Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Prezident İlham Əliyevin Brüssel səfəri dövlətimizin növbəti diplomatik-siyasi uğurudur

 

       Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident   İlham Əliyev  Nikol Paşinyan arasında keçirilən görüş növbəti dəfə Azərbaycanın diplomatik-siyasi uğuru kimi qiymətləndirilə bilər. İlk növbədə onu vurğulamaq lazımdır ki, normal siyasi atmasferada  səmimi ovqatda keçirilən görüşdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin nikbin praqmatik təşəbbüskarlığı daha çox nəzərə çarpırdı.

Hər bir siyasi görüşündə milli maraqlara söykənən mövqe göstərən Prezident İlham Əliyev bu görüşdə açıq siyasətin təşəbbüskarı olduğu reallığı düzgün analtik edən diplomat  kimi yadda qalan, nəzərə çarpan, siyasətçi kimi tarixi qələbədən sonra öz qətiyyətindən  çəkinməyərək, dünyaya heyran edici uğurlu diplomatiya sərgiləmiş oldu.

Prezident İlham Əliyevin Brusselə  səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl  Mişel, ermənistan baş naziri Nikol Paşinyanla görüşləri  əldə olunmuş nəticələr   dövlət başçısının dünyada böyük  nüfuzunun  göstəricisidir.

Prezident İlham  Əliyevin  görüşləri  apardığı danışıqlar nəticəsində postmüharibə   dövründə yeni  format -  Brüssel sülh gündəliyi  yarandı. İlk üçtərəfli görüş 2021-ci  il    dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev  Şarl Mişel tərəfindən  sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı  inkişafı olaraq tərəflər   arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.

Prezident İlham Əliyevin sayəsində diplomatik müstəvidə Azərbaycanın qələbəsi  danılmazdır. Hazırda Ermənistanda gedən proseslər  erməni cəmiyyyətində hökm  sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik   səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək    cəhdləri iflasa uğrayır.

Beləliklə, Brüssel danışıqları bir daha onu təsdiq etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olan Ermənistanın bütün əsassız iddialarından əl çəkmələ  bölgədəsülh mühitinin  formalaşmasına qoşulmaqdan başqa çıxış yolu qalmır.

Anar Hüseynov,

Xocalı rayon Qaragav kənd tam orta məktəbinin müəllimi

 

 

 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi