KOSALAR ŞEİRİ


Bu dağın o üzü bizim kəndimiz,
Boylanır uzaqdan hələ gözümüz.
Düşəcək yoluna yenə izimiz,
İstərəm havanı udum, Kosalar!
Şəfalı suyundan dadım, Kosalar!
Qəhrəmanlar kəndi, igidlər yurdu,
Düşmənə çox ağır zərbələr vurdu.
Yağı ölkəsində matəmlər qurdu,
Şərəfim, mənliyim, adım Kosalar!
Qəlbimdə alışan odum Kosalar!
Qoynunda göz açıb iməklədim mən,
Altı yaşda oldum didərgin düşən.
Qazılar son gündə yurdumda mədfən,
Əbədi yaddaşım, yadım Kosalar,
Qovuşmaq olubdur andım, Kosalar!
Qəlbimdə alışan odum Kosalar!
Müəllif: Qalib Bəyməmmədoğlu

Yorum Gönder

Daha yeni Daha eski