Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar

  

       Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi inkişafına böyükdiqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdır. O illərdə idmanın maddi – texniki bazasının yaradılması üçün çox iş görülmüşdür. Bir çox idman kompleksləri, qurğuları, idman zalları tikilmiş, meydançalar salınmış, böyük idman sağlamlıq mərkəzləri tikilmişdir.

        Ulu Öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan Cənab İlham Əliyevin Milli Olimpia Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı.

        2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikildi. Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan Cənab İlham Əliyev prezident seçildikdən sonrada idman və bədən tərbiyyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman sahəsinin yüksəlməsinə çalışmışdır, idmana dövlət qayğısı dahada artmışdır.

         Azərbaycanın idman sahəsində qısa müddətdə əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış məhz, onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız möhtəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir

       Azərbaycanın idman potensialı ildən ilə dahada güclənir. Hər il beynəlxalq yarışlarda yüzlərlə medal qazanılır.

        Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin uzvlərini qəbul edib. Dövlətimizin başçısı bu görüşdə çıxış etdi.

       Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişdir. Böyük qələbə ilə Vətənə qayıtmışdılar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu medaların birini qadın idmançımız qazandı, digərlərini isə sərbəst güləş və Yunan-Roma güləşi üzrə komandalarımız qazanmış və Qitə çempionu olmuşdular.

Bu böyük qələbədir, böyük nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha güləşçilərimiz bizim idman gücümüzü Avropaya göstərmişdilər. Güləş bizim ənənəvi idman növümüzdür və bu ənənələr yaşayır.

        İlham Əliyev cənabları öz çıxışında göstərmişdir ki, hamımız bu uğurlara sevinirik . Çünki gənc nəsil yetişir, gənclər Vətəni sevir, ləyaqətlə onu təmsil edirlər, hərə öz yerində ( idmançı, həibçi, mütəxəssis ) hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir .

        Prezident öz çıxışında göstərmişdir ki, güləş Azərbaycanda ən populyar, ən məşhur idman novüdür. Buna görə də güləşə xüsusi diqqət verilməlidir. Biz əminik ki, iki ildən sonra keçiriləcək Yay Olimpiya oyunlarında Azərbaycan çox uğurla çıxış edə biləcək. Bunun üçün çox çalışmaq lazımdır. Ancaq əminəm ki, gəlcək yarışlarda nəticələrə baxmayaraq əsas odur ki, ölkəmizi idmançılarımız ləyaqətlə təmsil edəcəklər.

        Əlbəttə, bütün Azərbaycan xalqı sizdən yeni qələbələr gözləyir deyərək Prezident İlham Əliyev bir daha idmançıları ruhlandırdı.

        Prezident İlham Əliyev idmançılara yeni qələbələr, yeni uğurlar arzu etdi.

        Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçısı Namiq Abdullayevdə sonda Cənab Prezidentə öz minətdarləğını bildirdi, onlara diqqət və qayğı göstərdiyi üçün bütün güləş ailəsi adında təşəkkürünü bildirdi.

       Macarıstanda keçirilmiş Avropa çempionatında idmançılarımızın qazandığı parlaq qələbə bir daha sübut etdiki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və idmançılarımız bu ənənələri uğurla davam etdirir.

Təranə Əliyeva,

Xocalı rayon ziyalısı

 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi