Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Möhtərəm Prezidentimiz İlham Əliyevin prezidentlik dövründə xalqa verdiyi vədlər və gördüyü işlər

Azərbaycan xalqının xilaskarı kimi yaddaşlarda qalan Heydər Əliyevin 2003-cü ildə səhhətində problem yaranmasından sonra xalq uzun müddət təlaş içində idi. Düşünürdülər ki, Heydər Əliyev həyatını itirərsə xalq acınacaqlı günə qalacaq. Haqlı idilər, çünki Heydər Əliyevdən öncəki prezidentlər xalqın ümidlərini doğrultmamışdılar. Ancaq İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdüyünü bildiklərində insanlarda ümid oyandı, çünki Heydər Əliyev siyasi kursunu görmüş bir siyasətçi yalnız onun yolunu davam etdirə bilərdi. Belə də oldu.

İlham Əliyev 2003-cü il 15 oktyabr tarixində xalqın 76 faizindən çoxunun səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. İlk prezidentliyi dövründən başlayaraq bərpa-quruculuq işlərinə üstünlük verən Prezident İlham Əliyevin sayəsində ölkəmizin bölgələri abadlaşdı. Sürətlə gözəlləşən bölgələrimiz göz oxşamağa başladı.
İlham Əliyev cənabları idmançılara böyük qayğı göstərirdi ki, bunun sayəsində ölkəmizin idmançıları bir sıra nailiyyətlərə imza ataraq Azərbaycanı dünya səviyyəsində layiqincə tanıtmağa nail oldular. İdmançılarla yanaşı bütün sahələrdə gənclərə üstünlük verilməsi , gənc əməyindən istifadə edilməsi ölkənin təməlli inkişafı demək idi ki, məhz İlham Əliyev cənabları bu siyasəti həyata keçirirdi.
Prezident İlham Əliyev aqrar sahəyə də böyük önəm vermişdir. Belə ki, kənd təsərrüfatına olan diqqət və qayğı sayəsində Azərbaycanın müstəqilliyi dövründə 2019-cu il aqrar sahədə rekord hədd olmuşdur. Həmin ilin 6 ayında kənd təsərrüfatında 13 faiz artım olmuşdur ki, bunun da əsasını bitkiçilik və əkinçilik tutmuşdur. Nəticənin müsbət olmasında qoyulan investisiyaların , aparılan islahatların , verilən subsidiyaların əhəmiyyəti çox böyükdür. Dövlət Başçısının bu cür islahatları davam etməkdədir.
İlham Əliyev cənablarının önəmli islahatlarından biri də regionlarda sosial-iqtisadi inkişafın Dövlət proqramlarını həyata keçirməsi, sahibkarlara dövlət dəstəyini təmin etməkdir ki, bu da ölkəmizdə alqışla qarşılanmış siyasətlərdəndir. Neft sektorundan qeyri-neft sektoruna keçid Azərbaycanda yeni nailiyyətlərin inkişafına səbəb oldu. Yeni zavodlar, iş yerləri açıldı. İş yerlərinin artımına səbəb olan bu cür siyasət işsizliyin minimuma enməsinə səbəb oldu.
Prezident İlham Əliyev Azərbaycanın işğal altında olan torpaqları azad etməyi özünə borc və əsas vəzifə hesab edirdi. Bu məsələ həm də xalq qarşısında verdiyi vəd idi. Çalışırdı ki, problem sülh yolu ilə həll olunsun. Ancaq erməni xisləti buna imkan vermirdi. Sülhün baş tutmayacağını yaxşı bilən Dövlət Başçısı Azərbaycan ordusunu müasir silahlarla təmin etmişdi. Prezidentimiz orduya qayğını yüksək səviyyədə həyata keçirirdi.
2016-cı il aprel döyüşlərində ilk dəfə Azərbaycan ordusunun gücü düşmənə və havadarlarına bəlli oldu. Bu həm də Qarabağa pəncərənin açılışı idi. Nəhayət, 27 Sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsi başladı. 44 günlük müharibə ,“Dəmir Yumruq” əməliyyatı düşməni 10 noyabr kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Azərbaycanın əyilmiş qaməti igid əsgərlərimizin şücaəti və Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində düzəldi. Xocalı şəhidlərinin, eləcə də bütün şəhidlərimizin qisası məhz uzaqgörən Prezidentimiz sayəsində alındı. Buna görə də biz Azərbaycan xalqı İlham Əliyev cənablarına və eləcə də hərbçilərimizə minnətdardır. Bununla da Prezidentimiz həm öz arzusunu, həm də ata vəsiyyətini yerinə yetirmiş oldu.
Bu gün Qarabağ İqtisadi regionunda yerləşən bəzi xırda erməni tör-töküntü silahlı birləşmələri var. Lakin onlar da anlamalıdırlar ki, bura Azərbaycan torpağıdır və qısa zamanda Azərbaycan ordusunun nəzarətində olacaq. Əbəs yerə deyil ki, Ali Baş Komandan “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyir. Bəli, Prezidentimiz verdiyi bütün vədləri yerinə yetirdiyi hamımıza məlumdur. Biz bilirik ki, bu vədini də yerinə yetirəcəkdir.
Yaşasın Azərbaycan əsgəri, Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan!
Bəxtiyar Əhmədov,
Xocalı rayon gənci








Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi