Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xilaskar atanın qurucu oğlu

 


        Azərbaycanda qanlı 20 Yanvar hadisələrinə dözə bilməyib, həyatını təhlükəyə atan Heydər Əliyev Azərbaycanın Rusiyadakı nümayəndəliyinə gəlib haqsızlığa qarşı öz etiraz səsini bütün dünyaya car çəkdi. 90-cı illərin əvvələrində Azərbaycanda hökm sürən qardaş qırğınına, başsızlığa dözə bilməyən xalq Ulu Öndəri Naxçıvandan Bakıya dəvət etdi. Suyu kəsilmiş dəyirmana, ömürlük işığa həsrət bir şəxsə bənzəyən Azərbaycanı Ulu Öndər öz gəlişi ilə məhv olmaq təhlüksindən xilas etdi. 

        2003-cü ildə Prezident seçilən İlham Əliyev bu uğurlu siyasi kursun davamçısına çevrildi. Seçkilər ərəfəsində söz verdiyi gözləntilərdən də çox xalqın, dövlətin gələcəyi naminə irəliləyişlərə nail oldu. 

        2018-ci il aprel ayının 11-də keçirilən prezident seçkilərində xalq öz liderini 86,3 % səslə yenidən bu ali və məsuliyyətli işə layiq bildi. Hətta şifahi sorğularda cənab Ali Baş Komandanın ömürlük Preziden seçilməsi təkid və tələb edilirdi. Demək bu xalq seçimində yanılmamışdır. Otuz ilə yaxın bir vaxt ərzində işğal altında qalan torpaqlarımızın xilası üçün dünya ictimaiyyəti artıq xarici siyasətdə də İlham Əliyevin haqlı olduğunu dəstəklədi. Buna baxmayaraq bəzi Avropa dövlətləri haqsız və həyasızcasına işğalçını zəif məxluqlar kimi qələmə verərək onları dəstəkləyirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, ölkə iqtisadiyyatının xalqın rifahına yönəldilməsi, ordu quruculuğuna önəm verməsi işğal altında olan torpaqların istər siyasi, istərsə də hərbi yolla xilasına daha da yaxınlaşdırdı. 5 ilə işğal olunan torpaqlar 44 günün zəfəri ilə azad olundu. Bu, 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev sanki döyüş cəbhəsinin hər bir səngərindən xəbərdar olmaqla bərabər xarici ölkə jurnalistlərinin qərəzli və haqsız informasiylarına və proqnozloruna qarşı tutarlı, haqlı cavablar verərək onları susdurdu. Müharibədə qələbə qazanmış ölkə vətəndaşlarının maddi rifah halı dünya iqtisadiyyatında baş verən infilyasiyadan müdafiə olunmaq üçün əmək haqları, təqaüdlər və sosial müavinətlər vaxtaşırı artım və kompensasiyalarla təmin olunur. Qısa zaman kəsiyində işğaldan azad olunmuş rayonlarımızın ərazilərində starteji əhəmiyyətli obyektlərin tikilməsi, qayıdış üçün əhalinin hərtərəfli təminatı cənab Prezidentin bir nömrəli prioritet planıdır. Artıq Füzuli beynəlxalq hava limanı işğaldan azad olunmuş əraziləri dünya ilə əlaqələndirir, Şuşa mötəbər beynəlxalq müqavilələrə və tədbirlərə ev sahibliyi edir. Bu əlaqələr və tədbirlərin davamı Zəngilanda, Laçında, Kəlbəcərdə, Xocalıda, Xankəndində sıralanacaq. Artıq bizim kimliyimizi, bu torpaqlara hakimliyimizi cənab Prezidentin əməli işləri bir daha sübut etdi. Əhalinin aztəminatlı təbəqəsini, hərbçi, şəhid və qazi ailələrini daim diqqət mərkəzində saxlayan Cənab Prezident xalqın əbədiyaşar rəğbətini və hörmətini qazanmışdır. Bu uğurlu və davamlı siyasət və iqtisadiyyatla Azərbaycanı daha xoş günlər göləyir.

Aydın HƏSƏNOV,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi