Şagirdlərimizə Ulu öndərin siyasi irsi, azərbaycançılıq məfkürəsi barədə ətraflı məlumat verilir

       Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonumuzun bütün idarə və müəssisələrində olduğu kimi, təhsil ocaqlarında da tədbir keçirilmişdir. 

     Respublikamızın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən məktəblərimizdə şagirdlərin dahi şəxsiyyət Heydər Əliyev Mərkəzlərinə ekskursiyasılar oldu, Ulu öndərin abidəsi ziyarət edildi. Məktəblərin foyelərində yerləşən Ümummilli lider Heydər Əliyevin büstü önünə ehtiram əlaməti olaraq gül dəstələri düzüldü. Şagirdlər dahi şəxsiyyətə həsr edilmiş şeirlər səsləndirdilər.                          

1. Xocalı rayon Kosalar kənd tam orta Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirdən videoslayd.


2. 10.05.2022-ci il tarixində Xocalı şəhər 3 saylı tam orta məktəbində Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdən sonra məktəbin müəllim və şagird kollektivi Şəki şəhər ərazisində yerləşən Heydər Əliyev Mərkəzini ziyarət etdi. Ulu Öndərin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildikdən sonra şagirdlər tərəfindən Ulu Öndərimizə həsr olunmuş şeirlər səsləndirildi.
                                         

3. Goranboy şəhərində fəaliyyət göstərən Xocalı şəhər 1 saylı tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi Ulu öndər Heydər Əliyevin 99-cu ildönümü ilə bağlı Heydər Əliyev Muzeyini ziyarət etdilər.
4. 10.05.2022-ci il tarixdə Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.
5. 10 may 2022-ci il tarixdə Xocalı Şəhər 5 saylı tam orta məktəbin müəllimləri Heydər Əliyevin doğum gününün 99 illiyi ilə bağlı olaraq Goranboy rayon Ağcakənd qəsəbəsində yerləşən Heydər Əliyev parkında möhtəşəm abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
6. 10.05.2022-ci il tarixdə Xocalı rayon Meşəli kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçrildi. Tədbirdə məktəbin direktoru Alışov Aqil, məktəbin müəllimləri Yusifova Natalya və Qasımov Sabir Ulu Öndər Heydər Əliyevin həyat və fəliyyətindən geniş çıxış etdilər. Sonda şagirdlərin hazırladıqları şeirlər dinlənildi.
7. 10 may 2022-ci il tarixində Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirildi.












Yorum Gönder

Daha yeni Daha eski