Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

İşğaldan azad edilən ərazilərimiz gündən-günə çiçəklənir

            Zəngəzur Azərbaycanın qədim torpağıdır. Bu qədim ərazidə yaşayan azərbaycanlılar 1988-ci ildə öz ata-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan Azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra burada onlara məxsus yüzlərlə tarixi, maddi mədəniyyət abidələri ermənilər tərəfindən məhv edilib.

      Azərbaycan xalqı, Azərbaycan dövləti 30 ilə yaxın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda haqq savaşında Zəfər çaldı. İşğalçı erməni faşistləri tarixi torpaqlarımızdan qovuldu. Düşmənin növbəti təxribatlarına qarşı başlanan Qurtuluş savaşı, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi bacarığı, qətiyyətli addımları, uzaqgörən siyasəti və şanlı ordumuzun gücüü sayəsində  Böyük Qələbə ilə başa çatdı. Azərbaycanın ərazi bütövlüyü tanındı. İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbədən sonra imzalanan atəşkəs müqaviləsi  ilə Azərbaycanın Ermənistanın Syunik əyaləti  vasitəsi ilə  Naxçıvana və daha sonra Türkiyəyə uzanan yeni dəhliz yaradılması nəzərdə tutulmuşdur. Lakin Ermənistan hökümətinin buna qəti formada etiraz etməsi bu məsələnin yubanmasına gətirib çıxardı. Müzəffər Ali Baş komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Zəngəzur dəhlizi arttıq realdı. Zəngəzur rayonunun ərazisindən keçən  həm dəmir yolu, həm aftomobil  yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün aftomobil yolu sürətlə inşa etdiriləcək .

            Azərbaycanın Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin əməkdaşlıq Şurasının  İstanbulda keçirilən VIII görüşündə çıxışı zamanı dediyi kimi Zəngəzur dəhlizi həm türk dünyasının həm Avropanı, həm də qonşularımızı birləşdirə biləcək bir layhiədir. Bu gün bu layhiənin həyata keçrilməsi ilə bağlı  fəal işlər gedir.

            Səidə İsmayılova,

 Xocalı rayonu Qaragav kənd tam orta məktəbinin tarix müəllimi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi