Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Bizdə xalqla hakimiyyət, hakimiyyətlə xalq arasında möhkəm və sarsılmaz bağlarımız var

Hamımızın bildiyi kimi, aprel ayının 12-də Prezident İlham Əliyevin sədrliyi altında ilin birinci rübünün yekunlarına dair müşavirə keçirilmişdir. Cənab Prezidentin çıxışını dinlərkən hər birimizə qaranlıq qalan istənilən bir suala cavab tapmaq mümkündür. İlk öncə diqqətinizi postmünaqişə dövrü reallıqlarına istərdim. Cənab Prezidentin qeyd etdiyi kimi, başda ərazi bütövlüyünün daxil olduğu 5 prinsip Ermənistan respublikası rəhbərliyi tərəfindən də qəbul olunmuşdur. Hər iki tərəfə dincliyi gətirəcək bir sülhün bərqərar olması üçün bu 5 prinsipi sevindirici bir başlanğıc kimi qiymətləndirmək lazımdır. Aprel ayının 6-da keçirilən görüş özünün sülhsevər gedişi ilə daha çox yadda qalır. Hətta bu görüşdən belə başa düşmək olar ki Ermənistan rəhbərliyi də müharibədən əl çəkib, dinc qonşuluq münasibətlərinə keçməyin vacibliyini başa düşür. Nə qədər gec başa düşmüş olsa belə. Yeri gəlmişkən bəs niyə gec? Cənab prezident İlham Əliyevin özü demişkən bu bu gecikmənin 30 ilə yaxın gəlib çatmasının səbəbi sülhlə ərazi bütövlüyümüzün bərpası məsuliyyətini üzərinə götürmüş, lakin xəcalətlə yerə qoymuş ATƏT-in Minsk qrupu və digər dırnaqarası beynəlxalq asayişin keşikçisi kimi özünü qələmə vermiş ümumdünya ictimai birliklərinin qərəzli yanaşmasıdır. Nəinki müharibədən əvvəl, son zamanlarda belə silahlarla danışan erməni rəhbərliyi və ictimaiyyəti necə oldu ki barışla bağlı mesajlar verməyə başladı? Bəli, Ali Baş Komandanimiz İlham Əliyevin siyasi arenadakı qətiyyətli dirənişi və iradəsi, cəbhədə isə Mübarizlərimizin şücaəti, sadə və qısa adla desək, 44 günlük Vətən müharibəsi qarşı tərəfi qandan qorxmağa vadar etməyə kifayət qədər əsasdır. Bu əsaslara əlavə olaraq Cənab Prezidentin başqa bir cümləsini də əlavə etmək olar. Qan yaddaşımız Xocalı faciəsindən bəhs edərkən qarşı tərəfin aciz Azərbaycanın isə güclü olduğunu qeyd edən Prezidentimiz hərbi sahəsinə toxunmuş, minlərlə yeni və güclü döyüşçülərimizin yetişdirildiyini də mesajlaşdırmışdır. AĞDAM QAFQAZIN XİROSİMASI. Bəli çox dəqiq və yerli yerində olan bir bənzətmədir. Xirosima 2-ci dünya müharibəsinin son günlərinə yaxın ABŞ silahlı qüvvələri tərəfindən ballistik nüvə silahı ilə vurularaq tamamən məhv edilmiş Yaponiya şəhəridir. Qeyd etmək istərdim ki, işğaldan azad olunmuş istənilən rayonumuza nəzər salsaq, onların hər birində Xirosimanı xatırlamaq olar. Ərazilərimizin azad olunmasına sərf etdiyimiz qədər, dağıdılmış şəhər və kəndlərimizin bərpasına da güc lazımdır. Torpaqlarımızın işğaldan azad olunmasında tutduqları qərəzli mövqeləri yadda qalan həmin beynəlxalq ictimai birliklər həmin ərazilərimizin bərpasında öz kirli üzlərini gizlədə bilmir. Büdcə məsələlərinə toxunarkən Cənab Prezidentin nitqindən aydın olur ki, Ağdam və Ağdam kimi yerindən silinmiş şəhərlərimizin yenidən qurulmasını, bu şəhərləri tək başına azad etdiyimiz kimi yenə tək başına həyata keçirəcəyik. Öz iqtisadi potensialı, sosial islahatları, siyasi mətinliyi və hərbi gücü ilə 44 günə 10 min kvadrat kilometrlik bir ərazini düşməndən təmizlənmiş Azərbaycan rəhbərliyi yenə xalqımızla birlikdə erməni vandalizminin qurbanı olmuş Qarabağımızın bərpası məsələsində də əlbəttə ki, acizlik çəkməyəcək. Cənab Prezidentin çıxışından belə bir əminlik ortaya çıxır ki, Vətən müharibəsində ermənilərə ərzaqdan tutmuş silah və canlı qüvvə ilə yardım etmiş qaranlıq ünsürlər yenidənqurma işlərində də bizə qarşı olmaqla heçnəyə nail ola bilməyəcəklər. Necə aldıqsa, elə də bərpasını başa çatdıracağıq. Ən önəmlisi odur ki, bizdə xalqla hakimiyyət, hakimiyyətlə xalq arasında möhkəm və sarsılmaz bağlarımız var. Bu bağların nə qədər möhkəm olduğunu Vətən müharibəsi dövründə nəinki qarşı tərəf, bütün dünya ictimaiyyəti müzakirəsi aparılmayacaq sadə bir düstur kimi qəbul etmişdir. Bundan sonra əsas işimiz qətiyyətli addımlar Cocuq Mərcanlıdan başladığımız Böyük qayıdışı nəinki Ağdamda, Ali Baş Komandanımızın dediyi kimi işğaldan azad olunmuş hər bir rayon və kəndlərimizdə bitirməkdir. Şəhidlərimizin qanı ilə sulanmış hər bir kənd və şəhərimizdə həyat yenidən öz baharını yaşayacaqdır.

Qoşqar Orucov,
Xocalı rayon ziyalısı
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi