Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ulu öndər Heydər Əliyev: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

     

      12 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş hökumət iclası keçirildi. 2020-ci ilin müharibə ili olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının imkanları istər müharibənin təminatna, istərsə də əhalinin yaşayış səviyəsinə tam gücü ilə səfərbər edildi və müsbət nəticələr verdi. 2021-ci il də bir çox nailiyyətlərlə yadda qaldı: Beynəlxalq əhəmiyyətli Füzuli hava limanının qurulması və istismara verilməsi. Zəngilan və Laçın hava limanlarının bünövrəsinin qoyulması və quruculuq işlərinin aparılması. İşğaldan azad olunmuş ərazilərdə mülki və hərbi infrasruktur layihələri müvəffəqiyyətlə yerinə yetirilmişdir. 2022-ci ilin ötən birinci rübündə qarşıya qoyulan məsələlər öz həllini tapmışdır. Artıq Zəngilan rayonunun Ağalı kəndinin sakinləri bu ilin sonuna qədər öz yurdlarına qayıdararq daimi məskunlaşacaqlar.  Otuz ilə yaxın bir müddətdə dünyanın nüfuzlu beynəlxalq təşkilatları Qarabağ münaqişəsinin çözülməsində, Azərbaycanın haqq səsinin təsdiqlənməsində heç bir iş görə bilmədilər. Ölkə iqtisadiyyatını, daxili və xarici siyasəti düzgün istiqamətə yönəldən Azərbaycanın ölkə başçısı torpaqlarımızı işğaldan azad etməklə bərabər həmin beynəlxalq təşkilatların görə bilmədiyi işi təkbaşına yerinə yetirdi. Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsi üçün beş  prinsip alternativ olmadan yerinə yetirməlidir. Hətta bəzi erməni siyasətçiləri, eyni ilə baş nazir Nikol Paşinyan erməni xalqının gələcəkdə mövcudluğu üçün Azərbaycanla və onun ərazi bütövlüyü ilə hesablaşmağı qeyd etmişdir. Hal-hazırda keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş yurdlarına qayıtmaları üçün ərazilər bədnam ermənilərin quraşdırdığı mina və sursatlardan təmizlənir, yol, işıq, qaz təhcizatı üçün işlər aparılır. Həmin ərazilərdə əkin – biçin, heyvandarlıq, sənayenin dirçəldilməsi üçün tədbirlər görülür. 2022-ci ilin “Şuşa ili” elan edilməsi bir daha dünyaya bəyan edir ki, Şuşa heç vaxt erməni torpağı olmayıb. Bu görüşdən əvvəlki çıxışlarında Cənab Prezident İrəvan mahalının, Göyçənin, Vedibasarın, Zəngibasarın tarixi Azərbaycan torpağı olduğunu qeyd etmişdir. Vaxtilə Şuşada yallı gedən, Bakını hədəfləyən dırnaqarası erməni siyasətçiləri Zəngəzur dəhlizinin reallaşacağını əngəlləməyə  bəhanə belə tapmır. Müdrik, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu iqtisadi və siyasi gedişi Azərbaycanın 1920-ci il xəritsni meydana çıxaracaq. Dünyada ermənipərəst siyasətçilərlə bərabər bitərəf analitiklər və siyasətçilər də Azərbaycan torpaqlarının 44 günə işğaldan azad edilməsini güman etmirdilər. Müzəffər Ali Baş Komandan Azərbaycanı zəif, gücsüz barmaqlardan dəmir yumruğa çevirdi və ermənilərin başına elə bir zərbə endirdi ki, çətin onlar  birdə özünə gələ. Bizi qarşıda Ağdamın, Şuşanın, Xankəndinin, Xocalının, Ağdərənin, Füzulinin, Zəngilanın bol məhsullu çölləri, çal-çağrılı günləri gözləyir.

Aydın Həsənov,

Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi