YAP Xocalı rayon təşkilatı sədrinin Novruz bayramı təbriki

Ulu Öndərimiz Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik” deyimi artıq reallığa çevrildi.

Ulu Öndərimiz Heydər Əliyev dünya miqyaslı siyasi xadim, təcrübəli və qətiyyətli dövlət rəhbəri olmaqla yanaşı, milli və mənəvi dəyərlərimizə bağlı, xalqını sevən və xalqımız tərəfindən sevilən fenomen şəxsiyyət idi. İstər 1969-1982-ci illərdə, istərsə də 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə iqdisadi, sosial, siyasi, hərbi və diğər sahələrlə yanaşı, milli və mənəvi dəyərlərimizə olduqca həssaslıqla yanaşaraq, milli bayramlarımızın, o cümlədən əsrlərdən bəri xalqımızın qan yaddaşlarından süzülüb gələn Novruz bayramının ən yüksək səviyyədə qeyd edilməsinə xüsusi həssaslıq nümayiş etdirmiş və hər il Novruz şənliklərinin iştirakçısı olmuş, özünün şən zarafatları ilə xalqımızın ovqatını yüksəldərək milli köklərimizə bağlılığımızı artırmağa nail olmuşdur. Ulu Öndərimiz Heydər Əliyev olduqca zəhmli və ciddi dövlət xadimi olmasına baxmayaraq, xalqla təmasını heç vaxt kəsməmiş, açıq xalq kütlələrinin içərisində olmağı, onları dinləməyi, xalqımızın bəd günündə, də şad günündə də bir arada olmağı bacaran nadir dövlət rəhbərlərindən biri kimi daim insanların hafizəsində nurlu bir şəxsiyyət kimi yaşayacaqdır. Ulu Öndərimizin müqəddəs ruhu qarşısında baş əyir, məkanı cənnət olsun deyirəm.

Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə, xalqımızın təkidli tələbi ilə o dövrkü siyasi hakimiyyətin yarıtmaz fəalliyyəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin yarandığı,vətandaş müharibəsinin reallığa çevrildiyi bir dönəmdə xalqımızı və dövlətimizi düçar edildiyi bəlalardan xilas etmək üçün gəldi və qısa müddətdə özünün qətiyyəti, böyük dövlətçilik təcrübəsi, beynalxalq aləmdə malik olduğu nüfuzu və xalqla birliyi sayəsində qeyd olunan təhlükələri aradan qaldıra bildi.

Xalqınmızın tarixinə qanlı həriflərlə yazılmış 20 Yanvar faciəsinə və Xocalı soyqırımına parlament səviyyəsində hüquqi-siyasi qiymət verilməsinə nail oldu. Millətimizin “mənəvi şikəst” olmuş övladları olan qaçqın və məcburi köçkünləri respubilkanın bir nömrəli vətandaşı səviyyəsinə yüksəltməklə həmin insanlara münasibəti kökündən dəyişdi, vaxtaşırı onlarla görüşdü, dərdlərinə şərik oldu, qayğılarını dinlədi, imkan daxilində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair qərarlar qəbul etdi. Azərbaycan həqiqətlərini, ermənilərin işğalçılıq siyasəti haqqında həqiqətləri dünyaya çatdırmaq üçün Azərbaycana səfərə gəlmiş bütün xarici dövlətlərin nümayəndələri ilə qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə görüşləri təşkil etdi.

Respubilkada mövcud olan ictimai-siyasi və hərbi vəziyyətlə bağlı gərgin iş rejiminə baxmayaraq, Ulu Öndərimiz 1994-cü ildə Novruz bayramını Xocalıdan olan hər iki valideynlərini itirmiş 25 uşaqla, Qurban bayramını isə, “Qızıl-qum” sanatoriyasında müvvəqəti məskunlaşmış Xocalı rayonundan olan məcburi köçkünlərlə birlikdə keçirdi.

Milli bayramlarımızın işğal altında olan qədim yurd yerlərimizdə keçiriləcəyini əminliklə ifadə etməklə, Ulu Öndərimiz xalqımızın gələcəyə olan inamını artırmaqla ruh düşkünlüyündən xilas etməyə yönəlik siyasət aparırdı və apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın işğaldan azad edəcəyinə əmin idi. Məhz bu səbəbdən “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o bir il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda,  Fizulidə,  Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyə qeyd edirdi. Ulu Öndərimiz Heydər Əliyevin zamanında dedikləri artıq reallıqdır.

Ulu Öndərimiz Heydər Əliyevin müyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Cənab Prezdentimiz İlham Əliyevin bütün sahələrdə, o cümlədən ordu quruculuğunda apardığı ardıcıl siyasət, xalq-iqtidar birliyi milli arzu və isdəklərimizi 44 günlük Vətən müharibəsi nəticəsində reallaşdırıldı. Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin olundu və xalqımızın zədələnmiş milli qururu bərpa edildi. Xalqımız diğər tədbirlərlə yanaşı milli bayramımızı, o cümlədən Novruz bayramın Şuşada və diğər işğaldan azad olunmuş ərazilərdə qeyd edilir. Artıq ikinci Novruz tonqalları işğaldan azad edilmiş ərazilərdə qalanır. Əminəm ki, bir daha Vətənimizin heç bir yerində Novruz tonqalları sönməyəcək. İlbəil bu tonqalların sayı artacaq və alovu daha yüksəklərə ucalacaq.

Xalqımıza bu sevincli anları və illəri yaşadan Cənab Prezdentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla bütün xalqımızı İlaxır çərşənbəsi və Novruz bayramı münasibətlə təbrik edir, uca millətimizə daim bayramlar içərisində yaşamağı arzulayıram.

Novruz Bayramımız Mübarək!







         
        
 Vahid ƏLİYEV,

YAP Xocalı rayon təşkilatının sədri

 


Yorum Gönder

Daha yeni Daha eski