Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Aşağı Ağcakənd qəsəbəsində səyyar qəbul-görüş keçirildi

        Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin aprel ayında keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, aprel ayının 28-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində kompakt şəkildə müvəqqəti məskunlaşmış Xocalı şəhər sakinləri ilə səyyar qəbul-görüş keçirdi. Görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və sakinlər iştirak etdilər. 

       Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək son illərdə respublikamızın o cümlədən Xocalı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə şəhər sakinlərinə məlumat verdi.

      Səyyar qəbulda səsləndirilən müraciətlər əsasən işlə təminolunma, qəsəbədaxili küçələrin işıqlandırılması, I Qarabağ müharibəsinə iştirak etmiş şəxsə veteran vəsiqəsinin verilməsinə köməklik və digər məsələlər barədə oldu. 

      İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. 








Paylaşın:

Azərbaycan daha da güclənəcək

 


      Aprelin 12-də ölkə başçısı İlham Əliyev cənablarının sədrliyi ilə ilin 1-ci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə çıxış edən ölkə başçısı ilin arxada qalan 3 ayı haqda danışaraq görülmüş işlər barədə geniş məlumat vermişdir. Eyni zamanda Cənab Prezident ilin sonuna qədər qarşıya qoyulan planlar və onların həlli yollarını müzakirə etmişdir. Müşavirədə əldə edilən uğurların təsadüfi olmadığını gərgin əməyin zəhmətin sayəsində ərsəyə gəldiyini müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır. Prezident həmçinin ölkənin əsas probleminin Qarabağ münaqişəsinin artıq həll olunduğunu bildirərək regionda qüvvələr nisbətinin dəyişdiyinin Azərbaycanın artıq regionda əsas söz sahibi ölkəyə çevrildiyini qürurla bəyan etmişdir. Artıq beynalxalq təşkilatlar yeni reallıqla barışmaq məcburiyyətindədirlər. Ermənistan dövlətinin də bu reallıqları nə qədər tez qəbul etməsi onlarında gələcəkdə Qafqaz regionunda reallaşacaq beynalxalq layihələrə qoşulmasına imkan verəcək. Ölkə başçısı həmçinin azad olunmuş ərazilərdə yenidənqurma işlərindən danışaraq qarşıya qoyulan məsələlərin plana uyğun şəkildə həyata keçirildiyini bildirmişdir. Cənab Prezident artıq işğaldan azad olunmuş ərazilərin baş planının hazır olduğunu quruculuq işlərinin sürətlə davam etdiyini müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır. Sonda Prezident İlham Əliyev Qarabağda kənd təsərüffatının və digər sahələrin inkişaf etdirilməsi o cümlədən Şərqi Zəngəzur dəhlizinin açılması gələcəkdə Azərbaycanın siyasi və iqtisadi cəhətdən daha da güclənməsinə, bu da öz növbəsində dövlətimizin beynalxalq aləmdə nüfuzlu və əsas söz sahibi olan ölkəyə çevrilməsinə zəmin yaradacaqdır. 

Anar Əbdülov,

Xocalı rayon sakini

Paylaşın:

Şuşa Qurultayı Qarabağ Zəfərinin ən parlaq səhifəsidir

 


      Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycan Respublikasına rəhbərlik edir. O, Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inkişaf etməsinə öz töhfəsini vermişdir. Onun apardığı daxili və xarici siyasət Azərbaycanın milli maraqlarına uyğun yönəlmişdir.

     İlham Əliyev ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirərək ölkəmizin iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırmışdır.

       Bunun bariz nümunəsi 24 aprel 2022-ci ildə Şuşada keçirilən Dünya Azərbaycanlıların V Qurultayı, Zəfər Qurultayının keçirilməsidir. Bu qurultayda 65 ölkədən 400-ə yaxın adam iştirak etmişdir. Bu qurultayın Azərbaycanın mədəniyyət mərkəzi olan şəhərində-Şuşada keçirilməsinin tarixi əhəmiyyəti böyükdür. Qarabağ Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Şuşa şəhəri qurulduğu dövrdən təhsil, elm, mədəniyyət mərkəzi olmuşdur. Azərbaycanın musiqi beşiyi olan Şuşada Dünya Azərbaycanlıların bir araya gəlməsi Azərbaycan diasporunun gələcək fəaliyyətində qarşısına yeni vəzifələr qoyulub, xaricdəki azərbaycanlıların növbəti beş ildə fəaliyyəti üçün yol xəritəsi müəyyənləşdirilib, həmçinin Azərbaycan Prezidenti tərəfindən Ermənistana və onun himayədarlarına mühüm mesajlar verilib.

      Prezident İlham Əliyevin qurultayda dərin, məzmunlu nitqində erməni işğalı zamanı Şuşada törədilən dağıntılardan bəhs etmiş və bildirmişdir ki,nhazırda şəhərin yenidən dirçəlişi 

istiqamətində çox geniş miqyaslı işlər görülməkdədir. Prezident qeyd etmişdir ki,bu gün Azərbaycan yeni dövrə qədəm qoymuşdur. 44 günlük müharibədən sonra regionda yaranmış yeni vəziyyət və qalib dövlətimizin sülhsevər siyasəti ilə bağlı fikirlər söylənmişdir. Azərbaycan xalqının müzəffər xalq olduğunu vurğulamış, məğlub olmuş Ermənistanın ölkəmizin ərazi bütövlüyünü rəsmən tanımağa, sülh müqaviləsinin imzalanmasını yubatmamağı, Ermənistandakı revanşist dairələrə sərt xəbərdarlıq etmişdir.

       Prezident İlham Əliyev çıxışında 44 günlük müharibədə Gürcüstanda yaşayan soydaşlarımızın göstərdikləri xidmətlərini yüksək qiymətləndirdiyini nəzərəçatdırmışdır. Prezidentimiz çıxışında deyir ki, "Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günə yaxınlaşmaq dayanırdı. Biz buna var gücümüzlə nail olduq". Məhz buna görə də ordu quruculuğunun sürətlə aparıldığını, müasir ordu yaratdığını bildirib. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, böyük xalqdır və heç vaxt işğalla barışmayacaqdır. Prezident İlham Əliyev nitqində Minsk qrupunun fəaliyyətini tənqid etmiş, bildirmişdir ki, bu qrup məsələni həll etməyə yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır. Prezident nitqini qurultay iştirakçıları ilə birlikdə müharibənin simvoluna çevrilən Qarabağ Azərbaycandır! şüarı ilə bitirmişdir. 

      Biz xocalılar əminik ki, tezliklə Xocalı, sən azadsan şüarı da səslənəcək. Xocalıda da Zəfər tədbirlərini keçirəcəyik.

Xalidə Əmraslanova, 

Xocalı rayon ziyalısı, əməkdar müəllim

Paylaşın:

Cənab Prezidentin Zəfər Qurultayında nitqi diaspor fəaliyyətinin gələcək istiqamətləri üçün “yol xəritəsi”dir

 
         İşğaldan azad olan ərazilərin bərpa olunmasını öz maliyə hesabına həyata keçirdən Azərbaycan bərpa və yenidənqurma işlərini sürətli şəkildə həyata keçirdir. Su anbarlarının gələcək istismarı minalardan azad olunan ərazilərdə onminlərlə ərazilərin suvarılması üçün Köndələnçay 1, Köndələnçay 2,  aşağı Köndələnçay su anbarının  bərpası ilə Füzuli rayonunda 6200 hektar əkin sahəsi suvarılıb əkinə yararlı olacaq. Ümumilikdə işğaldan azad olan ərazilərdə 9 su anbarı tikilir və təmir olunur. Bu da  regionda iqtisadiyyatın yüksək inkişafı deməkdir. Qarabağın aqrar potensialının açılması deməkdir. İşğal dövründə ermənilərin məqsədli şəkildə təzyiq vasitəsi kimi istifadə  etdiyi su anbarlarının bərpası sudan məqsədyönlü istifadə keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi deməkdir.

          Qarabağa qayıdış proqramının əsas tərkib hissəsindən biri də yol infrastrukturunun qurulmasıdır. Şuşaya çəkilən böyük Zəfər yolunun cığırı qəhraman əsgər və zabitlər tərəfindən açılıb. İndi bu işlər uğurla davam etdirilir. Məqsəd Şuşaya avtomobillərlə rahat və tez getməkdir. Eyni zamanda  Füzuli, Şuşa yolunun digər önəmi bu yollarının Zəngəzur yolu ilə birləşməsindədir. Yolun uzunluğu 81,6 km hərəkət zolağının sayı 4-6 ədəd, hərəkət zolağının eni 3,5 m-dir.

        Yol boyu 7 tunelin tikintisi aparılır. Tunellərdə havalanma və izolyasiya sistemləri də quraşdırılır. Yol boyu müxtəlif yerlərdə torpaq yataqlarının körpülərin, yeraltı keçidlərin, suötrücü qurğuların qurulması uyğun şəkildə icra olunur.

      Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 2024-ci ildə başa çatdırılması planlaşdırılır.

          Aparılan kompleks işlər çərçivəsində Şuşa şəhərinin tarixi görkəminin özünə qaytarılması və mədəni həyatına qovuşması üçün bərpa quruculuq işləri aparılır. Dövlət başçısı 10 hektar ərazisi olan  Şuşa şəhərində tullantıların idarə olunması paliqonunda gedən işlərlə yaxından tanış oldu. Paliqonda 600 ədəd 4 çeşid üzrə smart kantiner və 11 ədəd xüsusi texnika nəzərdə tutulub. Söküntü materialların çeşidlənməsi, su təchizatının  təminatı 2 mərhələdə paralel layihələrlə aparılacaq. 

          Prezident İlham Əliyev Şuşa şəhər inzibatı binanın təmiri və konfrans zalının tikintisi ilə tanış oldu. Dünya Azərbaycanlıların vahid amal uğrunda birləşməsi  Azərbaycançılıq fəlsəfəsinin banisi Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Hələ 1991-ci ildə Naxçıvanda Ümummilli liderin təşəbbüsü ilə 31- Dekabr Dünya Azərbaycanlılarının Günü kimi elan edildi. 2001-ci ildə Dünya Azərbaycanlıları bir araya gəldi, I Qurultay keçirildi. 2006, 2011, 2016-cı illərdə davam etdirildi. Növbəti qurultay 22 aprel 2022-ci il tarixində 65 ölkədən 400 Azərbaycanlı Şuşaya toplandığı Zəfər qurultayıdır. Qurultayı  Prezident şəhidlərimizin xatirəsinin 1 dəqiqə sükutla yad edilməsi ilə başladı. Şəhidlərə Allahdan rəhmət, yaxınlarına səbr dilədi. Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlıların V qurultayında çıxış edərək bildirdi ki, 5 pirinsipdən ibarət təklif irəli sürüb və bu pirinsipin Ermənistan rəhbərliyi tərəfindən qəbul edilib. Ermənistan rəsmən bəyan etdi ki Azərbaycan ərazilərinin bütövlüyünü tanıyır və Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur, gələcəkdə də olmayacaq. Bu postmünaqişə üçün vacib məqamdır və bu 5 pirinsip əsasında danışıqların aparılmasını və uzadılmamasını bildirdi. Gələcəkdə sülh müqaviləsinin imzalanması haqqında xoş münasibətindən danışdı. Əgər imtina olunsa, biz Ermənistanın ərazi bütövlüyünü tanımayacayıq və rəsmən elan edəcəyik, deyə qətiyyətlə çıxış etdi. Sanki bu çıxış bizə Prezidentimizin xalqa səsləndiyi və elan etdiyi bu kəlməni yada salırdı. Əziz Şuşa sən azadsan! Bu qurultay əziz Zəngəzur, Xankəndi və Xocalı, sən azadsan sözünü göz önünə gətirdi. Biz bu gün qürurla deyirik ki, Qarabağ Azərbaycandır!

           Rahilə Əliyeva,

           Xocalı rayon ziyalısı

Paylaşın:

Zəfər adı xalqımıza çox yaraşır

Aprelin 22-də qürurla, iftixarla alın açıqlığımızın üz ağlığımızın rəmzi olan, hər qarışı igidlərinin qanı ilə suvarılan, bizim üçün müqəddəs and yerinə çevrilən Şuşamızda uzun illərdən sonra Zəfər Qurultayını qeyd etdik. Bu həmin Şuşadır ki, illərdir ki, vətəndaşları torpaqlarına həsrət qalmışdılar. Şuşalı olub, amma Şuşanı görməyən, Qarabağlı olub, Qarabağ şikəstəsini Qarabağda dinləməyən, Cıdır düzündə doyunca gəzməyən, onu ancaq kitablarda oxuyan, bəlkə də bu hisslərdən bezən 44 günlük Vətən müharibəsində birlik nümayiş etdirdiyi ölkəmizin vətəndaşlarının, Dünya Azərbaycanlılarının Qurultay Günü.

Ali Baş Komandanımız İlham Əliyev Qurultayda geniş nitq söylədi. Ölkə başçısı nitqində qeyd etdi ki, bu gün azad Qarabağda, Azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu Qurultayın adı Zəfər Qurultayıdır və bu təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, Dünya Azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Biz bu gün bu qurultaya zəfər yolu ilə gəlmişik, məhz buna görə də qurultayın adı Zəfər Qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə zəfər muzeyləri inşa edilir. Bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı.

Biz bir vətəndaş olaraq ölkə başçımıza, onun apardığı siyasətə güvənərək əminliklə deyə bilərik ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq.

Lalə Əhmədova,
Şəhid bacısı
Paylaşın:

Zəfər Qurultayı Az­ərbaycan üçün böyük tarixi əhəmiyyətə mal­ik olan bir hadisədi­r

        Dünyan­ın bir çox ölkələrinə səpələnmiş, siyasi dilənçiliklə məşğul olan ermənilər ayr­ı- ayrı dövlətlərdə güclü lobbiçilik fəa­liyyəti ilə məşğuldu­rlar. Məhz bu fəaliy­yətin nəticəsi olaraq mənfur qonşularımız dünyada özlərini məzlum, əzilən, təcav­üzə və soyqırıma məz­uz qalmış bir millət kimi tanıtmışlar. Halbuki, yaxın keçmiş­də həmin o "məzlum" xalqın Xocalıda, Ağd­abanda, Başlıbeldə, Ballı qayada və Azər­baycanın digər yerlə­rində törətdikləri soyqırımlar dünya bir­liyinin gözləri qarş­ısında baş versə də, onlar erməni faşist­lərinin lobbiçilik fəaliyyəti nəticəsində bütün baş verənləri görməzdən gəlmişlə­r. Bütün baş verənlər bir daha hər bir ölkənin öz həqiqətlər­ini dünyada sərgiləm­ək üçün diaspor təşk­ilatlarının nə qədər əhəmiyyətli bir fak­tor olmasını sübut etdi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

      202­2-ci il aprel ayının 22-də 30 ilə yaxın düşmən işğalında qal­an, Ali Baş Komandan İlham Əliyevin rəhb­ərliyi altında müzəf­fər ordumuz tərəfind­ən azad edilən, qısa müddət ərzində dirç­


ələn, dünyanın Mədən­iyyət mərkəzi olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının 5-ci qurultayı öz iş­inə başlamışdır. Məl­umdur ki, bu qurultay məhz Azərbaycan Re­spublikasının Prezid­enti cənab İlham Əli­yevin təşəbbüsü ilə Şuşa şəhərində öz iş­inə başlamış və onun tərəfindən Zəfər Qu­rultayı adlandırılmı­şdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

      Qurultayda Azərbayc­an Respublikasının Prezidenti cənab İlham əliyevin proqram xarakterli çıxışı işt­irakçılar tərəfindən böyük rəğbətlə qarş­ılanmışdır. Ölkə Baş­çısı çıxışı zamanı bir çox məqamlara ayd­ınlıq gətirdi və qəl­əbənin əldə olunması­ndakı əsas faktorlara diqqəti yönəltdi. O, qeyd etdi ki, biz bu münaqişənin sülh yolu ilə həll olunm­ası üçün maksimum si­yasi iradə nümayiş etdirdik. Lakin bütün cəhdlərimiz düşmən ölkənin qeyri konstr­uktiv mövqeyi ucbatı­ndan heç bir nəticə vermədi. Münaqişəni həll etməkdə müvəkkil olan ATƏT- in Minsk qrupunun proseslərə seyriçi qalması, daha doğrusu onların fəaliyyətsizliyi, bu münaqişənin 30 il uzanmasına gətirib çı­xardı. Daim status- kvonu saxlamağa cəhd edən ermənilər müna­qişəni həll etməli olan təşkilatların "x­eyir- duası" ilə öz istəklərinə nail olm­ağa çalışır, topaqla­rı işğaldan azad etm­ək əvəzinə, Azərbayc­ana hədə- qorxu gəli­r, yeni ərazilər işğ­al etmək arzusunda olduqlarını bəyan edə­rək ölkəmizi onlara müxtəlif güzəştlər etməyə məcbur buraxma­ğa​ çalışırdılar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

      Digər tərəfdən münaq­işəni həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin ba­şçıları tez- tez bəy­an edirdilər ki, bu münaqişənin hərbi yo­lla həlli yoxdur. Ma­raqlıdır. Sülh yolu ilə həll edilimir, hərbi yolla da həlli yoxdur. Bəs nə etməl­i? Bax, həmin o nə etməli sualının cavab­ını Azərbaycan Respu­blikasının Prezidenti cənab İlham Əliyev 2020- ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində verd­i? Özünün açıq olan bəsirət gözü ilə İlh­am Əliyev, gözləri kor olan, bəzən də öz­lərini korluğa vuran dünyanın siyasət də­llallarına münaqişən­in həll yollarını gö­stərdi. Azərbaycan Prezidenti 30 il düny­anın bir çox ölkələr­inin həll etməkdə ac­iz qaldığı BMT Təhlü­kəsizlik Şurasının kağız üzərində qalmış 4 qətnaməsini 44 gün ərzində həll etdi.​

        Torpaqlarım­ızın işğaldan azad edilməsi Diaspor Təşk­ilatlarımızın işini yüngülləşdirsə də, on­ların məsuliyyətini birə-beş artırmışdır. Onların işini yüng­ülləşdirən məqamlard­an biri​ odur ki, onlar artıq məğlub öl­kənin deyil, qalib ölkənin təmsilçiləri kimi yaşadıqları ölk­ələrdə fəaliyyət gös­tərəcəklər. Bununla bərabər, onlar Azərb­aycan həqiqətlərini dünyaya çatdırmaqla erməni yalanlarını ifşa etmək üçün səylə­rini artırmalıdırlar. Onlar öz işlərini Azərbaycan Respublik­asının Prezidenti cə­nab İlham Əliyevin nəzərdə tutduğu xətt üzrə müəyyən etməlid­irlər. Ölkə başçısın­ın qurultayda Diaspor təşkilatları qarşı­sında qoyduğu əsas prioritet məsələlər Azərbaycanın haqq səs­ini dünyaya çatdırmaq məqsədilə lobbiçil­ik fəaliyyətini gücl­əndirmək və dünyanın aparıcı şirkətlərin­in Azərbaycanda quru­culuq işlərini sürət­ləndirmək üçün inves­itisiya qoyuluşuna cəlb edilməsinə nail olmaqdan ibarətdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Zəfər Qurultayı Az­ərbaycan üçün böyük tarixi əhəmiyyətə mal­ik olan bir hadisədi­r. Qurultayın Şuşa şəhərində keçirilməsi isə bu tarixi hadis­ənin əhəmiyyətini da­ha da möhtəşəm səviy­yəyə qaldırır. Şuşa Azərbaycandır! Qarab­ağ Azərbaycandır!​ 

