəzinin təsisçisi və sədri, Xeyransa Mirzoyeva bildirdi ki, ermənilər hələ 1918-ci ildə də bizlərə qarşı qətilllər törədmişlər və bu gün Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından artıq, 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdu. Sankt-Peterburqdakı “Çinar” Azərbaycan Mədəni Maarif Mərkəzinin həm  təsisçisi və sədr müavini Ülviyyə Abbasova da cıxışı zamanı söylədi ki, Xocalı soyqırımı zamanı məhz onlar azərbaycanlı olduqlarına görə, ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Daha sonra Sankt-Peterburqda yaşayan məktəb şagirdləri Xocalıya aid kompozisiya ifa etdiləri. Tədbirdə Azərbaycanın Sank-Peterburqdakı konsulluğunun əməkdaşı Rəhim Rəhimzadə, Rusiya Sankt-Peterburq Azərbaycanlıları konqresinin sədri, ictimai elmlər akademiyasınım akademiki, fəlsəfə doktoru, professor Heydər İmanov, Sankt-Peterburqda kı, Naxcıvan cəmiyyətinin sədr müavini Məmməd Məmmədov, ictimai fəallar Fizuli Cavadzadə, Azad Abbasov çıxışlarında qeyd etdilər ki, Xocalı soyqırımının  bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdi. Xocalı Genosidinə hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.Azərbaycan xalqı heç bir vaxt Xocalı Genosidini unutmamalıdır. Sonda Tofiq Əli-zadə bu tədbirin keçirilməsində və təşkilatı məsələlərdə yaxından köməklik göstərdiklərinə görə, “Çinar”Azərbaycan Mədəni Maarif Mərkəzinin təsisçisi və sədri Xeyransa Mirzoyeva, Çinar”Azərbaycan Mədəni Maarif Mərkəzinin sədr müavini Ülviyyə Abbasova, Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional ictimai təşkilatının sədr müavini Könül Abbasova və diaspora fəalı olan Füzuli Cavadzadə, Dünya Azərbaycanlılarının Həmrəyliyi sahəsində göstərdikləri xidmətlərə görə, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin Fəxri Fərmanla təltif olundular.















 

Yorum Gönder

Daha yeni Daha eski