Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Müdrik liderin parlaq qələbəsi

 


       6 aprel 2022-ci il tarixdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçirildi. Görüşün məqsədi 10 noyabr 2020-ci il tarixdə Azərbaycan-Rusiya-Ermənistan liderləri arasında imzalanmış bəyanatın icra olunmalı bir nömrəli məsələ ermənistan silahlı tör-töküntülərinin hələ də Azərbaycan ərazisini tərk etmədiyi İlham Əliyev tərəfindən qarşıya qoyuldu. Yeri gəlmişkən Azərbaycan öz suveren hüququndan istifadə edərək həmin silahlıları ölkə daxilindən xaric etmək və Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istəyən istənilən millətin nümayəndəsinə yaşamaq hüququ verməyi bəyan etmişdir.     

        Cənab Prezident qarşıya qoyduğu məsələlərdən biri də sərhədlərin delimitasiyası və yolların, kommunikasiya xətlərinin açılmasıdır. Bu məsələlərə hətta düşmənlərimiz və onların havadarları heç bir alternativ variant irəli sürə bilmir. Azərbaycanın uzaqgörən və ağıllı lideri bu planla dünya iqtisadiyyatına nə qədər müsbət təsir göstərəcəyini dünya liderləri yaxşı başa düşür. Bu görüşdən əvvəl ermənistan ictimaiyyətinin adından təlxəklik edənlərin sevdası xəyal olaraq qaldı. Ermənistanı təmsil edən baş nazir Nikol Paşinyan müdrik liderimizin ağıllı siyasi gedişi qarşısında yalnız pat vəziyyətində qalmaqla kifayətləndi. Bu görüşdən 24 saat keçməmiş Milli Məclisin komitə iclasının Şuşada keçirilməsi Xankəndi, Xocalı, Ağdərə ərazilərinin erməni murdarlarından təmizlənəcəyinin yetişdiyinə bir işarədir. Var ol Ali Baş Komandan! Sizə yalnız qələbə, şərəfli zəfər yaraşır.   

Aydın HƏSƏNOV,

Xocalı rayon sakini

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi