Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Vətən müharibəsi iştirakçısı Dövlət Qulluğu imtahanında uğur qazanaraq rayonumuzda işlə təmin olunub

         Vətən müharibəsində adını Şanlı Zəfər tariximizə yazdıran igid oğullardan biri də Abdullayev Elmin Elman oğludur. Elmin Abdullayev 1995-ci il dekabr ayının 1-də Gəncə şəhər Kəpəz rayon Hacıkənd qəsəbəsində anadan olub. Əslən Xocalı rayonunun Kosalar kəndindədir. Orta təhsilini 2003-2014-cü illərdə Kosalar kənd tam orta məktəbində alıb. Elmin orta təhsilini bitirdikdən sonra ali məktəbə sənəd verərək Azərbaycan Dövlət Aqrar Universetinin Mühasibat uçotu və audit ixtisasına qəbul olub. 2018-2019-cu illərdə Ağcabədidə yerləşən "N" saylı hərbi hissədə kəşfiyyat bölüyündə xidmət edib. Nümunəvi xidmətinə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif edilib. 

        Vətənpərvər gənc olan Elmin Tovuz döyüşlərindən sonra Vətənin ağır günündə gözlənilən döyüşlərə qatılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinə müraciət edib. Nəhayət, Elmin Abdullayevin gözlədiyi gün yetişir. O, 2020-ci ilin sentyabr ayının 21-dən döyüş əməliyyatlarında iştirak etmək üçün hərbi hissəyə çağırılır. İlk günlərdən şücaəti, qorxmazlığı ilə seçilən Elmin Abdullayev Tərtər, Talış, Suqovuşan və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda şərəfli döyüş yolu keçib. 

        Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş əsgər Abdullayev Elmin Elman oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 

      Atalar yaxşı deyib ki, ot öz kökü üstə bitər. Elminin atası Elman Abdullayev Xocalı rayon Kosalar kəndinin, ətraf kəndlərin müdafəisi uğrunda, eləcə də Ağdərə uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlərinə, igidliklərinə görə daim el arasında böyük hörmət və rəğbətlə qarşılanır. Elmin və onun kimi minlərlə gəncimiz Vətən müharibəsində öz qorxmazlığı, torpağa bağlılığı ilə qəhrəman oğullardan nümunə götürərək döyüşkən bir xalqın ruhunu, əzmini layiqincə davam etdirdiklərini sübuta yetirdilər. 

        Elmin düzgünlük, etibarlılıq, mərdlik kimi xüsusiyyətləri özündə daşıyır. Elminə 2 il dərs demiş müəllim olaraq onun davranışından, dərslərinə hazırlığından çox razı qalmışam. O, vətənpərvər, mədəni və savadlı gənclərimizdən biridir. 

        Elmin Abdullayev yüksək intellekti və savadı nəticəsində Dövlət Qulluğu imtahanında uğur qazanaraq Xocalı rayon Gənclər və İdman İdarəsində baş məsləhətçi vəzifəsinə təyinat alıb. Bu münasibətlə onu təbrik edir, gələcək işlərində nailiyyətlər arzulayırıq. 

        Səninlə fəxr edirik, Vətən oğlu!

                                                                                                                                            Qalib Quliyev,

Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri







Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi