Şahmar Usubov Cəmilli kənd sakinləri ilə səyyar qəbul - görüş keçirdi

        Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin aprel ayında yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, aprel ayının 7-də Xocalı rayon Cəmilli kənd sakinlərinin kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunn Börü qəsəbəsində səyyar qəbul  - görüş keçirdi. Səyyar qəbul - görüşdə rayonumuzun icra başçısı, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonunun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və sakinlər iştirak etdilər.

      Görüşdə əvvəlcə Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov vətəndaşlar adından ümumi məsələlər barədə məlumat verdi. Qeyd etdi ki, qəsəbəyə suvarma suvarma suyunun çəkilməsi, zibil qutularının qoyulması, internet xəttinin çəkilməsi, qəsəbədədaxili yolların şebellənməsi, qəsəbədə fəaliyyət göstərən Əhməd Cavadov adına Xocalı rayon Cəmilli kənd tam orta məktəbin həyətində idman qurğularının quraşdırılması və işlə təminolunma qəsəbə sakinlərini narahat edən ümumi məsələlərdir. 

        Rayonumuzun icra başçısı Şahmar Usubov görüşdə nitq söyləyərək Cənab Prezidentimizin apardığı uğurlu və xarici siyasətdən danışdı. Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın həmrəyliyi və döyüşkən oğulların hünəri nəticəsində 44 günlük haqq savaşımızda 30 il ərzində həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad etdiyimizi dedi. Son illərdə ölkəmizdə görülən işlərdən, iqtisadi islahatlardan danışdı.

      Sonda problemi olan vətəndaşlar fərdi şəkildə qəbul edildi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürüldü. 






Yorum Gönder

Daha yeni Daha eski