Uğurlarınız həmişə bol olsun, Cənab Prezidentimiz

        Tanrı ölkəmizin ən çətin anlarında Ulu Öndəri bizə ərmağan göndərdi. O,
xalqına xoşbəxtlik bəxş etdi. Ulu Öndərin  bizə  qoyduğu ən zəngin xəzinə isə onun layiqli  davamçısı Cənab İlham Əliyev oldu. Möhtərəm Ali Baş Komandanımız  hakimiyyətə gəldiyi gündən uğur uğur  arxasınca gəlir. Həm  iqtisadiyyatda, həm  mədəniyyətdə,  həm təhsildə, həm də  siyasətdə bu  uğurları görürük. 2018-ci  ildən  bu  günə  qədər  nəqədər  yeniliklər  baş verib.  Hamısı  da  gözəl  rəhbərimizin  sayəsində. Neft  sektoru  genişləndirilib. Ticarət  əlaqələri  artıb.  Qeyri-neft  sektoruna  investisiya  qoyuluşu  artıb. Kənd təsərrüfatının  inkişafına  ciddi  diqqət  yetirilir.  Hər  il  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  daha  da  artır. Taxıl,  pambıq,  çuğundur,  kartof,  pomidor,  xiyar və.s. Mal-qara  qoyunçuluq  təsərrüfatı  genişləndirilir. Yeni  texnikalar cəlb olunur. Servislər  yaradılır.  Bunlar  hamısı  xalqımızın  firavan  yaşamasını təmin  edir. Elmə,  təhsilə  qayğı  artır.  Yeni  ali  təhsil,  orta  təhsil  ocaqları  yaradılır. Yeni innovasiya  sahələri  genişlənir.  Koronavirus  dünyada  yayılmağa  başlarkən  bizim  ölkəmizdə  qabaqcadan  tədbirlər  görüldü. Yeni  modul  tipli  xəstəxanalar  quraşdırıldı.  Xəstəliyin  qarşısı  alındı.  Xaricdən  vaksin  idxal  olundu.  Allaha  şükürlər  olsun  ki,  indi  xəstəlik də  azalıb. Bunu  möhtərəm  rəhbərimiz  sayəsində  əldə  etdik.  Bunlar  bizə  qüruru  verir. Ancaq  siyasətdə  qazandığımız  uğurun  dünyada  əvəzi  yoxdur.  Neçə  illər  ölkəmizdə  hərbi sənayeyə güclü xərclər  qoyuldu.  Silah  müəssisəsi  tikildi.  Nizami  ordu  yaradıldı. 30 il başının üstü qara  buludlarla  örtülü  olan  Qarabağımız  bizi  həmişə  dirigözlü yandırmış,  qəlbimizi  göynətmişdir.   Nə  qədər  sülh  danışıqları  aparılsada,  bir  nəticə  verməmişdi.  Xaricin  erməni  havadarları  bu  danışıqlarda  sanki  bizimlə  oyun  oynayırdılar.  Axır  ki,  müzəffər  rəhbərimiz  bu  oyuna  son  qoydu.  2020-ci  ilin 27 sentyabrında  səbr  kasası  daşan  ordumuz  əks-hücum  əməliyyatlarına  başladı.  Hünərlə  düşməni  itiqovan  kimi  qovmağa  başladı. Xalqımız  Komandanımızla  sıx  birləşdi.  Ancaq  irəli  addım  atdılar.  Geriyə  yol  yox  idi.  İnsan  bezəndə  heç  nəyi  vecinə  almır.  Ordumuz  ancaq  irəli  getdi.  Düşməni  qurduğu  qarışqa  yuvalarından  qovdu.  Bir  nəfərdə  ölümdən  qorxmadı.  44  gündə  torpaqlarımız  düşməndən  azad  olundu.  2020-ci  ilin  noyabrın  8-də  Şuşa  azad  edildi. Prezidentimiz Ulu Öndərin  qəbrini  ziyarət  edərək  onun  vəsiyyətini yerinə  yetirdiyini  söylədi.  Noyabrın  10-da  3  tərəfli  müqavilə  bağlandı.  Düşmən  kapitulyasiya  aktına  imza  atdı.  Bu  bizim  uğurumuz  idi.  Bu yolda  şəhid  olan  oğullarımızın  ruhu  şad  olsun. Qazilərimizə Allah şəfa versin. Biz  onlara  borcluyuq.


   Müharibə  başa çatandan  Qarabağımızda  dinc  quruculuq  işləri  başlayıb.  Şuşa  mədəniyyət  paytaxtımız  seçilib.  Orada  musiqi  festivalları  keçirilir.  Hər  şey  yenidən  qurulur.  Soydaşlarımız  vətənin  bu  bir  parçasını  görməyə  gedir,  görülən  işlərlə  tanış  olurlar.  Artıq  marşrut  ovtobusları  fəaliyyət  göstərir.  Yeni  Binalar,  məktəblər  tikilir. Ondan  aşağıda  yerləşən  ermənilər  bu gözəlliyi  görəndə  alışıb-yanırlar. Çünki özgə atına minən  tez  düşməlidir.  Belədə olmalı  idi. Hələ  Ağdamda, Cəbrayılda,  Füzulidə,  Qubadlıda,  Kəlbəcərdə,  Zəngilanda,  Laçında  gedən  quruculuq  işlərini  görəndə  Allahıma  çox-çox  təşəkkür  edirəm  ki,  nə  yaxşı  bu  günləri  bizə  göstərdi.  Qürurumuz  artdı.  Geniş  asvalt  yollar,  elektrik  xətləri,  su kəmərləri,  ağıllı  kəndlər,  şəhərlər,  günəş  panelləri,  külək  elektrostansiyaları. Deməklə  qurtarmaz. Möhtərəm  Prezidentimiz  keçən  il  Şuşada,  bu il  isə Suqovuşanda  Novruz  tonqalını  yandırdı.  Düşmənlərə  bildirdi  ki,  bu  yerlərin sahibi bizik.  Zəngəzur  dəhlizi  açıldı,  ancaq   erməni  yenə  öz  bədəməlliyindən  əl çəkmədi.  Biz  bu  dəhlizi  İran  torpağından  açdıq.  Dəmir  yolu  fəaliyyətə  başladı.  İşğaldan  azad  edilən  ərazilərimizə  dünyanın  müxtəlif  bölgələrindən  gələn  insanlar  erməni  vəhşiliyini  bir  daha  gördülər.  Çoxlu  şirkətlər  Qarabağımızda  tikib,  qurub-yaratmaqla  məşğuldurlar.  Erməni  yenə  öz  əməlindən  əl  çəkmir.  İstəyir  ki,  birdə  o  gözəl  yerləri  ələ keçirsin.  Ancaq  bilmir  ki,  “Dəmir  yumruq”  indi  daha  güclüdür.  Son  günlər  Fərrux  kəndinin  yüksəkliklərinin  ordumuzun  nəzarətinə  keçməsi də  bizim  uğurumuzdur.  Vaxt  gələr  bütün  Qarabağ  bu  vandallardan  təmizlənər.  Yurdun  qədrini  öz yiyəsi  bilər.  Onların  olsaydı,  hər  şey  yaradardılar.  Bizim olduğu üçün qurmaq  da  bizim  öhdəmizdədir.  Eşq  olsun  zəhmətkeş  soydaşlarımıza. Son  vaxtlar  atdığımız  uğurlardan  biri  də  ölkəmizin  “Masdar”  şirkəti  ilə  yaratdığı  Günəş  elektrostaniyasıdır.  Abşeronda  həm  külək,  həmdə günəş  elektrostansiyasının  yaradılması  xalqımızın  xoşbəxt  gələcəyinin  olmasından  xəbər  verir.  Arzu  edirəm  ki,  həmişə  Möhtərəm  Ali  Baş  Komandanımızın  gördüyü  işlər  çox  olsun, bol  olsun,  xeyirli,  uğurlu  olsun! Allah sizi qorusun.

Prezidentimiz  bu  ili Şuşa  ili elan  edib.  Biz  Şuşanın 270 illik  yubileyini  çox  təntənəl  keçirəcəyik. Yəqin  ki,  şuşalılar da  öz  yurdunda  bu  bayramı  qeyd edər.

Nataliya Yusibova,

Xocalı rayon ziyalısı 

Yorum Gönder

Daha yeni Daha eski