Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbində Torpaq çərşənbəsi qeyd edilib

        Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbində 15 mart 2022-ci il tarixində Novruz çərşənbələrinin sonuncusu, xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə"də adlandırılan Torpaq çərşənbəsi qeyd edilib.

        Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Ziya Aşırov, məktəbin pedaoqji kollektivi, şagirdlər və dəvət olunmuş qonaqlar iştirak ediblər.

       Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

       Sonra tədbiri açıq elan edən Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Ziya Aşırov çıxış edərək tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, XXI əsrdə yaşasaq da, milli adət və ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq. Min illərdi ki, xalqımız baharın, yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadır və bundan sonra da yaşayacaqdır.

        Tədbir zamanı məktəbin şagirdlərindən ibarət xor kollektivi, məktəbin xalq çalğı alətləri şöbəsindən qarmon ansamblı, məktəbdə fortepiano ixtisası üzrə təhsil alan birinci sinif şagirdlərindən ibarət “Ağ çiçəyim” rəqsi, xalq çalğı alətləri şöbəsinin şagirdlərinin çıxışı ilə nağara ritm qrupu və məktəbin şagirdlərindən ibarət fləşmob nümayiş etdirilib.















Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi