Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Milli dəyərlərə bağlı vətənpərvər işgüzar xanım

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyi olaraq Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbir təşkil niyyətində idik. Bu məsələrlə bağlı mən tez-tez Sankt- Peterburqdakı təşkilatlarla əlaqələr saxlayırdım. Belə təşkilatlardan biri də Sankt-Peterburq şəhərindəki “Çinar” Azərbaycan Mədəni-Maarif Mərkəzi idi. Bu mərkəzin rəhbəri, ürəyi daim Azərbaycanla olan Xeyransa Mirzəyeva, sədr müavini isə Ülviyyə Abbasovadır. Tədbirin təşkil edilməsi üçün Ülviyyə xanımla online əlaqələr saxlayır, Xocalı soyqırımı ilə bağlı tədbirin təşkili məsələləri ilə bağlı öz fikirlərimi, təkliflərimi bildirirdim. Ülviyyə xanım isə mənim narahatlığımı anlayır və tədbirin yaxşı keçəyəyini bildirirdi. Onun səhhətində problemlərin olmasına baxmayaraq, 26 fevral 2022-ci il tarixdə Sankt-Peterburq şəhərində Xocalı soyqırımının 30-cı ildönümü ilə əlaqədar yüksək səviyyədə tədbir təşkil olundu.

Azərbaycansevər, ziyalı xanım olan Ülviyyə Abbasova 1977-ci ildə Bakının Balaxanı qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Balaxanı qəsəbəsi 4 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışmışdır. 2003-cü ildə ailə həyatı quraraq Rusiyanın Sankt-Peterburq şəhərinə köçmüşdür. Sankt-Peterburq şəhərində ixtisasdəyişmə üzrə təhsil alaraq orta məktəbdə ibtidai sinif müəllimi təhsilinə yiyələnmişdir. Hal-hazırda Sankt-Peterburq şəhərində 104 saylı şəhər orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışır. 2013-cü ildə Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Sankt-Peterburq şəhəri Azərbaycanlıların Milli Muxtariyyətində bazar günü məktəbində Azərbaycan dili və tarixini tədris etmişdir. Sankt-Peterburqda 24 ildir fəaliyyət göstərən “Çinar” vokal - xoreoqrafik ansambın fəaliyyətində ansambılın bədii rəhbəri kimi Xeyransa xanımın böyük təsiri olmuşdur. Ülviyyə xanım ansambılla birgə Sankt-Peterburq şəhərində təşkil olunmuş tədbirlərdə fəal iştirak edir, bir sıra tədbirlərin bilavasitə təşkilatçısıdır. “Çinar” vokal-xoreoqrafik ansamblının 24 illik səhnə fəaliyyəti ilə bağlı 2018-cildə keçirilmiş konsertin bilavasitə təşkilatşısı və ssenari müəllifidir.  “Çinar” vokal-xoreqorafik ansamblının bədii rəhbəri Xeyransa xanım Mirzoyeva 2021-ci ildə “Çinar” ansamblın fəaliyyətini genişləndirərək onu Milli-Mədəni Mərkəzə çevirmək ideyası və  Ülviyyə xanıma Mərkəzin həmtəsisçisi və sədr müavini olması təklifi ilə müraciət etmişdir. Ülviyyə xanım təklifi böyük məmnuniyyətlə qəbul etmişdir.  2021-ci il aprel ayından Sankt-Peterburq şəhərində “Çinar” Azərbaycan Milli-Mədəni Mərkəzi Rusiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək fəaliyyət göstərir. Mərkəz yarandığı gündən etibarən şəhərin ictimai həyatında fəal iştirak edir. 2021-ci ildən Beynəlxalq Qadınlar Cəmiyyətinin Sankt-Peterburq Şöbəsinin və Sankt-Peterburq Yaradıcılar İttifaqının üzvüdür.

Onu da qeyd etmək istərdik ki, Ülviyyə Abbasova Rusiyanın Sankt-Peterburq şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı keçirilən “Xocalı Genosidinə Ədalətli Baxış” adlı tədbirin fəal təşkili və Dünya Azərbaycanlılarının Həmrəyliyi sahəsində göstərdikləri xidmətlərə görə, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək”  İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif olundu.

Tofiq Əli-zadə.

“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək”  İctimai Birliyinin sədri 

 





 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi