Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyində "Açıq qapı" günü keçirildi

       18.05.2022-ci il tarixdə Beynəlxalq Muzeylər Günü münasibətilə Gəncə şəhəri
ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyində "Muzeydə bir gün" devizi altında "Açıq qapı" günü keçirildi. "Açıq qapı" günündə qəsəbədə fəaliyyət göstərən məktəblərin bir qrup müəllim və şagird kolektivi muzeyə ekskursiya etdilər. Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin əməkdaşları, tədqiqatçı-jurnalist, "Yenilik-Press" qəzetinin təsisçisi və baş redaktoru Məhəmməd Nərimanoğlu da qonaq qismində muzeyə baxış keçirdilər. 

Çıxış edən natiqlər Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyin əməkdaşlarına təbrik sözlərini çatdıraraq onlara işlərində uğurlar arzu etdilər. Əminliklə vurğulandı ki, Xocalının qədim tarixini özündə əks etdirən Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyi öz fəaliyyətini aid olduğu torpaqlarda davam etdirəcək.  

Görüş zamanı Xocalı rayon İcra Hakimiyyəti tərəfindən Beynəlxalq Muzeylər Günü münasibətilə göndərilmiş "Bizim böyük qələbəmiz" adlı kitab muzeyə hədiyyə edildi. 

Qeyd edək ki, muzey 1988-ci il tarixdən başlayaraq 1991-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 1991-ci il 19 aprel 144 saylı əmrinə əsasən, Şuşa rayon mədəniyyət şöbəsinin 5 may tarixli əmri ilə fəaliyyə başlamışdır. O zaman muzeydə 800 adda eksponat var idi. Bunlardan maddi, məişət, toxuculuq, kənd təsərrüfatı, tikmələr, bəzək əşyaları, rəssamlıq, qrafika və sair qiymətli əşyalar toplanmışdır. Barbar qonşularımızın hücumu zamanı muzeyin əksər eksponatları işğal altında qalmışdır. 1992-ci ildə muzeyimizdə 2500 ədəd tarixi əhəmiyyət kəsb edən qiymətli eksponat vardı ki, onların hamısı işğal altında qalmışdır. Hal-hazırda vətənpərvərlik mövzusunda stendlər və Qarabağın qədim tarixini əks etdirən eksponatlar toplanaraq muzeyin fonduna daxil edilmişdir. 


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.