Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır


       10 May-Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günnüdür. Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə  qürur duyan bu böyük şəxsiyyətin həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisin naminə apardığı mübarizəyə həsr olunub. Odur ki, Azərbycaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və yaşayacaq. Azərbaycan tarixinin önəmli bir dövrün XX əsrin ikinci yarısı, XXI başlanğıcı onun adı ilə bağlıdır. Görkəmli şəxsiyyət Heydər Əliyev hələ Sovet Azərbaycana rəhbərlik edən dövrlərdə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxartmışdır.

       Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurla icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanların tükənmədiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı.

   “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələnin planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev Başa çatdıra biləcək. Mən ona özüm fəxrlə inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Bugünkü tarix sübut etdi ki, dahi şəxsiyyətin uzaq görənliyini Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev son 19 illik Prezidentlik fəaliyyəti ilə təsdiqlədi. Ulu Öndər bu gün cismən aramızda olmasa da onun ruhu çox şaddır. Dahi Liderin arzuları reallaşdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sözlə yox əməldə real və məğlubedilməz ordusu ermənistanın ardıcıl təxribatlarına və yeni işğal planlarının qarşısını almaq, işğal  olan torpaqlarımızın azad etmək məqsədi ilə sentyabrın 27 dən etibarən səfər yürüşünə başladılar. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu ermənistanın 30 il ərzində Qarabağda qurduğu istehkamları darmadağın etdi, işğal altında torpaqlarını düşməndən azad etdi. Nə qədər ki, qədir bilən xalqımız var, nə qədər ki, müstəqil Azərbaycan var, Ulu Öndər daima qəlblərdə yaşayacaq, xatirəsi ehtiramla yad olacaq.

Ülviyyə Haqverdiyeva,

Xocalı rayon gənci

 

  

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi