Həm daxili, həm xarici siyasətində nümunəvi Prezidentimiz

Aprelin 29-da ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Prezidentimiz Cənab İlham Əliyev və eyni zamanda Azərbaycana 23 ölkədən gəlmiş 40 nəfər xarici qonaqlar iştirak etdilər.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Cənab Prezidentə bildirdi ki, konfransdan əvvəl xarici qonaqlar Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə səfər etdilər. Yolda olarkən, onlar azad edilmiş Qrabağda bir sıra mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə tanış ola bildilər. Xarici qonaqlar işğaldan azad edilmiş torpaqlarımızda sürətlə aparılan yenidənqurma işlərinə heyranlıqlarını ifadə etdilər. Səfər zamanı qonaqlarımız, həmçinin erməni işğalından sonra miras qalan bəzi barbar dağıntıları görə bildilər.

Konfransda geniş nitq söyləyən ölkə başçısı qonaqlara Şuşa səfərinin onlar üçün maraqlı səfər olduğuna əminliyini bildirdi. Qeyd etdi ki, Hesab edirəm ki, gördükləriniz 30 illik işğal ərzində çəkdiyimiz əziyyətlərin ən yaxşı təzahürüdür. Həmin kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bir sözlə, bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.

      İsveçrənin Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinin diplomatik dialoq üzrə baş müşavir və direktor müavini Aleksandra Matas, öz ictimaiyyətinizi, əhalinizi sülhə necə hazırlayırsınız? Digər tərəfin düşmənçiliyə əsaslanan bir çox rəyləri var. Bu, anlaşılan vəziyyətdir. Həmin rəylərin aradan qaldırılması yolları hansılardır? Qonşunuzla barışmaq və dayanıqlı sülhü qurmaq yolları nədən ibarətdir? suallarını Cənab Prezidentimizə ünvanladı.

        Sülh və qarşılıqlı fəaliyyət üçün bu sualın çox vacib olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, biz heç bir zərər vurmadığımız insanlarda bu qədər ədavət dərəcəsini təsəvvür edə bilməzdik, çünki biz Şuşada, Xankəndində və digər yerlərdə yanaşı yaşamışıq və heç vaxt öz tərəfimizdən düşmənçilik etməmişik. Şəhərlərin yerlə-yeksan olunması, meyitlərin qazılıb qəbirlərdən çıxarılması kimi bu cür nifrət inanılmazdır. Təsəvvür etmək mümkün deyil. Əgər bunu mən hiss etmişəmsə, onda görün öz yaxınlarını itirmiş şəxslər nə etsin. Mən onların ağrısını anlayıram, onu bölüşürəm. Şəxsən özüm də vəhşilikləri və barbarlığı heç zaman yaddan çıxarmayacağam. Çıxara bilməyəcəyəm və yaddan çıxarmaq da istəmirəm. Çünki biz bunu xatırlamalıyıq. Çünki bu, faciəli tariximizin bir hissəsidir. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti sülh haqqında danışdıqda məni anlayacaq. Anlayıram ki, bu, asan deyil. Lakin bizə digər müharibə lazım deyil və biz özümüzü Ermənistanın hər hansı revanş risklərindən qorumalıyıq. Bu səbəbdən, bir tərəfdən biz yaddan çıxarmalı deyilik, digər tərəfdən isə, biz ordumuzu gücləndirməli və müasirləşdirməliyik. Eyni zamanda, biz paralel olaraq cəmiyyəti hazırlamalıyıq. İnsanlar, jurnalistlər və ziyalılar arasında təmasların qurulmasına dair mənim təklifim buna yönəlir. Sülh üçün əsaslar olmalıdır. Bu, uzun vaxt tələb edəcək, lakin alternativ yoxdur, alternativ daha pisdir.

Qarabağın tarixi, azadlıq müharibəsinin nəticələri, regional inteqrasiya, təhlükəsizlik və inkişaf mərhələlərinə aid çağırışlar forumda müzakirə olunub.

Mən Azərbaycan Respublikasının vətəndaşı olaraq Prezidentimizin rəhbərliyi ilə keçirilən konfransdan qürur hissi duyuram. Prezidentimizin güclü siyasətini bəyənir və dəstəkləyirəm.

Dünyada Azərbaycanı tanıdan və dünya səviyyəli konfranslarda ölkəmizi öndə aparan Cənab Prezidentimiz İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. 

Nəzakət Əliyeva,

Xocalı rayonundan məcburi köçkün


Yorum Gönder

Daha yeni Daha eski