Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı məktəblilərinə mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirildi

20.04.2022-ci il tarixdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar, Yaloba və Başkənd kənd tam orta məktəblərinin X və XI sinif şagirdləri üçün mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsilin təşkili və idarə olunması şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov, Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Azərbaycan Respublikası Minaaxtarma Agentliyinin Göygöl Regional Təlim Mərkəzinin təlimatçısı Vasif Cəbrayılov, II Qarabağ müharibəsi iştirakçısı Həzrət Quliyev, qazi Rüfət Novruzov, məktəb rəhbərlikləri və şagirdər iştirak etdilər.

Minatəmizləmə Agentliyinin mütəxəssisi Vasif Cəbrayılov ANAMA-nın fəaliyyətindən danışdı, mina və partlamamış hərbi sursatlar haqqında məlumat verdi, məktəblilərə mina təhlükəsindən qorunmaq üçün maarifləndirici bukletlər təqdim etdi.

Maarifləndirici tədbirdə II Qarabağ müharibəsi iştirakçısı Həzrət Quliyev, qazi Rüfət Novruzov öz döyüş yolu xatirələrini danışdılar. Minaların tanınması üsulları, partlayıcı vasitələrdən qorunmaq barədə şagirdlərə bildikləri haqqında məlumat verdilər. Belə maarifləndirici tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirdilər. 

Xocalı RTŞ-nin müdiri Şakir Əliyev çıxışında təhsilimizə göstədikləri diqqət və qayğıya görə Təhsil naziri Cənab Emin Əmrullayevə, Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlova Xocalı rayon təhsil işçiləri adından minnətdarlığını bildirdi. Vurğuladı ki, məktəblərimizdə qarşıya qoyulan məqsəd və hədəflərə çatmaq üçün bütün lazımi işlər həyata keçirilir. 

Mövzu ilə bağlı Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov çıxış edərək 44 günlük haqq savaşımızda Müzəffər Ordumuzun hünərindən söz açdı. Bildirdi ki, Ali Baş Komandanımızın təbirincə desək, düşməni torpaqlarımızdan iti qovan kimi qovduq. Artıq işğaldan azad olunmuş torpaqlarımızda quruculuq-abadlıq işlərinə başlanılıb. Böyük Qayıdış layihəsi uğurla icra edilir. Ancaq mənfur düşmənlərin barbarlıq izləri torpaqlarımızdan hələ tam silinməyib. Düşmənlərin basdırdığı minalar doğma yurd yerlərinə qayıdan həmvətənlərimiz üçün təhlükə yaradır. Buna görə də ehtiyatlı olmalı, mina təhlükəsi ilə bağlı biliklərimizi artırmalı və ətrafımızda olan insanlara da çatdırmalıyıq.

Tədbirin sonunda məktəblilərlə xatirə şəkli çəkdirildi. 














 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi