Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

İdmançılarımız da qalib ölkənin vətandaşları kimi beynalxalq yarışlarda qürurla ölkəmizi təmsil edirlər

        Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyev 23 yaşadək idmançıların Macarıstanda keçirilmiş 7-ci Avropa Çempionatının iştirakçılarını qəbul edərək onların ölkəmizi Beynəlxalq yarışda layiqincə təmsil etmələri münasibəti ilə təbrik edərək gələcək yarışlarda onlara uğurlar arzulamışdır. İdmançılarımız bu möhtəbər yarışda 16 medal qazanmış onlardan 7-si qızıl medal olmaqla komonda hesabında ölkəmizi 1-ci yerə çıxarmışlar. Cənab Prezident idmanımızın bütün sahələrinə xüsüsi diqqət və qayğıdan danışaraq son illərdə əldə edilən uğurlardan bəhs etmişdir. İlham Əliyev cənabları olimpiya komitəsinin sədri seçildikdən sonra idman sahəsində uğurlarımız dahada artmışdır. Buna misal olaraq ölkəmizdə 2 il ərzində paytaxtımızda 2 möhtəşəm idman yarışının təşkili, ilk Avropa oyunları və İslam həmrəylik oyunlarını misal göstərə bilərik. Cənab Prezident öz çıxışında tarixi köklərə əsaslanan güləş idman növünü xüsusi diqqət yetirdiyini vurğulayaraq gələcəkdədə bu diqqət və qayğının davam edəcəyini bildirmişdir. Beynalxalq yarışlarda əzəli və əbədi düşmənimiz olan ermənilərlə qarşılan idmançılarımız hər zaman qisas hissi ilə yarışlara çıxaraq düşmənə öz gücünü göstərmiş və sanki düşmənə mesaj verərək yaxın zamanlarda idman arenalarında olduğu kimi döyüş meydanındada düşmənin başını əzəcəklərini nümayiş etdirirdilər. Nəhayət, 30 illik həsrət sona yetdi. Ali Baş Komandan müdrik sərkərdə İlham Əliyev cənablarının rəhbərliyi ilə torpaqlarımız düşməndən azad olundu. İndi artıq hər bir Azərbaycanlı kimi idmançılarımız da qalib ölkənin vətandaşları kimi beynalxalq yarışlarda qürurla ölkəmizi təmsil etməkdə davam edəcəklər. Ölkə başçımızın rəhbərliyi altında azad olunmuş ərazilərimizdədə idman arenaları tikiləcək, beynalxalq yarışlar keçirləcək və bütün dünya ölkələri Azərbaycan idmanının inkişafını izləyəcəklər. Biz Xocalı sakinləri də Cənab Prezidentimiz rəhbərliyi altında doğma Xocalımızda da bu cür idman yarışlarının keçirilməsini səbirsizliklə gözləyirik.

Anar Əbdülov, 

Xocalı şəhər 2 saylı tam orta məktəbin Tarix müəllimi 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi