Azərbaycanla Qırğızıstan arasında siyasi, iqtisadi, diplomatik əlaqələrin bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub

          20 aprel 2022-ci il tarixdə Qırğızıstan Respublikasının Prezidenti Sadır Jarapov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gəlmişdir. Qonağın Azərbaycan Respublikasının Prezidenti ilə təkbətək görüşü keçirildi. Görüş zamanı Azərbaycanla Qırğızıstan arasında siyasi, iqtisadi, diplomatik əlaqələrin 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulduğu qeyd olundu. 2023-cü ildə bu diplomatik əlaqələrin 30 illiyi qeyd olunacaq. Görüş zamanı dövlətimizlə bərabər xalqlarımızın eyni soy, kökə malik olduğu qeyd edilmişdir. 2022-ci ilin “Şuşa” ili elan olunması, dünya azərbaycanlılarının  dördüncü  Zəfər Qurultayının Şuşada keçirilməsini dini bir, dili bir olan qardaş qırğız xalqı öz sevinci kimi qarşılamışdır. 

     Vaxtı ilə bir kökdən olan türksoylu xalqların bədnam  imperiyalar tərəfindən parçalanıb ayrı respublikalar yaradılmasına həsr edimiş bir mahnının sözlərini misal gətirərdim.  

     Özbək, türkmən, uyğur, tatar, azər bir boydur,

     Qaraqalpaq, qırğız, qazax bunlar bir soydur.

     Özbəkistan, Türkmənistan deyə qurmuşlar, 

     Ana yurdum Türküstanı bölüb qoymuşlar.

      O zaman bu parçalanmanı həyata keçirən həmin qara qüvvələr yəqin ki, fikirləşmiyiblər ki, gün gələcək bu dövlətlər müstəqil şəraitdə fəaliyyət göstərəcək və türkçülük amalı uğrunda birləşəcək. 

      Lakin böyük türk dünyasının liderləri Musatafa Kamal Atatürk, Heydər Əliyev, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev kimi dahi şəxsiyyətləri olan xalqlar sonacan parçalanmış vəziyyətdə qala bilməzlər. Oğuzdan soyu olan, Turandan boyu olan bir millət heç vaxt soysuz erməniyə məğlub ola bilməzdi. Iyirminci əsrin əvvəllərində müsəlman şərqində tük dilli dövlətlər içərisində ilk müstəqillik qazanan Azərbaycanın müstəqilliyinin daimi, dönməz, əbədi olduğunu qeyd edən Ulu Öndər bu dövlətin türk soylu dövlətlərə sevinc və güvənc yeri olduğunu qeyd etmişdir. Üçrəngli bayrağımızın Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, igid oğullarımızın, mərd şəhidlərimizin cəsarəti, şücaəti nəticəsində işğaldan azad olunan torpaqlarda mərhələlərlə dalğlanmasının növbəti ünvanı Xocalı, Xankəndi, Ağdərə olacaqdır.

Aydın HƏSƏNOV,

Xocalı rayon ziyalısı

Yorum Gönder

Daha yeni Daha eski