Azərbaycan daha da güclənəcək

 


      Aprelin 12-də ölkə başçısı İlham Əliyev cənablarının sədrliyi ilə ilin 1-ci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə çıxış edən ölkə başçısı ilin arxada qalan 3 ayı haqda danışaraq görülmüş işlər barədə geniş məlumat vermişdir. Eyni zamanda Cənab Prezident ilin sonuna qədər qarşıya qoyulan planlar və onların həlli yollarını müzakirə etmişdir. Müşavirədə əldə edilən uğurların təsadüfi olmadığını gərgin əməyin zəhmətin sayəsində ərsəyə gəldiyini müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır. Prezident həmçinin ölkənin əsas probleminin Qarabağ münaqişəsinin artıq həll olunduğunu bildirərək regionda qüvvələr nisbətinin dəyişdiyinin Azərbaycanın artıq regionda əsas söz sahibi ölkəyə çevrildiyini qürurla bəyan etmişdir. Artıq beynalxalq təşkilatlar yeni reallıqla barışmaq məcburiyyətindədirlər. Ermənistan dövlətinin də bu reallıqları nə qədər tez qəbul etməsi onlarında gələcəkdə Qafqaz regionunda reallaşacaq beynalxalq layihələrə qoşulmasına imkan verəcək. Ölkə başçısı həmçinin azad olunmuş ərazilərdə yenidənqurma işlərindən danışaraq qarşıya qoyulan məsələlərin plana uyğun şəkildə həyata keçirildiyini bildirmişdir. Cənab Prezident artıq işğaldan azad olunmuş ərazilərin baş planının hazır olduğunu quruculuq işlərinin sürətlə davam etdiyini müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır. Sonda Prezident İlham Əliyev Qarabağda kənd təsərüffatının və digər sahələrin inkişaf etdirilməsi o cümlədən Şərqi Zəngəzur dəhlizinin açılması gələcəkdə Azərbaycanın siyasi və iqtisadi cəhətdən daha da güclənməsinə, bu da öz növbəsində dövlətimizin beynalxalq aləmdə nüfuzlu və əsas söz sahibi olan ölkəyə çevrilməsinə zəmin yaradacaqdır. 

Anar Əbdülov,

Xocalı rayon sakini

Yorum Gönder

Daha yeni Daha eski