Nəsibə Quliyeva, 

Xocalı rayon sakini, şəhid bacısı

Paylaşın:

Qırğızıstan həmişə bizə dost olub

Sovet imperiyası türk xalqlarını bir-birindən aralı salmaq üçün əlindən gələn bütün vasitələrdən istifadə edirdi.

Çar Rusiyası 1905-ci ildə verdiyi azadlıq manfestinidən türk və müsəlman xalqlarının yararlanmasının qarşısını alırdı. Rusiya Müsəlmanlarının Nijni Novqorodda keçirilən üçüncü qurultayı 1906-cı il avqustun 16-21-də keçirilirdi. Qurultayda Rusiyanın tərkibində olan bütün türk və Müsəlmanlar təmsil olunurdu. Azərbaycandan Əlimərdan bəy Topçubaşov və Qığızıstan nümayəndəsi Şah Mərdan Əfəndi Kuşcqulov çiyin-çiyinə mübarizə aparırıdılar. Qurultayda rus əsiri Müsəlman-Türkləri 16 əraziyə ayırmışdılar ki, əlaqəli işləsinlər.
“Konfransda Əlimərdan bəy Topçubaşovun təklifi və konqresin qərarı ilə din nümayəndəsinin müfti və imamların konqres qarşısında bir yerdə olmaları, yeyib-içmələri ilə aradan qaldırılmışdı”. Hüseyin Baykara “Azərbaycan İstiqlal Mübarizəsi tarixi. Səhivə 251” Bakı 1992.
Moskva Pyoturun vəsiyyətinə əməl edərək müsəlmanlar arasında məzhəb və təriqət çəkişmələrin qızışdırmaqla aralarına nifaq salıb parçalamağı və öz hakimiyyətlərin sürmək vəsiyyətini, altüst edən bir qərar idi. Uzaq görən türk ziyalılarının əməyinin bəhrəsidir ki, türk xalqları bir-biri ilə mehriban dolanırlar.
Ancaq Rus və ermənilərin məkirli siyasətləri öz acı bəhrəsini 1989-cu ildə Özbəkistanda versi. Türk-türkə əl qaldırdı. Axıska terkləri ikinci dəfə qırğınlara və sürgünə məruz qaldılar.
Qırğız xalq Qarabağ hadisələrində həmişə Azərbaycanın haq səsinin eşidilməsinə əllərindən gələn köməklikləri əsirgəməmişdilər.
Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində cəbhədə uğurlu dönüş yarandı. Azərbaycan və Ermənistan arasında Bişkek protokolunu 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olundu.
Bütün beynəlxalq səviyyəsində aparılan danışıqlarda Qırğızıstan həmişə Azərbaycanın yanında olub. Azərbaycan məsələsi BMT-də səsverməyə çıxarılanda, Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması qətnamələri qəbul ediləndə də Qırğızıstan nümayəndələri, öz səslərini Azərbaycanın lehinə vermişdi.
Görkəmli Qırğız yazıçısı C.Aytmatovda həmişə Azərbaycanın ədalətli-haqq işini müdafiə etmişdi.
44-günlük Vətən müharibəsində Qırğız xalqı, ziyalıları və rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyev Cənablarının haqlı və ədalətli işlərin müdaifə etmişlər.
20 aprel 2022-ci ildə Qırğızıstan respublikasının Prezidenti Sadır Japarovun Bakıya rəsmi səfərə gəlməsi, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri bir daha sübut etdi ki, Azərbaycan rəhbərliyinin uzaq görən xarici siyasəti öz gözəl təhvəsini verir.
Azərbaycan və Qırğızıstanın yüksək investitsiya imkanının güclü olması, gələcəkdə Azərbaycanın işğaldan azad olmuş ərazilərində Qırğızıstan şirkətlərinin yaxından iştirak etməsinə imkan yaradacaq. Xalqımızın müdrik Ali Baş Komandanı İlham Əliyev ona uzadılan dost əlləri həmişə hərarətlə sıxmışdır.
44 günlük zəfərdən sonra Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şuşa şəhərinin 2023-cü ildə Türk mədəniyyət mərkəzlərinin paytaxtı elan olunmasın ilk dəstəkləyən dövlətlərin birincisi qardaş Qırğız rəhbərliyi olmuşdur.
Ermənilərin Minski qrupunda Fransa prezident seçkilərinə olan ümidləridə boşa çıxmışdı. Erməni pərəst namizədlərin seçkilərdə 5%-dən artıq səs toplaya bilməsi onu göstərir ki, artıq erməni yalanlarından və əzabkeş xalq obrazından diksinib. Dünya artıq erməni hiylələrinə inanmır.
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana olan son rəsmi səfəri türk xalqlarının xoşbəxt gələcəyindən xəbər verir. Türk xalqlarının yaxınlaşması yəqin ki, çoxlarına narahatlıq gətirib yuxusun ərşə çəkir.
Sabir Qasımov,
Xocalı rayon Meşəli kənd tam orta məktəbinin müəllimi
Paylaşın:

Azərbaycanla Qırğızıstan arasında dostluq, əməkdaşlıq Prezident İlham Əliyevin siyasi uğurudur

 

       Aprel ayının 20-də Azərbaycan Respublikasına səfər edən Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Prezident Cənab İlham Əliyevlə səmimi və faydalı siyasi dialoq mühitində keçən görüşü, ölkələr arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanması yeni siyasi reallıqlar şəraitində iki türk dövllətinin dərin və strateji münasibətlərini möhkəmləndirəcək.

     Qeyd edək ki, Azərbaycan və Qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birindən çox sıx tellərlə bağlıdırlar. İki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Qırğızıstanda 20 mindən çox azərbaycanlı yaşayır, onlar milli adət-ənənələrimizin, mədəni irsimizin zənginləşməsində sanballı töhfə vermişlər.

     Çox səmimi şəraitdə keçən görüşdə Prezident Cənab İlham Əliyevin bəyan etdiyi kimi bizim aramızda əsl qardaşlıq var, tam qarşılıqlı anlaşma var və hər bir məsələdə daha dərin strateji təmaslar quracağıq.

      Əlbəttə, iki ölkə arasında mədəniyyət, gündəlik duran əsas məsələlərdəndir və bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri mühüm yer tutur. Mehriban xanım Əliyevanın Qırğız Respublikasının birinci xanımı Ayqul Japara ilə görüşü də məhz iki ölkə arasında ictimai-humanitar, mədəni intibahda yeni yol açmaqla Onun müəllifi olduğu humanizm diplomatiyasının Türk regionunda daha da inkişafına səbəb olacaqdır.

     Prezident Cənab İlham Əliyev qeyd etmişdir: Biz buna dostluğumuzun və qardaşlıq münasibətlərimizin əlaməti kimi baxırıq. Bu gün Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində biz ikitərəfli qarşılıqlı fəaliyyətin geniş asbektini gözdən keçirdik, əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər saldıq".

    Prezident İlham Əliyev qeyd etdiyi kimi: “Biz dost və qardaş dövlətlərik", artıq bu münasibətlər hər bir sahədə yaranan əmnəkdaşlıq, hər iki ölkənin bu günkü və gələcəkdə inkişafında mühüm rol oynayacaqdır.

Gülçöhrə Əliyeva,

Xocalı rayon sakini

Paylaşın:

Hər bir azərbaycanlı xalqımızın ən böyük mənəvi sərvəti olan Ana dilimizə qayğı ilə yanaşmalıdır

         İnsanın tam xoşbəxt olması üçün doğma vətəni, doğma dili olmalıdır. Maraqlıdır ki, başqa xalqlar ”doğma dil” dedikləri halda, Azərbaycanda Ana Dili deyilir…

        Azərbaycanın ən qədim sərvəti, 50 milyon insanı birləşdirən vasitə, öz gözəlliyi, sadəliyi, təbiiliyi ilə seçilən dil-Azərbaycan dili. Azərbaycan dili böyük inkişaf yolu keçmiş, qədim və zəngin ədəbi dillərdəndir. Dövlət dilimiz olan Azərbaycan dili son bir əsrlik dövr ərzində məqsədyönlü islahatlar nəticəsində lüğət tərkibini zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub.

        Dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti dövründə diqqət yetirilən əsas sahələrindən olub. AXC hökumətinin 1918 - ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edildi.

        Azərbaycanda Sovet hakimiyyəti yaradıldıqdan sonra, yalnız 1956-cı ildə Azərbaycan SSRİ Ali Sovetinin qərarı ilə 1937 - ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə olunsa da, bu qərar heç də uğurlu olmadı. Nəhayət, Respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edildi.

      Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da inkişaf etdirilməsi istiqamətində yeni üfüqlər açıldı. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi layiqli yerini tutdu. Konstitusiyasının 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Dövlət Dili Azərbaycan Dilidir və Azərbaycan Respublikası Azərbaycan Dilinin inkişafını təmin edir.

      Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dilimizin inkişafına xüsusi önəm verildi. Bu istiqamətdə müxtəlif taleyüklü fərmanlar, sərəncamlar qəbul olunurdu. Doğma dilinə hər zaman həssaslıqla yanaşan Ulu öndərimiz dilimiz haqqında belə deyirdi: ”Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var”.

        Ulu öndərin dilimizə olan qayğısı, sevgisi hər an öz bəhrəsini verirdi. 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında “Fərman imzalandı. Fərmanda dilimizin öz tarixi inkişafı boyunca əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil edildi, həmin problemlərin həlli yolları göstərildi. Dahi rəhbərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında “2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

       Azərbaycan dilinin perspektivlərinin müəyyənləşdirilməsi və dilçiliyin əsaslı inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin hakimiyyəti dövründə də davam etdirilir. Belə ki, dövlət başçısı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında “sərəncam imzaladı. Sərəncama əsasən, dərslik, elmi əsər və lüğətlərin, bədii ədəbiyyat nümunələrinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli oldu.

      Bu gün hər bir kəs əminliklə deyə bilər ki, Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçısının hər zaman diqqət mərkəzində olan mühüm məsələlərindəndir. Hər bir azərbaycanlı öz vətəndaş borcunu yerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan Ana dilinə qayğı ilə yanaşmalı,onun qorunması və inkişafı üçün əlindən gələni etməlidir. Bu yolla biz dilimizi qoruyub nəsildən - nəslə ötürməliyik.

  Sevda Məmmədova,

 Xocalı rayon sakini


Paylaşın:

Azərbaycanla Qırğızıstan arasında siyasi, iqtisadi, diplomatik əlaqələrin bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub

          20 aprel 2022-ci il tarixdə Qırğızıstan Respublikasının Prezidenti Sadır Jarapov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gəlmişdir. Qonağın Azərbaycan Respublikasının Prezidenti ilə təkbətək görüşü keçirildi. Görüş zamanı Azərbaycanla Qırğızıstan arasında siyasi, iqtisadi, diplomatik əlaqələrin 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulduğu qeyd olundu. 2023-cü ildə bu diplomatik əlaqələrin 30 illiyi qeyd olunacaq. Görüş zamanı dövlətimizlə bərabər xalqlarımızın eyni soy, kökə malik olduğu qeyd edilmişdir. 2022-ci ilin “Şuşa” ili elan olunması, dünya azərbaycanlılarının  dördüncü  Zəfər Qurultayının Şuşada keçirilməsini dini bir, dili bir olan qardaş qırğız xalqı öz sevinci kimi qarşılamışdır. 

     Vaxtı ilə bir kökdən olan türksoylu xalqların bədnam  imperiyalar tərəfindən parçalanıb ayrı respublikalar yaradılmasına həsr edimiş bir mahnının sözlərini misal gətirərdim.  

     Özbək, türkmən, uyğur, tatar, azər bir boydur,

     Qaraqalpaq, qırğız, qazax bunlar bir soydur.

     Özbəkistan, Türkmənistan deyə qurmuşlar, 

     Ana yurdum Türküstanı bölüb qoymuşlar.

      O zaman bu parçalanmanı həyata keçirən həmin qara qüvvələr yəqin ki, fikirləşmiyiblər ki, gün gələcək bu dövlətlər müstəqil şəraitdə fəaliyyət göstərəcək və türkçülük amalı uğrunda birləşəcək. 

      Lakin böyük türk dünyasının liderləri Musatafa Kamal Atatürk, Heydər Əliyev, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev kimi dahi şəxsiyyətləri olan xalqlar sonacan parçalanmış vəziyyətdə qala bilməzlər. Oğuzdan soyu olan, Turandan boyu olan bir millət heç vaxt soysuz erməniyə məğlub ola bilməzdi. Iyirminci əsrin əvvəllərində müsəlman şərqində tük dilli dövlətlər içərisində ilk müstəqillik qazanan Azərbaycanın müstəqilliyinin daimi, dönməz, əbədi olduğunu qeyd edən Ulu Öndər bu dövlətin türk soylu dövlətlərə sevinc və güvənc yeri olduğunu qeyd etmişdir. Üçrəngli bayrağımızın Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, igid oğullarımızın, mərd şəhidlərimizin cəsarəti, şücaəti nəticəsində işğaldan azad olunan torpaqlarda mərhələlərlə dalğlanmasının növbəti ünvanı Xocalı, Xankəndi, Ağdərə olacaqdır.

Aydın HƏSƏNOV,

Xocalı rayon ziyalısı

Paylaşın:

Qırğızıstan bütün bey­nəlxalq görüşlərdə, beynəlxalq tribunalar­da Azərbaycanın haqq işini birmənalı ola­raq dəstəkləyir

      SSRİ imperiyasının süqutundan sonra yaranmış xaos ötən əsrin sonlarında torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Məhz bu baxımdan ölkəmizin xarici siyasətinin ana xəttini​ işğal altındakı torpaqlarımızın azad edilməsi​ təşkil edirdi. Aparılan bütün danışıqlarda torpaqlarımızı işğal etmiş mənfur ermənilər demokratiya şinelinə bürünmüş, onlara havadarlıq edən bəzi dövlətlərə arxalanaraq torpaqlarımızı işğaldan azad etməkdən boyun qaçırır, ərazilərin işğaldan azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmir, hətta Azərbaycanı yeni əraziləri işğal etməklə hədələyirdi. Bəzi beynəlxalq təşkilatlar isə Ermənistana təsir göstərmək əvəzinə, müşahidəçi mövqeyində dayanmağa üstünlük verirdilər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Sözsüz ki, hadisələr bu cürə davam edə bilməzdi. Erməniləri açıq şəkildə dəstəkləyən bəzi dövlətlər, hətta bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün dərin zəkası, siyasi uzaqgörənliyi ilə bilirdi ki, nəyi nə vaxt, hansı formada etmək lazımdır. Nəhayət, ölkə başçısının nəzərdə tutduğu həmin situasiya 2020-ci ilin 27 sentyabrında yarandı. Təmas xəttində ermənilərin təxribatı zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev orduya vur əmri verdi. Qısa zaman kəsiyində Azərbaycan ordusu zəfərləri sıralamağa başladı. 44 gün ərzində torpaqlarımız bir-birinin ardınca düşməndən azad edildi və düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu.​ ​

      Döyüş meydanında zəfər çalmış Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu günü-gündən artmaqdadır. Bu nöqteyi- nəzərdən 20 aprel 2022-ci il tarixdə qardaş Qırğızıstan respublikasının prezidenti Sadır Japarovun Azərbaycana səfəri böyük tarixi əhəmiyyətə malik bir səfər idi. Səfər çərçivəsində iki ölkə arasında ticari-iqtisadi və siyasi baxımdan müxtəlif mühüm əhəmiyyət kəsb edən sənədlər imzalanmışdır. Bunu hər iki ölkə başçısının mətbuata verdiyi bəyanatlar da təsdiq etmişdir.​ 

     Prezident İlham Əliyev öz bəyanatında diqqəti iki ölkə ar­asındakı dostluq və qardaşlıq münasibətl­ərinin üzərinə çəkd­i. Qeyd olundu ki, Qırğızıstan bütün bey­nəlxalq görüşlərdə, beynəlxalq tribunalar­da Azərbaycanın haqq işini birmənalı ola­raq dəstəkləmişdir. Son olaraq Azərbayca­nın Qoşulmama hərəka­tına rəhbərliyinin uzadılmasına dəstək verən ölkələrdən biri də məhz Qırğızıstan olmuşdur. Bu səfər çərçivəsində də əmək­daşlığı daha da geni­şləndirmək qarşıya məqsəd qoyulmuşdur. Ölkə başçısı İlham Əl­iyev bəyanatında qeyd etmişdir: "On sənəd imzalanıb, mən onl­arın arasından ikisi­ni-Strateji Tərəfdaş­lıq haqqında Bəyanna­məni və Dövlətlərara­sı Şuranın yaradılma­sı haqqında Memorand­umu xüsusi vurğulamaq istərdim."​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qırğızıstan respubli­kasının prezidenti Sadır Japarov da bəya­natında dost və qard­aş ölkə olan Azərbay­canla əməkdaşlığa bö­yük əhəmiyyət verdik­lərini vurğuladı. O qeyd etdi ki, hər iki ölkədə geniş ivest­itsiya imkanları möv­cuddur. Azərbaycanın enerji sektorunda əldə etdiyi təcrübədən bəhrələnə bilərik. Eyni zamanda beynəl­xalq yükdaşımalarda Azərbaycan daha əlve­rişli mövqeyə malikd­ir ki, bundan da yar­arlanmaq niyyətindəy­ik.

      Mətbuat qarşısında o da vurğulandı ki, Azərbaycanın qədim şəhəri olan Şuşa gələn il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk dünyasının paytaxtı elan edilmişdir. Bu təşəbbüsü ilk dəstəkləyən dövlətlərdən biri də məhz qardaş Qırğızıstandır. Ümumilikdə iki qardaş ölkə başçılarının son görüşü mühüm tarixi əhəmiyyəti malik bir görüş olmuşdur və bu görüş iki ölkə arasındakı münasibətlərə öz müsbət töhfələrini verəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

​Ələddin Əhmədov, ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

    
        "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir".​

Ümummilli lider Heydər Əliyev

​ ​       Sovet hakimiyyəti dövründə, xüsusəndə 20-ci, 30-cu, 40-cı, 50-ci, hətta 60-cı illərdə əhalisinin əksəriyyətini azərbaycanlılardan ibarət olmasına baxmayaraq, respublikamızda Azərbaycan dili hakim bir dil deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü. SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihəsi dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. O dövrdə respublikamızın rəhbəri Heydər Əliyev həyatını riskə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışdı. Sonda istəyinə nail oldu.

​ ​       Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsinə səbəb oldu.​

​ ​     Bu gün Azərbaycan dilinin hər tərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aliminə yol açılması dünyanın ən möhtəbər tribunalarınan eşidilməsi ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu öndərin "Dilimiz çox zəngin və ahəngdar dildir , dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm" müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

 Maral Əliyeva,

Xocalı rayon ziyalısı

Paylaşın:

Azərbaycan dilinin dövlət dili olması Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticələrindən biridir

          Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən amillərdən biri onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çixaraq müasir dövrə gəlib çatmış ən böyük sərvətimizdir.

          Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet hakimiyyəti dövründə, xüsusən də XX əsrin 20-60-cı illərində əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, Respublikamızda Azərbaycan dili hakim bir dil deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü.

         1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini yada salıb qabartmaq istəyənlər belə Sibirə sürgün edilir, təzyiqlərə məruz qalırdı. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqındə xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində Ulu Öndərin ana dilimizin dövlət dili statusunu qorumaq üçün çox cəsarətli addımıydı. Ulu Öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.İ.Brejnevlə danışıqdan sonra nəhayət 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiya layihəsinin 73 maddəsində Heydər Əliyevin şəxsi təşəbbüsü və istəyi ilə belə bir cümlə təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Nəticədə Azərbaycan Respublikasının Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu.

         Bəli, bununla da Ümummilli liderimiz Heydər Əliyev xalqımız üçün ən böyük tarixi xidmətlərindən birini həyata keçirmiş oldu. Beləliklə də Heydər Əliyev şəxsiyyəti bugünkü müstəqilliyimizə, dövlətçiliyimizə və xalqımıza müqəddəs Ana dilimizi əbədi əmanət verdi. Biz hər birimiz dilimizi yad təsirlərdən, ünsürlərdən qoruyaraq gələcək nəslə müstəqilliyimizin, suverenliyimizin göstəricisi olan bu əmanəti layiqincə çatdırmağa borcluyuq.

Kamil Məhərrəmov,

Xocalı rayon Yaloba kənd tam orta məktəbinin tarix müəllimi 


 

Paylaşın:

Şahmar Usubov Bakı şəhərində növbəti səyyar qəbul keçirdi

          Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin aprel ayında keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, aprel ayının 21-də Bakı şəhəri, Nərimanov rayonu Bakuvi-20 ünvanında Xocalı rayon sakinləri ilə səyyar qəbul-görüş keçirdi. Görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovla bərabər, Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD-si nümayəndəsi Tacir Əzizov və Bakı şəhəri ərazisində müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləri iştirak etdilər. 

      Görüşdə problemi olan vətəndaşlar fərdi şəkildə qəbul edildi. Müraciətlər şəhid ailəsi vəsiqəsinin alınmasına, mənzillə təmin olunmağa, fərdi yaşayış evlərinin təmirinə, ayrı təsərrüfat kimi qeydiyyata salınmasına köməklik və digər məsələlər barədə oldu. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürüldü.  













Paylaşın:

Doğma dilimizə hörmət etmək hər birimizin müqəddəs borcudur

 


        Dil xalqın, millətin kimliyini, tarixi keçmişini, mədəniyyətini özündə əks etdirən, əsrlərdən əsrlərə çatdıran milli sərvətdir. Ana dili hər bir xalqın varlığının sübutudur. Dil varsa, xalq da var. Dili olmayan xalq isə ölüdür, yoxdur. 

        Azərbaycan dili ən ali dəyərimizdir. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” fikirlərinin müəllifi olan Ulu Öndər Heydər Əliyev Vətənin, xalqın müdafiəçisi olmaqla yanaşı, həm də onun ana dilinin də təəssübkeşidir. Ümummilli Liderin həyata keçirdiyi məqsədyönlü siyasətin bir qolu da ana dilimizlə bağlı olmuşdur. Dahi şəxsiyyət olduqca çətin və ziddiyyətli bir dövrdə sarsılmaz iradə və ciddi səylər nəticəsində 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasına “ Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsinə nail olmaqla ana dilimizin qayğıkeşi və hamisi olduğunu, ana dilinə nə dərəcədə önəm verdiyini göstərdi. Bundan sonrakı dövrlərdə də dil siyasətini davam etdirdi. Heydər Əliyev ana dilimizin keçmişi ilə yanaşı, yaşadığı dövrdə də dilin problemlərini daim nəzarətdə saxlamış, davamlı olaraq mühüm tədbirlərin həyata keçirilməsi ilə bağlı qərarlar vermişdir. 

Ulu Öndər Heydər Əliyevin fikirlərinə istinad edib deyə bilərik ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. Dilimiz nə qədər zəngin, nə qədər məlahətli, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. 

        Hər bir Azərbaycan vətəndaşı öz ana dilini -Azərbaycan dilini uca tutmalı, onu qorumalı, dilin saflığına əməl etməlidir. Azərbaycan dilinin yaşamasında bacardığımız xidməti göstərməliyik. Dilimiz müqəddəsdir. Dilimiz varlığımızdır. 

Şahilə Zeynalova,

Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi

Paylaşın:

Heydər Əliyev və müasir Azərbaycan əlifbası

      Azərbaycan Xalq Cümhuriyyəti dövründə də əlifbanı dəyişdirmək ideyası var idi, lakin yeni qurulan hökumət cəmi 23 ay fəaliyyət göstərdiyindən buna nail ola bilmədi. Azərbaycanda Latın qrafikalı əlifbaya keçid yalnız 1920-ci ildən sonra mümkün oldu. 11 noyabr 1920-ci ildə Xalq Maarif Komissarlığı nəzdində ərəb əlifbasının islahatı üzrə komissiyası yaradıldı. Lakin bu komissiyanın işi özünü doğrultmadığı üçün Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Səmədağa Ağamalı oğlunun başçılığı ilə 1922-ci ildə “Yeni türk əlifbası” komitəsi yaradıldı və bu komitə hökumətə latın qrafikası əsasında tərtib edilmiş yeni əlifbanın layihəsini təqdim etdi. Yeni əlifba haqqında respublikanın bütün təşkilatlarına göndərilən ilk tarixi sənəd, Azərbaycan MİK tərəfindən 21 iyun 1922-ci ildə dərc edilmiş sirkulyar Sərəncam idi. Sərəncamla dövlət müəssisələrinə çatdırılırdı ki, bütün idarə qulluqçuları yeni əlifba ilətanış olmalı və köhnə əlifba ilə yanaşı, yazı və ərizələri yeni əlifba ilə qəbul etməlidilər. 1923-cü ilin 20 oktyabr tarixində Azərbaycanda ilk dəfə olaraq “Yeni türk əlifbasının hökumət əlifbası təyin olunması” haqqında Azərbaycan MİK və XKS tərəfindən Dekret verildi. Dekretdə deyilirdi ki, işlədilən ərəb əlifbası ilə yanaşı yeni latın qrafikalı türk əlifbası da vacib hökumət əlifbası hesab olunmalıdır. 1925-ci ildə keçirilmiş IV Ümum Azərbaycan Sovetlər qurultayı tərəfindən hökumətin həyata keçirdiyi bütün tədbirlər bəyənildi və dikretivləri ilə yeni əlifbaya keçidin əsası qoyuldu. Qurultayın qətnaməsində deyilirdi ki, 1925/26-cı tədris ilində bütün birinci dərəcəli məktəblərin 1-ci siniflərində dərslər yeni əlifba ilə keçirilsin; Bütün hökumət qulluqçuları üçün yeni əlifbanın öyrənilməsi kursları təşkil edilsin; Yaşlılar arasında savadsızlıq yeni əlifba ilə aradan qaldırılsın və s. Xalq Maarif Komissarlığı kollegiyasının 1925-ci il 5 aprel tarixli qərarı ilə bütün qəza Xalq Maarif Şöbələrinə və Bakı Şəhər Maarif Şöbəsinə birinci dərəcəli məktəblərin müəllimlərinin tədris ilinin başlanmasına qədər yeniməlifbanı öyrənmələri tapşırılır. Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbalardan istifadə olunur. Əlifba sözü ərəb dilindən alınmadır və ərəb əlifbasındakı ilk hərflərin (əlif, bey) adını bildirir. 

Bir çox başqa dillərdə də belədir: rus dilində “azbuka” kiril əlifbasının ilk iki hərfini (az, buki), bir sıra Avropa dillərində “alfabet” yunan əlifbasının ilk iki hərfini (alfa, beta) bildirir.

       1990-cı ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanılıb və bu əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk mütəxəssis akademik Afad Qurbanov olub. Onun sədrliyi ilə 1 avqust 1990-cı il tarixdə yaradılan Azərbaycan Əlifba Komissiyası tərəfindən tərtib olunan yeni əlifba layihəsi yalnız Azərbaycan müstəqillik əldəetdikdən sonra qəbul edildi.

      1991-ci il dekabrın 25-də “Latın qrafikalı əlifbanın yenidən bərpası haqqında” Qanun təsdiq edildi.1992-ci il sentyabrın 1-dən I sinfə gedən uşaqlar latın qrafikalı əlifba ilə dərsə başladılar və Azərbaycanda yeni əlifbaya keçid tədricən həyata keçirildi.

Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərmanı ilə 1 avqust 2001-ci il tarixdən Azərbaycanda yeni Latın qrafikalı əlifbaya keçid başa çatdırıldı, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli Fərmanı ilə 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası iləyenidən nəşri həyata keçirildi.

Bu il Azərbaycanda ilk latın qrafikalı Azərbaycan əlifbasına keçidin 90 ili tamam olur. İnanırıq ki, latın qrafikalı Azərbaycan əlifbası daim müstəqil Azərbaycanın tərəqqisinə, ədəbi dili, elm, təhsil və mədəniyyətinin inkişafına xidmət edəcəkdir.

Rövşən Atakişiyev,

Xocalı şəhər 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Paylaşın:

Xocalı məktəblilərinə mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirildi

20.04.2022-ci il tarixdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar, Yaloba və Başkənd kənd tam orta məktəblərinin X və XI sinif şagirdləri üçün mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsilin təşkili və idarə olunması şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov, Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Azərbaycan Respublikası Minaaxtarma Agentliyinin Göygöl Regional Təlim Mərkəzinin təlimatçısı Vasif Cəbrayılov, II Qarabağ müharibəsi iştirakçısı Həzrət Quliyev, qazi Rüfət Novruzov, məktəb rəhbərlikləri və şagirdər iştirak etdilər.

Minatəmizləmə Agentliyinin mütəxəssisi Vasif Cəbrayılov ANAMA-nın fəaliyyətindən danışdı, mina və partlamamış hərbi sursatlar haqqında məlumat verdi, məktəblilərə mina təhlükəsindən qorunmaq üçün maarifləndirici bukletlər təqdim etdi.

Maarifləndirici tədbirdə II Qarabağ müharibəsi iştirakçısı Həzrət Quliyev, qazi Rüfət Novruzov öz döyüş yolu xatirələrini danışdılar. Minaların tanınması üsulları, partlayıcı vasitələrdən qorunmaq barədə şagirdlərə bildikləri haqqında məlumat verdilər. Belə maarifləndirici tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirdilər. 

Xocalı RTŞ-nin müdiri Şakir Əliyev çıxışında təhsilimizə göstədikləri diqqət və qayğıya görə Təhsil naziri Cənab Emin Əmrullayevə, Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlova Xocalı rayon təhsil işçiləri adından minnətdarlığını bildirdi. Vurğuladı ki, məktəblərimizdə qarşıya qoyulan məqsəd və hədəflərə çatmaq üçün bütün lazımi işlər həyata keçirilir. 

Mövzu ilə bağlı Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov çıxış edərək 44 günlük haqq savaşımızda Müzəffər Ordumuzun hünərindən söz açdı. Bildirdi ki, Ali Baş Komandanımızın təbirincə desək, düşməni torpaqlarımızdan iti qovan kimi qovduq. Artıq işğaldan azad olunmuş torpaqlarımızda quruculuq-abadlıq işlərinə başlanılıb. Böyük Qayıdış layihəsi uğurla icra edilir. Ancaq mənfur düşmənlərin barbarlıq izləri torpaqlarımızdan hələ tam silinməyib. Düşmənlərin basdırdığı minalar doğma yurd yerlərinə qayıdan həmvətənlərimiz üçün təhlükə yaradır. Buna görə də ehtiyatlı olmalı, mina təhlükəsi ilə bağlı biliklərimizi artırmalı və ətrafımızda olan insanlara da çatdırmalıyıq.

Tədbirin sonunda məktəblilərlə xatirə şəkli çəkdirildi. 














 

Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.